Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: Bakı şəhəri, Azadlıq prospekti, 11
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, Rəhbərlik |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliyi rəhbərinin müavini - direktor müavini (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
3 |
Aylıq vəzifə maaşı |
1480 |
Qulluq funksiyaları |
- öz
fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan
Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının,
mülki aviasiya sahəsi üzrə Dövlət Proqramlarının, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarının, beynəlxalq mülki aviasiya təşkilatlarının
tələblərinin, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Nazirlik) haqqında Əsasnamənin, Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) Əsasnaməsinin, Nazirliyin hüquqi aktlarının və DMAA direktorunun əmr və göstərişlərinin
tələblərinə uyğun həyata keçirir;
- müvafiq
sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında
iştirakı, onlara dair rəy və təkliflərin verilməsini təmin edir;
- dövlət
proqramları və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata
keçirilməsində iştirakı təmin edir;
- müvafiq
sahədə digər dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi barədə təkliflər
verir;
- müvafiq
sahəyə aid olan beynəlxalq müqavilələrlə bağlı danışıqlarda iştirakı təmin edir;
- müvafiq
sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
- mülki
aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlərə, habelə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən
mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazə verilməsinə,
icazə şərtlərinə əməl edilməsinə nəzarəti təmin edir;
- Nazirliyin
müəyyən etdiyi qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə və digər
beynəlxalq təşkilatlarla əməkdaşlığı təmin edir, onların işində iştirak edir,
həmçinin xarici ölkələrin aidiyyəti qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyətin
göstərilməsini təmin edir;
- müvafiq
sahədə yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə, beynəlxalq standartlara və tövsiyə
edilən təcrübəyə riayət olunmasına nəzarəti təmin edir, habelə müvafiq sahədə
hüquqi aktlarla ICAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin
mövcudluğu barədə Nazirliyə məlumatların verilməsini təmin edir;
- aviasiya
texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün
mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari
sertifikatlaşdırılmasına, həmçinin mülki aviasiya subyektlərinə verilmiş
sertifikatların şərtlərinə onların riayət etməsinə nəzarətin həyata keçirilməsini
təmin edir;
- hava
nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə qanunvericiliyə uyğun olaraq icbari
qaydada sığortalanmasına nəzarəti təmin edir;
- hava
məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki
hava gəmilərinin uçuş qaydalarının və müvafiq sahədə digər normativ hüquqi aktların aidiyyəti qurumlarla birgə hazırlanmasını təmin
edir;
- mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının
verilməsini, onların verilməsindən imtina edilməsini, qüvvədə olma müddətlərinin
dayandırılmasını və ləğv edilməsi barədə qərarların qəbul edilməsini təmin edir;
- təhlükəli
yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr
verilməsi ilə bağlı Nazirliyə təkliflərin verilməsini təmin edir;
- mülki
hava gəmilərinin dövlət reyestrinin, sertifikatlaşdırılmış aviasiya
personalının, sertifikatlaşdırılmış aerodromların, helikopter meydançalarının və mülki
aviasiya subyektlərinin reyestrlərinin aparılmasını, mülki hava gəmilərinin
qeydiyyatının həyata keçirilməsini, müvafiq şəhadətnamə və vəsiqələrin verilməsini,
həmçinin xarici dövlətlərin səlahiyyətli orqanlarının verdikləri analoji sənədlərin
tanınmasına dair tələblərin müəyyən edilməsi ilə bağlı Nazirliyə təkliflərin təqdim
edilməsini təmin edir;
- ölkənin
mülki aviasiya hava limanlarının və aerodromlarının imkanları, habelə aviasiya
texnikasına texniki xidmət imkanları nəzərə alınmaqla, mülki aviasiya subyektlərinin
əldə etdikləri aviasiya texnikasının Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi və istifadəsi məsələlərinin razılaşdırılmasını təmin edir;
- ölkənin
sertifikatlaşdırılmış aviaşirkətlərinin təyin edilməsini və hökumətlərarası
sazişlərə əsasən, Respublika daxilində və Respublikanın hüdudlarından kənarda
onların uçuş marşrutlarının təsdiq edilməsini, bu marşrutların istismarı üçün
müvafiq icazələrin
verilməsini, habelə xarici dövlətlərin hava gəmilərinə Azərbaycan
Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm uçuşlar və
çarter uçuşları) yerinə yetirilməsi üçün icazələrin verilməsini təmin edir;
- təşkilati-hüquqi
və mülkiyyət formasından asılı olmayaraq bütün mülki aviasiya subyektləri üçün
mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər
nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair
texniki tələblərin, qayda və təlimatların layihələrinin Nazirliyə təqdim edilməsini,
onların icrasına nəzarətin həyata keçirilməsini təmin edir;
- aviasiya
mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin
onların peşəkar hazırlıq səviyyəsinə və onun yoxlanmasına dair tələblərin
Nazirliyə təqdim edilməsini təmin edir;
- müvafiq
sahəyə aid beynəlxalq müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasını, yeni hava əlaqələri
(marşrutları), beynəlxalq hava daşımaları üçün uçuş tezliklərinin və onların
yerinə yetirilməsinin kommersiya şərtlərinin müəyyən edilməsini təmin edir;
- beynəlxalq
daşıma tariflərinin
və yığımlarının
qüvvədə olan beynəlxalq qaydalara uyğun hazırlanmasını və təsdiq edilməsi üçün təqdim edilməsini təmin
edir;
- beynəlxalq
hava daşımaları ilə məşğul olan mülki hava gəmiləri ekipajlarının və DMAA personalının
pasport-viza təminatı məsələlərinin
həllini təmin edir;
- mülki
aviasiyaya dair müvafiq texnoloji, texniki, iqtisadi, maliyyə, sosial, ekoloji
və digər məlumatlardan ibarət informasiya bazasının yaradılmasını təmin edir;
- fövqəladə
hallarda aidiyyəti dövlət qurumları ilə birgə mülki aviasiya müəssisə, idarə və
təşkilatlarında səfərbərlik hazırlığının həyata keçirilməsini, mülki müdafiə tədbirlərinin
görülməsini, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirakı təmin
edir;
- mülki
aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi
ilə bağlı texniki-iqtisadi göstəricilərə və layihə-smeta sənədlərinə dair rəy
verilməsini təmin edir;
- mülki
aviasiya subyektlərinin iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsini,
onların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin görülməsini
təmin edir;
- müvafiq
sahədə maliyyə-iqtisadi, investisiya və tarif-qiymət siyasətinin formalaşdırılmasında
və həyata keçirilməsində iştirakı, beynəlxalq tarif siyasətinə dair Nazirliyə təkliflərin
verilməsini təmin edir;
- mülki
aviasiya sahəsində yüklərin və poçtun aviasiya təhlükəsizliyinin təmini məqsədilə yük agentlərinin və məlum yükgöndərənlərin
qeydiyyatının aparılmasını, onlara sertifikatların və fərdi kod nömrəsinin
verilməsini, verilmiş sertifikatların şərtlərinə riayət olunmasına nəzarətin həyata
keçirilməsini təmin edir;
- DMAA-nın
fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın internet saytında yerləşdirilməsini və bu
informasiyanın daim yenilənməsini təmin edir;
- müvafiq
sahədə əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsində iştirakı təmin edir;
- müvafiq
sahədə kadr hazırlığını, həmçinin mütəxəssislərin hazırlanmasını və əlavə təhsili
üçün tədbirlərin görülməsini təmin edir;
- müvafiq
sahəyə aid qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün tədbirlərin görülməsini təmin edir;
- Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini
təmin edir;
- qabaqcıl
beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin
tətbiqi ilə bağlı təkliflərin verilməsini təmin edir;
- müvafiq
sahəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin edir;
- dövlət
sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərin, habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin
edir;
- DMAA-nın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflərin
verilməsini təmin edir;
- DMAA-nın
fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılmasını təmin edir;
- fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri
həyata keçirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1; Rus dili-C1;
|
Müsahibə elanının tarixi |
14.11.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
28.11.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 noyabr 2023-cü il 28 noyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.