| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Elm və Təhsil Nazirliyi |
| Struktur bölmə |
İnsan resursları şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
- Şöbənin Əsasnaməsini rəhbər tutaraq şöbənin fəaliyyətini təşkil edir, işin icrasına nəzarəti həyata keçirir.
- Nazirlikdə dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin təşkilini təmin edir.
- Dövlət orqanında kadr siyasətinin formalaşdırılması, insan resurslarının
düzgün və lazımi peşəkarlıq səviyyəsində idarə edilməsi istiqamətində tədbirlər
görür, bu istiqamətdə konseptual sənədlərin hazırlanmasını təmin edir.
- Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən kadr məsələləri ilə bağlı mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik rəhbərliyin və nəzarətin həyata keçirilməsini təmin edir.
- Dövlət qulluğu və əmək
qanunvericiliyinin düzgün tətbiqinə nəzarət edir və yol verilmiş pozuntuların
aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin edir.
- Dövlət orqanının strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər
hazırlanması, kadr tərkibini təhlil edilməsi, kadr təminatının
həyata keçirilməsi və onların peşəkarlığının
artırılması üçün zəruri tədbirlər görülməsini təmin edir.
- Nazirlikdə əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq insan
resurslarının idarə olunmasına dair sənədləşmə və uçot işlərinin həyata
keçirilməsini təmin edir.
- Nazirlikdə
işçilərin peşəkar inkişafının düzgün istiqamətləndirilməsi, fəaliyyətlərinin
səmərəliliyinin müəyyən edilməsi və karyera imkanlarının yaradılması üçün müvafiq tədbirlər görür.
- Kadr siyasətinin formalaşdırılması və kadr strategiyasının hazırlanmasını təmin edir;
- Nazirlikdə mövcud olan bütün vəzifələr üzrə vəzifə təlimatlarının, işə
qəbul üzrə vəzifə tələblərinin hazırlanmasını, o cümlədən struktur bölmələrin
Əsasnamələrinin hazırlanmasını, tətbiqini və təkmilləşdirilməsini təmin edir.
- Nazirliyin
əməkdaşlarının karyera yüksəlişi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməsini təmin edir.
- Dövlət qulluqçularının Reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması işinə nəzarət edir.
- İnsan resurslarının idarə edilməsi sahəsində elektron məlumat
bazalarının və proqram təminatlarının yaradılmasını təmin edir.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması, ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasını təmin edir.
- Kadr məsələləri ilə bağlı normativ aktların
və digər sənədlərin layihəsinin hazırlanmasını təmin edir.
- Nazirliyin əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi işini təşkil edir;
- Nazirliyə daxil olan layihə və proqramların təhlil edilməsi, müvafiq rəy və təkliflərin verilməsini təmin edir.
- Dövlət qulluğuna qəbul və vakant inzibati vəzifələrin tutulması ilə bağlı zəruri tədbirləri həyata keçirir, insan resurslarının formalaşdırılması, səmərəli idarə edilməsi və müvafiq sahənin inkişafının təmin edilməsi ilə bağlı təkliflər verir.
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir.
- Yeni işə qəbul olunmuş işçilərin kollektivə təqdim edilməsi və işə uyğunlaşması istiqamətində tədbirlər görülməsi, adaptasiya proqramlarının hazırlanması və həyata keçirilməsini təmin edir.
- Dövlət qulluqçularının idarəolunması istiqamətində motivasiya tədbirlərinin, əlavə təhsil və təlim ehtiyaclarının müəyyənləşdirilməsi, bununla bağlı təlim və treninqlərin təşkili və keçirilməsi ilə bağlı tədbirlər görür.
- İnsan resurslarının idarə edilməsi siyasətinə dair beynəlxalq təcrübəni öyrənir və tətbiqi ilə əlaqədar təkliflər verir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2 və ya İngilis dili-B2;
|
| Müsahibə elanının tarixi |
22.02.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.03.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 22 fevral 2024-cü il 7 mart 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.