Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Qeydiyyat və reyestrlərin aparılması şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1435 |
Qulluq funksiyaları |
- Agentliyin
fəaliyyətini tənzimləyən və ya fəaliyyəti ilə əlaqədar olan normativ hüquqi
aktların, təşkilati-sərəncamverici və digər qeyri-normativ hüquqi aktların
layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən
hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək;
- qida təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin hazırlanmasında
iştirak etmək;
- qida
zənciri obyektlərinin və subyektlərinin qeydiyyatı, habelə qida məhsulları ilə
təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən
obyektlərin qeydiyyatı və qida zənciri obyektlərinin təsdiqi, “Qida
təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində
müəyyən edilmiş məhsulların, pestisidlərin, bioloji preparatların və
aqrokimyəvi maddələrin, eyni zamanda baytarlıq preparatları və yem əlavələrinin
qeydiyyatı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf
konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl
təcrübəsini öyrənmək və aidiyyəti üzrə Agentliyin rəhbərliyinə təkliflər
vermək;
- Şöbə üzrə Agentliyin
Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə
təkliflərini Agentliyin rəhbərliyinə təqdim etmək;
- Agentlik rəhbərliyinin göstərişinə və iş planına uyğun olaraq
kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını
təşkil etmək;
- Dövlət
Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət
Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin
həyata keçirilməsini təmin etmək;
- qida
zənciri obyektlərinin (subyektlərinin),habelə qida məhsulları ilə təmasda olan
material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin,
qeydiyyata alınmalı olan məhsulların, qida zənciri obyektlərinin təsdiqinin
həyata keçirilməsinə və Qida Təhlükəsizliyi Reyestrinin aparılmasına nəzarət
etmək;
- dövlət
reyestrinə daxil edilən qida zənciri obyektlərinin (subyektlərin ), qeydiyyata alınmalı olan məhsulların Agentliyin aidiyyəti
struktur bölmələri tərəfindən aparılmış qiymətləndirmələrin nəticələri əsasında
müvafiq olaraq qeydiyyatı, təsdiqinin ləğv edilməsi, ilə bağlı prosedurları
təmin etmək;
- aidiyyəti
struktur bölmələr tərəfindən verilmiş müsbət rəy (qərar) əsasında baytarlıq
preparatlarını, pestisidləri, bioloji preparatları, aqrokimyəvi maddələri
dövlət qeydiyyatına alaraq qeydiyyat
şəhadətnaməsinin verilməsini, Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış pestisidlərin, bioloji preparatların, aqrokimyəvi
maddələrin Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatlar
siyahısına daxil edilməsini və baytarlıq preparatlarının dövlət
reyestrinin aparılmasını təmin etmək;
- baytarlıq
preparatlarının aprobasiyasını, ekspertizasını, sınaqdan keçirilməsini,
pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
dövlət sınağının həyata keçirilməsini təşkil etmək;
- qeydiyyat
məlumatları əsasında dövri statistik və analitik hesabatların hazırlanması
işini təşkil etmək; baytarlıq preparatlarının, pestisidlərin, bioloji
preparatların, aqrokimyəvi maddələrin qeydiyyat şahadətnamələrinin
dublikatlarının verilməsinin, “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq həmin sənədlərin yenidən rəsmiləşdirilməsinin, qüvvəsinin
dayandırılmasının, bərpa və ləğv edilməsinin həyata keçirilməsini təmin etmək;
- qanunvericilikdə
müəyyənləşdirilmiş qaydada sorğu əsasında dövlət reyestrindən məlumatların
verilməsini təmin etmək və onun idarə olunmasını təşkil etmək;
- qeydiyyat
məlumatları, həmçinin subyektlərin fəaliyyət istiqamətləri üzrə aparılan
araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri
ilə bağlı toplanılmış informasiyalar əsasında qida zənciri obyektlərinin
(subyektlərinin) məlumat bazasını yaratmaq və ondan istifadəni təmin etmək;
- fəaliyyət
istiqamətləri üzrə Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
rəhbərliyə təkliflər vermək; qida zənciri subyektlərinə fəaliyyət istiqamətinə
uyğun olaraq hüquqi və texniki dəstək göstərmək və onların qida
təhlükəsizliyi üzrə maarifləndirilməsi ilə bağlı tədbirlər görmək;
- xarici qida
obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması istiqamətində prosedurları
təmin etmək; xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə,
beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığın
təşkilində və həyata keçirilməsində, danışıqların aparılmasında, habelə
beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
- qida
və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması
üçün həmin məhsulların istehsal və emal edildiyi xarici ölkələrdə fəaliyyət
göstərən qida obyektlərinin Agentliyin nümayəndələri tərəfindən qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu
qiymətləndirilməklə təsdiq olunması və ya təsdiqdən imtina edilməsini təşkil
etmək;
- sahibkarlar
tərəfindən daxil olan müraciətlərin Agentliyin müxtəlif struktur bölmələri
tərəfindən qaldırılan məsələlərin vaxtında və qanuni şəkildə cavablandırılması
ilə bağlı təhlillər aparmaq və nəticəsi ilə bağlı təkliflər vermək;
- Agentliyin
fəaliyyət istiqamətlərinə uyğun olaraq Əsasnamə ilə şöbəyə verilmiş
səlahiyyətlərin təkmilləşdirilməsi, genişləndirilməsi və ya dəyişdirilməsi üzrə
təkliflər hazırlamaq;
- Agentliyin
regional bölmələrində eyni adlı sektorların işinin təşkilini və
fəaliyyətlərinin əlaqələndirilməsini aidiyyəti üzrə həyata keçirmək və onlardan
müvafiq hesabatları tələb etmək;
- fəaliyət
istiqamətlərinə uyğun olaraq Agentliyin regional bölmələrinə müvafiq tapşırıqlar
vermək;
- rəhbərliyin tapşırığı ilə
hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
- rəhbərlik tərəfindən şöbəyə
tapşırılmış vəzifələri yerinə yetirmək;
- Şöbənin icraatında
olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin
toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik etmək;
- tabeliyində olan
əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək,
əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət etmək;
- Şöbənin əməkdaşları
barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin
rəhbərliyinə təqdimatlar vermək;
- Şöbədə dövlət
qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin vaxtında, obyektiv
və qərəzsiz aparılmasını təmin etmək, təsdiq edilmiş qiymətləndirilmə
formasının vaxtında kadr xidmətinə təqdim edilməsini təmin etmək, şöbə
üzrə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin nəticələri
barədə hesabatı hazırlamaq, imzalamaq və sektor müdirlərinin qarşısında qoyulan
tapşırıqların qiymətləndirilmə dövrü ərzində hansı səviyyədə yerinə
yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə
vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Şöbənin vəzifələrini
yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından,
eləcədə aidiyyəti dövlət orqanlarından məlumat və sənədləri almaq, eyni zamanda
aidiyyəti dövlət orqanlarına təkliflərin verilməsində iştirak etmək;
- Şöbədə kargüzarlıq
işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, riyaziyyat, kompüter elmləri, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, kimya, biologiya, kimya mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, şərabçılıq, tibbi profilaktika, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, ekologiya, aqromühəndislik, əczaçılıq, tibbi biologiya, informasiya-təhlil fəaliyyəti, zootexniklik ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1 və ya İngilis dili-C1;
|
Müsahibə elanının tarixi |
28.03.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
15.04.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 28 mart 2024-cü il 15 aprel 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.