| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə: Naxçıvan şəhəri, Xətai məhəlləsi
|
| Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi |
| Struktur bölmə |
Aparat, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Toxumların dövriyyəsinə nəzarət,texniki təchizat və aqrokimyəvi xidmətlərin təşkili sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
6 |
| Aylıq vəzifə maaşı |
690 |
| Qulluq funksiyaları |
- Sektorun işçiləri arasında
vəzifə bölgüsü aparır, sektora daxil olan müraciətlərin və digər sənədlərin
işçilər arasında bölüşdürülməsini, onlara baxılmasını, cavablandırılmasını və
digər müvafiq tədbirlərin görülməsini təmin edir;
- Sektorun
funksiyalarına uyğun olaraq onun fəaliyyətini təmin edir, o cümlədən sektorun
işinin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
- kənd təsərrüfatında
aqrokimyəvi xidmətlərin yaxşılaşdırılmasına dair müvafiq sənədlərin
hazırlanmasında iştirak edir;
- muxtar respublika üzrə
kənd təsərrüfatı əkinləri üçün mineral və üzvi gübrələrə və digər aqrokimyəvi
vasitələrə olan tələbatın proqnozlarının hazırlanması üçün müvafiq tədbirlər
görür;
- aqrokimya
laboratoriyalarının fəaliyyətinin monitorinqini həyata keçirir, nəticəyə uyğun
olaraq səmərəliliyi artırmaq üçün tövsiyələr hazırlayaraq təqdim edir;
- kənd təsərrüfatı
əkinləri üçün ölkədə istehsal olunan və tələbata əsasən muxtar respublikaya
idxal olunan gübrə və digər aqrokimyəvi vasitələr barədə məlumatları əldə
edərək ümumiləşdirir və şöbə müdirinə təqdim edir;
- gübrə və digər
aqrokimyəvi vasitələrin dislokasiyası, satışı və yerlərdə yerləşmə vəziyyətinin
təşkili ilə bağlı məsələlərin monitorinqini keçirir və hesabatlar hazırlayaraq
şöbə müdirinə təqdim edir;
- sahə üzrə innovativ
texnologiyaları araşdırır və tətbiq edilməsi barədə təkliflər verir;
- kənd təsərrüfatı
texnikalarına olan tələb və ehtiyacların araşdırılmasını və texnikalardan
istifadəyə dair şöbə müdirinə təkliflər verir
- innovativ və yüksək
texnoloji kənd təsərrüfatı texnikaları və avadanlıqları barədə məlumatları
toplayıb təhlil edir və onların yerli müəssisələrdə istehsalının təşkil
olunması, habelə sərgi-satışının keçirilməsi barədə şöbə müdirinə təkliflər
verir
- aqrar sahədə lizinq
xidmətlərinin göstərilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində
və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanmasında iştirak edir
- özüyeriyən, asılan və
qoşulan texnikaların və mexanizmlərin dövlət qeydiyyatının aparılmasına,
onların texniki vəziyyətinə və istifadəsinə dair tələblərin həyata
keçirilməsinə nəzarət edir;
- şöbənin fəaliyyəti ilə
bağlı Nazirlikdə yaradılmış komissiyalarda, işçi qruplarında, ezamiyyə ilə
bağlı səfərlərdə şöbəni təmsil edir və onların işində iştirak edir;
- sektorun fəaliyyəti
üzrə sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil
verilməsinə nəzarət edir;
- sektorun vəzifələrinə
aid arayışlar, məlumatlar, hesabatlar və digər aidiyyəti sənədləri hazırlayaraq
şöbə müdirinə təqdim edir;
- sektor üzrə şöbənin iş
planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və
Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə
təkliflər verir;
- Rəhbərliyin digər xidməti tapşırıqlarını və şöbənin fəaliyyət
istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: torpaqşünaslıq və aqrokimya , aqronomluq, aqromühəndislik, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, biologiya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, ekologiya, kimya mühəndisliyi, qida məhsulları mühəndisliyi, ekologiya mühəndisliyi, meşəçilik ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2; İngilis dili-A2;
|
| Müsahibə elanının tarixi |
28.03.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
15.04.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 28 mart 2024-cü il tarixindən 15 aprel 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.