Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Elm və Təhsil Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Yerli bölmələr, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Gədəbəy rayonu üzrə təhsil sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
510 |
Qulluq funksiyaları |
-
Sektorun işinə ümumi rəhbərlik və icra intizamına
nəzarət edir, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata
keçirilməsini təmin edir;
-
Səlahiyyətləri
daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində və təhsil
qanunvericiliyinin icrasının təmin edilməsində iştirak edir;
-
Sektorun səlahiyyətinə aid məsələlər üzrə dövlət
müəssisələrində və ictimai təşkilatlarda İdarəni təmsil edir;
-
Sektorun fəaliyyət strategiyası və taktikasının
müəyyənləşdirilməsi, aparılan işlərin əlaqələndirilməsi və tənzimlənməsini
təmin edir;
-
Sektorun illik fəaliyyət planının hazırlanmasının
təmin edilməsi və onların yerinə yetirilməsi haqqında sektorun hesabatını
İdarə rəhbərliyinə təqdim edir;
-
Ümumi, məktəbəqədər
və məktəbdənkənar təhsil müəssisələrində təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi
üçün monitorinqlərin aparılmasını, nəticələrin təhlil edilməsini və təkliflərin
hazırlanmasını təmin edir;
-
İstedadlı uşaqlarla işin aparılmasını,
təhsilalanlar və ya təhsilverənlər arasında müxtəlif müsabiqə və layihələrin təşkilini
və keçirilməsini təmin edir;
-
Sağlamlıq
imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı
məlumatların toplanılmasını, ümumiləşdirilməsini və təkliflərin
hazırlanmasını təmin edir;
-
Uşaqların təlim-tərbiyəsinin həyata
keçirilməsində pedaqoji kollektivlərlə ailə və ictimaiyyətin fəaliyyətinin əlaqələndirilməsini,
valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının mühafizəsi
işini təşkil edir;
-
Ümumi təhsildə
yeniliklərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirlməsini təmin edir;
-
Təhsil müəssisələrinin
inkişafı və optimallaşdırılması üzrə təkliflərin hazırlanmasında iştirak edir;
-
Təhsilalanların
zərərli vərdişlərdən qorunması məqsədilə tədbirlər planının hazırlanmasında
iştirak edir;
-
Uşaqların
ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi prosesinin tənzimlənməsi
prosesinə nəzarətin həyata keçirilməsini təmin edir;
-
Tam orta təhsil
səviyyəsində təmayülləşmənin şəbəkəsinin genişləndirməsi ilə bağlı təkliflər
verir;
-
Məktəbəqədər,
ümumi və məktəbdənkənar təhsillə bağlı müxtəlif statistik məlumatların
toplanmasını, sistemləşdirilməsini, təhlilini və müvafiq təkliflərin
hazırlanmasını təmin edir;
-
Regional təhsil
idarəsinin tabeliyində olan ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin
idarəolunmasına təşkilati-pedaqoji və metodiki köməkliyi göstərir;
-
Ümumi təhsil
müəssisələrində tədris ilinin əvvəlində sinif kompleklərinin müəyyənləşdirilməsi
prosesinin təşkilini təmin edir;
-
Tədris
prosesində yeniliklərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini
təmin edir;
-
İcbari ümumi
orta təhsilin həyata keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin
edir;
-
Sektora müraciət etmiş vətəndaşların qəbulunun həyata keçirilməsini,
qanunvericiliklə müəyyən edilmiş qaydada sektora daxil olmuş şifahi və yazılı
müraciətlərə vaxtında və ətraflı baxılaraq icrasını təmin edir;
-
Digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətin
təşkili üçün işlərin görürülməsi;
-
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, təbiət ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
Xüsusi tələblər |
təhliletmə; problem həlletmə; qərar vermək bacarıqları; komandada işləmək bacarığı olan şəxslərə üstünlük veriləcəkdir. |
Müsahibə elanının tarixi |
17.04.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
01.05.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.