Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Hesablama Palatası |
Struktur bölmə |
Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
-
Sektorun işini təşkil edir və ona rəhbərlik edir;
- tabeliyində olan işçilər arasında cari iş
bölgüsünü aparır;
-
Palataya daxil olan qanunvericilik aktlarının,
habelə Palata tərəfindən hazırlanmış metodiki sənədlərin və sərəncam
mahiyyətli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsini təmin edir;
-
Palatanın fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı qanunvericilik aktlarında və metodiki sənədlərdə müvafiq
dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi aktların və metodiki
sənədlərin hazırlanması ilə bağlı təkliflər verir və həmin aktların
hazırlanması və ya hazırlanmasında iştirak edir;
- səlahiyyəti çərçivəsində Palatanın İş Planına
dair təkliflərin hazırlanaraq şöbə müdirinə təqdim edilməsini təmin edir;
- səlahiyyəti çərçivəsində şöbəyə daxil olan
qanunvericilik aktlarının, hazırlanmış metodiki sənədlərin və sərəncam
mahiyyətli sənədlərin iqtisadi ekspertizasını həyata keçirir;
- fəaliyyət istiqamətləri üzrə Palatanın inkişaf
konsepsiyası və strateji inkişaf planlarının hazırlanmasında iştirak edir və səlahiyyətləri daxilində icrasını təmin edir;
-
Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri ilə
əlaqədar şöbəyə daxil olan müvafiq sənədləri, statistik hesabatları və
məlumatları təhlil edir, büdcə layihəsinə rəy hazırlayır;
-
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrinin
icrasına dair illik hesabat üzrə şöbəyə daxil olan müvafiq sənədləri,
statistik hesabatları və məlumatları təhlil edir, hesabata dair
rəyin hazırlanmasını təmin edir;
-
Sektor üzrə dövlət qulluğu vəzifələrinə dair
vəzifə təlimatlarını hazırlayır;
-
Sektorda qulluq keçən dövlət qulluqçularının
peşə hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılması ilə bağlı
ehtiyaclarının təhlil edilməsi işini təmin edir, onların ixtisasının
artırılması və təkmilləşdirilməsi barədə təkliflər verir;
-
Sektorda əmək və icra intizamına, qulluq
reqlamentinə və etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;
-
Tabeliyində olan işçilər barəsində intizam tənbehi
və ya mükafatlandırma tədbirlərinin həyata keçirilməsi barədə şöbə
müdirinə təqdimat verir;
-
Şöbənin fəaliyyət istiqamətləri üzrə sosial
müdafiə və sosial təminat sahəsində aparılan kənar dövlət maliyyə nəzarəti tədbirlərində iştirakını
həyata keçiri;
-
Palataya daxil olan sənədlərin, müvafiq
statistik hesabatların və məlumatların təhlilini və müvafiq rəyin
hazırlanması işini təşkil edir;
-
Şöbə tərəfindən sosial müdafiə
və sosial təminat sahəsində həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə məlumatların ümumiləşdirilməsi işini təmin edir;
-
Mövcud məlumat bazasının təkmilləşdirilməsi və
müvafiq məlumatların əldə edilməsi məqsədilə müvafiq hesabat formalarının
hazırlanması işinin həyata keçirilməsini təmin edir;
-
Şöbənin fəaliyyət istiqaməti üzrə məlumat və
hesabatların təhlilinin, sosial müdafiə və sosial təminat
sahəsində keçirilmiş audit tədbirlərinin nəticələrinə əsaslanaraq bu
sahədə qüvvədə olan normativ-hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərin
verilməsini təmin edir;
-
Sektorda əmək və icra intizamına, qulluq
reqlamentinə və etik davranış qaydalarına əməl edilməsinə nəzarət edilməsi
işini təşkil edir;
-
Sektorun fəaliyyət istiqaməti üzrə
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə
və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların ərizə və
şikayətlərinə müvafiq qaydada baxılması, icrası istiqamətində zəruri
tədbirlərin həyata keçirilməsində iştirakı təmin edir;
-
Rəhbərlik tərəfindən verilmiş tapşırıqların
icrasını təmin edir;
-
Sektorun fəaliyyəti barədə illik hesabatın
hazırlanmasını təmin edir;
-
Şöbənin fəaliyyəti barədə illik hesabatın
hazırlanmasının təmin edilməsində iştirakı həyata keçirir;
-
Müəyyən edilmiş qaydada tabeliyindəki dövlət
qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsini təmin edir;
-
Fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə nəzərdə tutulmuş şöbə müdiri və Palatanın rəhbərliyi tərəfindən
verilmiş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, sosial iş ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
31.05.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.06.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 31 may 2024-cü il tarixindən 20 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.