Hesablama Palatası
Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsi, Hüquqi təminat sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Hesablama Palatası
Struktur bölmə Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsi, Hüquqi təminat sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Sektorun işini təşkil edir və ona rəhbərlik edir;
  • Sektorun əməkdaşları arasında iş bölgüsünü həyata keçirir, onların fəaliyyətinə nəzarəti təşkil edir; 
  • Normativ-hüquqi aktların layihələrinin, Palatanın sərəncam mahiyyətli sənədlərinin hazırlanmasını və ya sektorun aidiyyəti struktur bölmələri ilə birgə hazırlanmasında iştirakını təmin edir; 
  • Palataya daxil olan normativ-hüquqi aktların, habelə Palatanın üzvləri və struktur bölmələri tərəfindən hazırlanmış metodiki və sərəncam mahiyyətli sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirilməsini təmin edir; 
  • Palata tərəfindən bağlanılan müqavilə və memorandumların hüquqi ekspertizasının keçirilməsini təmin edir;
  • Palatanın struktur bölmələrinə hüquqi yardımın göstərilməsini və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlərin verilməsini təmin edir;
  • Palata tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində normativ-hüquqi aktlarda aşkar edilmiş boşluqların və ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə aidiyyəti struktur bölmələrlə birgə normativ-hüquqi aktların təhlil edilməklə təkmilləşdirilməsi istiqamətində təkliflər verilməsini təmin edir;
  • Azərbaycan Respublikasının məhkəmələrində Palatanın təmsil edilməsini, hüquq və qanuni mənafelərinin müdafiəsini, sektor tərəfindən və ya fəaliyyət istiqaməti üzrə aidiyyəti struktur bölmə ilə birlikdə məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlərin hazırlanmasını təmin edir; 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qabaqcıl beynəlxalq təcrübəni öyrənir və yeniliklərin tətbiqi məqsədilə təkliflər verir;
  • Sektor üzrə dövlət qulluğu vəzifələrinə dair vəzifə təlimatlarının hazırlanması işini təşkil edir;
  • Sektor üzrə vakant inzibati vəzifələrin tutulması ilə bağlı müsahibədə müsahibə komissiyasının üzvü kimi nümayəndə qismində iştirak edir;
  • Sektorun fəaliyyət istiqaməti üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların müraciətlərinə müvafiq qaydada baxılmasını təmin edir;
  • rəhbərliyin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanı dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə, habelə beynəlxalq tədbir və rəsmi görüşlərdə təmsil edir;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq sektorun Palatanın inkişaf konsepsiyasının və strateji inkişaf planlarının hazırlanmasında iştirakını təmin edir;
  • Palatanın fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə Palata tərəfindən təqdim edilən illik hesabat layihəsinə dair sektorun fəaliyyət istiqaməti üzrə aidiyyəti tərkib hissəsini hazırlanmasını təmin edirvə birbaşa rəhbərinə təqdim edir;
  • Sektorun fəaliyyətində qanunvericiliyə uyğun olaraq dövlət, kommersiya, vergi, bank sirri, habelə məxfilik rejiminə riayət edilməsinə nəzarət edir;
  • növbəti ilin 1-ci rübünün sonunadək şöbənin fəaliyyəti barədə illik hesabatın sektorun fəaliyyət istiqaməti üzrə aidiyyəti tərkib hissəsinin hazırlanmasını təmin edirvə şöbə müdirinə təqdim edir;      
  • Dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılması ilə bağlı ehtiyaclarınının təhlil edilməsi işini təmin edir, onların ixtisasının artırılması və təkmilləşdirilməsi barədə rəhbərliyə təkliflər verir; 
  • Sektorda əmək və icra intizamına, etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir; 
  • Tabeliyində  tərəfindən normativ-hüquqi aktların, eləcə də Palatanın metodiki sənədlərinin və sərəncam mahiyyətli sənədlərinin tələblərinə əməl olunmasına nəzarət edir;
  • Tabeliyində olan əməkdaşlar barəsində intizam tənbehi və ya mükafatlandırma tədbirlərinin həyata keçirilməsi barədə birbaşa rəhbərinə təqdimat verir;
  • Müəyyən edilmiş qaydada tabeliyindəki dövlət qulluqçularının xidməti fəaliyyətlərini qiymətləndirir;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş şöbə müdiri və Palatanın rəhbərliyi tərəfindən verilmiş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 31.05.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 20.06.2024 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 31 may 2024-cü il tarixindən 20 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.