Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə: Tbilisi pr 129
|
Dövlət orqanı |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi |
Struktur bölmə |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparatı, İnformasiya təminatı və təhlili şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Komitədə və
digər dövlət qurumlarında, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə
keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Komitəni təmsil
etmək, onların işində iştirak etmək.
- Komitədə
məlumat cədvəllərinin tərtib olunmasını, təhlil edilməsini, rəhbər qurumların
tapşırıqlarının məlumat bazasına ötürülməsini və görülmüş işlər barədə
hesabatın hazırlanmasını təmin etmək.
- Keçmiş məcburi
köçkünlərin məişət qayğıları və sosial vəziyyəti ilə əlaqədar statistikanın həyata
keçirilməsi.
- Müvafiq
şöbə ilə birgə keçmiş məcburi köçkünlər arasından vahid aylıq müavinətin (o
cümlədən yemək haqqı müavinətinin) ödənilməsi tətbiq edilənlərin siyahısının
dəqiqləşdirilməsi.
- Müvafiq şöbə ilə birgə keçmiş məcburi köçkünlər arasından kommunal xidmət haqlarının dövlət büdcəsindən ödənilməsi tətbiq edilənlərin siyahısının dəqiqləşdirilməsi.
- Keçmiş
məcburi köçkünlər arasından təhsil haqqı dövlət büdcəsindən ödənilənlərin
siyahısının dəqiqləşdirilməsi.
- Müvafiq
şöbə ilə birgə keçmiş məcburi köçkünlər arasından mənzil – məişət şəraiti
xüsusilə ağır olanların təyin edilməsi və gələcəkdə ilk növbədə yaşayış yeri
ilə təmin olunmaları məqsədilə
dəqiqləşdirmə və uçot işlərinin aparılması.
- Xüsusi
imtiyazlı məcburi köçkünlərin (şəhid varisləri, qazilər, müharibə veteranları
və s.) problemlərinin həlli ilə bağlı koordinasiya işində yaxından iştirakin
təmin edilməsi.
- Keçmiş
məcburi köçkünlər haqda statistik məlumatların hesabat dövrləri üzrə toplanması
və onların ölkədə baş verən sosial-iqtisadi proseslərlə uyğunluğunun təmin
edilməsi.
- Keçmiş məcburi köçkünlərin
işğaldan azad edilmiş ərazilərə qayıdışı
ilə əlaqədar həmin regionların sosial-iqtisadi potensialını xarakterizə edən
göstəriciləri aidiyyatı qurumlardan alıb, həmin regionlarda məşğulluq
strategiyasının hazırlanması üçün müvafiq məlumatların hazırlanması.
- Şöbənin
əməkdaşlarının müasir informasiya təminatı və təhlili sahəsində müxtəlif
qurumlar tərəfindən təşkil edilmiş konfrans, seminar və digər tədbirlərdə
iştirakı barədə təkliflər hazırlamaq.
- Məcburi
köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində rəhbərliyin
tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak etmək.
- Yeni salınmış
qəsəbələrdə məcburi köçkün ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasında iştirak etmək.
- Kargüzarlıq
haqqında qaydalara ciddi əməl etməklə şöbəyə daxil olan ərizə və müraciətlərin
vaxtında və tələb olunan müddətdə icrasına nəzarət işlərinin təşkili,
sənədlərin icrası tapşırılmış şöbə əməkdaşlarına müvafiq qaydada köməklik etmək
və sənədlərin yüksək keyfiyyətlə icrasına nail olmaq.
- İlin
cari hesabat dövrləri ərzində görülmüş işlər barədə Komitə rəhbərliyinə
hesabat təqdim etmək.
- Şöbənin
fəaliyyəti ilə bağlı şöbənin iş planının hazırlanması.
- Şöbənin
əməkdaşları arasında iş səviyyəsinin, icra intizamının, operativliyin,
şəffaflığın müasir tələblər səviyyəsinə çatdırılmasını təmin etmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
31.05.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.06.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 31 may 2024-cü il 20 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.