| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Qida Təhlükəsizliyi Agentliyi üzrə: Bakı şəhəri, Heydər Əliyev prospekti 185B
|
| Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
| Struktur bölmə |
Aparat, Qida zəncirinə nəzarət şöbəsi, Yoxlamaların ekspertizası və istehlakçıların hüquqlarının müdafiəsi sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
aparıcı məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
840 |
| Qulluq funksiyaları |
- fəaliyyət istiqamətləri üzrə normativ hüquqi
aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında
iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik
aktlarının layihələrinə dair sektor müdirinə rəy və təkliflər vermək;
- qida təhlükəsizliyi, baytarlıq və fitosanitar
nəzarəti sahəsində mövcud vəziyyəti təhlil etmək, dövlət nəzarəti sisteminin
təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və aidiyyəti üzrə sektor
müdirinə təqdim etmək;
- Dövlət Proqramlarında, Strateji Yol
Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun fəaliyyət
istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsində iştirak
etmək;
- Sektor müdirinin müvafiq
göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim
ediləcək məsələlərlə bağlı məlumatları hazırlamaq;
- aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanun
pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin
tətbiqi barədə qərarlara dair rəy yazmaq;
- Agentliyin regional bölmələri tərəfindən həyata
keçirilmiş yoxlamaların ekspertizasında iştirak etmək, tərtib edilmiş sənədləri
təhlil etmək, nəticələri barədə müvafiq hesabat hazırlayıb sektor müdirinə
təqdim etmək;
- qida və yem məhsullarının istehlakçılarının
hüquqları ilə bağlı dövlət siyasətinin müəyyən edilməsindən irəli gələn işlərdə
etmək, istehlakçılardan daxil olmuş şikayətlərin regional bölmələr tərəfindən
qanunvericiliklə nəzərdən tutulmuş müddətdə və qaydada baxılmasına nəzarəti
həyata keçirtmək;
- Agentliyin fəaliyyəti üzrə
qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrasına nəzarət etmək,
regional bölmələr tərəfindən təqdim edilmiş hesabatları təhlil etmək və
nəticələri barədə sektor müdirinə arayış təqdim etmək;
- aidiyyəti qurumlara müraciətləri hazırlamaq,
sənədləri toplanmaq və göndərmək;
- fəaliyyət istiqamətləri üzrə
aparılan araşdırmalar, monitorinqlər, reydlər, yoxlamalar, ekspertizalar və
onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və
vahid informasiya bankının yaradılmasında iştirak etmək;
- fəaliyyət istiqaməti üzrə
Agentliyin regional bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və
səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə
sektor müdirinə təkliflər vermək;
- fəaliyyət istiqamətləri üzrə
Agentliyin regional bölmələri tərəfindən görülən işlər və tapşırıqların icrası
vəziyyəti barədə hesabatlar almaq;
- fəaliyyət istiqaməti üzrə Agentliyin regional
bölmələrinin fəaliyyətinin əlçatanlıq, şəffaflıq, nəzakətlilik, rahatlıq və
məsuliyyət prinsipləri əsasında və qanunvericilikdə nəzərdə tutulmuş qaydada
həyata keçirilməsinə nəzarət etmək;
- fəaliyyət istiqməti üzrə Agentliyin regional
bölmələrinin fəaliyyətinə dair aparılmış qiymətləndirmənin nəticələri barədə
ümumiləşdirmə aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;
- Sektorun iş planının, fəaliyyəti ilə bağlı
hesabatlarının dövrlər üzrə hazırlamaq;
- Sektora daxil olan ərizə, şikayət (o
cümlədən Agentliyin regional bölmələrinin qəbul etdiyi inzibati aktlardan və ya
inzibati tənbehvermə haqqında qərarlardan verilmiş şikayətlərə) və
təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun
olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorunmaq;
- sektor müdiri tərəfindən sektora tapşırılmış
vəzifələri yerinə yetirmək;
- Sektora həvalə olunmuş
vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə
tutulmuş tədbirlərin icrasında iştirak etmək;
- Sektorun vəzifələrini yerinə yetirmək üçün
səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri
almaq;
- Sektorda kargüzarlıq işlərinin aparılmasında
iştirak etmək;
- fəaliyyət istiqamətlərinə
uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, tibbi profilaktika, zootexniklik, əczaçılıq, hüquqşünaslıq ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
| Müsahibə elanının tarixi |
31.05.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.06.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 31 may 2024-cü il tarixindən 20 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.