Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üzrə: Heydər Əliyev prospekti 42
|
Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
Struktur bölmə |
Aparat |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatının rəhbəri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
2 |
Aylıq vəzifə maaşı |
1905 |
Qulluq funksiyaları |
- Nazirlər
Kabinetinin fəaliyyətinin hüquqi, analitik-informasiya və təşkilati-texniki
təminatını həyata keçirir
- Nazirlər
Kabinetinin fəaliyyəti haqqında hesabatların hazırlanmasını təmin edir
- Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin hüquqi aktlarının layihələrini, həmçinin barəsində müvafiq aktların
qəbul edilməsi tələb olunmayan məsələlərlə bağlı təklifləri
hazırlayır və Baş nazirə təqdim edir
- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktlarının, mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli
aktların Naxçıvan Muxtar Respublikasının qanunlarına və Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin fərman və sərəncamlarına uyğunlaşdırılmasını
təmin edir
- Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin Nazirlər Kabinetinə həvalə etdiyi vəzifələrin və
Baş nazirin tapşırıqlarının icrasını təşkil edir
- Nazirlər
Kabinetinin aktlarını, Nazirlər Kabinetinin iclasının, Baş nazirin və onun
müavinlərinin yanında keçirilən müşavirələrin protokollarını, habelə Baş
nazirin və onun müavinlərinin dərkənarlarını və ya onların imzaladığı digər
sənədləri rəsmiləşdirilməsini təmin edir
- Nazirlər
Kabinetində baxılmış məsələlər haqqında məlumatları Nazirlər Kabinetinin
aktlarına, Baş nazirin və ya onun müavinlərinin göstərişlərinə uyğun olaraq,
mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına,
dövlətin hüquqi şəxslərinə, habelə müraciət (sorğu) etmiş şəxslərə
göndərilməsini təmin edir
- Nazirlər
Kabinetinin növbəti il üçün iş planına dair Baş nazirə təqdim olunan təkliflərə
baxaraq, onları ümumiləşdirir və Baş nazirə təqdim edir
- Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin və Nazirlər Kabinetinin hüquqi aktlarının,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Baş nazirin və onun
müavinlərinin tapşırıqlarının mərkəzi icra hakimiyyəti orqanları, yerli icra
hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti
təşkil və təmin edir
- Nazirlər
Kabineti qərarlarının layihələrinə dair “Normativ hüquqi aktlar haqqında”
Naxçıvan Muxtar Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi
ekspertizaların keçirilməsini və müvafiq rəylərin hazırlanmasını təmin edir
- Baş
nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, Baş nazir və onun
müavinlərinin rəhbərliyi ilə keçirilən tədbirlərin, habelə Nazirlər Kabinetinin
Aparatında təşkil edilən digər görüş və müşavirələrin hazırlanmasını və
maddi-texniki təchizatını təmin edir, həmçinin belə iclas, görüş, müşavirə və
digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlayır
- Baş
nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur
bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti
orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə
müzakirə və məsləhətləşmələr keçirir
- Mərkəzi
icra hakimiyyəti orqanlarından, yerli icra hakimiyyəti orqanlarından, dövlətin
hüquqi şəxslərindən, habelə yerli özünüidarəetmə orqanlarından daxil olan
məlumat və təklifləri təhlil edib ümumiləşdirərək, Baş nazirə və onun
müavinlərinə təqdim edir
- Nazirlər
Kabinetinin qərarlarının rəsmi dərcini təmin edir
- Nazirlər Kabinetinin aktlarının nüsxələrinin aidiyyəti mərkəzi icra
hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və dövlətin hüquqi
şəxslərinə, habelə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi üçün kağız və elektron daşıyıcılarda Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün tədbirlər görür
- Nazirlər
Kabinetinin iclaslarında baxılmış (baxılacaq) məsələlər və materiallar haqqında
və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında, habelə Baş nazirin, onun
müavinlərinin və Nazirlər Kabineti Aparatının fəaliyyəti haqqında
məlumatlandırmanı, internet saytının yaradılmasını, siyahısı qanunvericiliklə
müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir
- Nazirlər
Kabineti Aparatının əməkdaşlarını kurs və təlimlərə cəlb və ezam etmək,
həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür
- Nazirlər
Kabinetinin Aparatında kargüzarlığı təşkil edir, icra və əmək intizamına riayət
olunması üzrə işin təşkili vəziyyətini yoxlayır
- Vətəndaşlardan,
habelə vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən və hüquqi şəxslərdən daxil
olmuş müraciətləri (sorğuları) təhlil və onlara baxılmanı təmin edir, fiziki
şəxslərin qəbulunu həyata keçirir
- Nazirlər
Kabineti Aparatının maliyyə, təsərrüfat və maddi-texniki təminatı məsələlərini
həll edir
- Qanunvericilik
ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 10 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
31.05.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.06.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 31 may 2024-cü il 20 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.