Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
İnsan resurslarının idarəedilməsi şöbəsi, Motivasiya və təkmilləşdirmə sektoru, sektor müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə: Bakı şəhəri, Zaur Nudirəliyev küçəsi 85
Dövlət orqanı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Struktur bölmə İnsan resurslarının idarəedilməsi şöbəsi, Motivasiya və təkmilləşdirmə sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 960
Qulluq funksiyaları
  • “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanlarının əməkdaşlarının motivasiyasının yüksəldilməsinə dair Tədbirlər Planı”nın strateji məqsəd və hədəflərinin yerinə yetirilməsini təmin edir;
  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir, xidməti fəaliyyətlərinin qiymətləndirilməsini aparır;
  • Dövlət Agentliyi, mərkəzlər və digər tabeli qurumlarda əməkdaşlar arasında sağlam işgüzar rəqabətin formalaşdırılması, onların işə motivasiyası, komanda daxili münasibətlərin tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbərliyinə təkliflərin verir, bu istiqamətdə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırıqları yerinə yetirir;
  • mərkəzlərdə və digər tabeli qurumlarda sektorun işinə dəstək göstərən məsul əməkdaşların fəaliyyətini vahid mərkəzdən koordinasiya edir, onlara metodiki dəstəyin göstərilməsi istiqamətində tədbirləri görür;
  • Dövlət Agentliyində motivasiya tədbirlərinin, təlim proqramlarını vahid mərkəzdən koordinasiya edir, bu sahədə görülən işlərin şəffaflığının və hesabatlılığının, bu istiqamətdə əməkdaşlar tərəfindən müraciət imkanlarının daha əlçatan olmasının təmin edilməsində iştirak edir;
  • əməkdaşların onlar barədə müvafiq motivasiya tədbirinin görülməsi barədə müraciətlərinin qəbulu və cavablandırılmasını həyata keçirir, bu cür qərarın verilməsi üçün müraciətlərini aidiyyəti struktur bölmələrə yönləndirir;
  • əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təklif, ərizə və şikayətlərini qəbul edir və aidiyyəti struktur bölmələrə yönləndirir;
  • əməkdaşların rotasiyası, intizam tənbehinin vaxtından əvvəl götürülməsi, dövlət qulluqçularının əlavə təhsili və ixtisasartırması ilə bağlı müraciətləri qəbul edir və aidiyyəti struktur bölmələrə yönləndirir;
  • Dövlət Agentliyinin Aparatında, strukturuna daxil olan və tabeliyində olan digər qurumlarda motivasiya məqsədli sosial-mədəni tədbirlərin təşkili, əməkdaşların sosial-mədəni tədbirlərə, bilik, idman və s. yarışlara cəlb olunması ilə bağlı işlər görür, bununla əlaqədar Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinə təqdimatlar göndərir;
  • ay ərzində xidmətdə fərqlənən əməkdaşlar barədə motivasiya xarakterli maddi və qeyri-maddi həvəsləndirici tədbirlərin görülməsində, “Ayın ASANçısı”, “İlin ASANçısı” seçilmiş şəxslərin mükafatlandırılmasında iştirak edir;
  • xidmətdə fərqlənən əməkdaşların Dövlət Agentliyinin rəhbərliyi ilə görüşlərinin təşkilində iştirak edir;
  • əməkdaşların motivasiya və həvəsləndirmə ehtiyaclarının öyrənilməsi üzrə sorğuların keçirilməsini təşkil edir;
  • müxtəlif istiqamətlərdə təlimlərin keçirilməsi ilə bağlı əməkdaşların müraciətlərini qəbul edir və aidiyyəti struktur bölmələrə yönləndirilməsi, zərurət olduğu halda kənardan təlimçilərin və ekpertlərin cəlb olunmasında iştirak edir;
  • əməkdaşların doğum günlərində elektron poçt ünvanlarına təbrik məktublarının göndərilməsini, Dövlət Agentliyinin sosial şəbəkə qruplarında, Agentlikdə və mərkəzlərdə quraşdırılmış elektron və digər elan lövhələrində həmin əməkdaşlar barədə məlumatların paylaşılmasını təşkil edir;
  • xidməti fəaliyyəti ilə bağlı analitik təhlillərin və statistikanın aparılması, bu məqsədlə zəruri materialların təqdim edilməsi üçün aidiyyəti struktur bölmələrə müraciət edilməsi və maarifləndirmə işini təşkil edir;
  • xidməti fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olan xidməti sirrin və məxfilik rejiminin qorunması ilə bağlı tədbirlər görür;
  • Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara və Tədbirlər Planına əsasən bu sahədə olan digər tədbirləri həyata keçirir;
  • yeni işçilər üçün tanışlıq, adaptasiya prosesinin aparılmasını təmin edir, o cümlədən xidməti fəaliyyətin qiymətləndirilməsi, təhlili, standartların hazırlanması, inkişaf etdirilməsi və tətbiqi ilə bağlı fəaliyyətdə iştirak edir;
  • icrasına verilən sənəd və müraciətlərin araş­dırılması və cavablandırılmasını qanunvericiliyə uyğun olaraq təmin edir;
  • səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirir;
  • şöbə müdirinin tapşırığına əsasən arayışlar, hesabatlar, məlumatlar hazırlayır, araşdırmalar, yoxlamalar aparır;
  • vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
Müsahibə elanının tarixi 03.07.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.07.2024 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.