Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə: Bakı şəh., Zaur Nudirəliyev küçəsi 85
|
Dövlət orqanı |
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Struktur bölmə |
İnsan resurslarının idarəedilməsi şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1435 |
Qulluq funksiyaları |
- şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil edir və ona rəhbərlik
edir;
- Dövlət Agentliyində və
tabeliyində olan qurumlarda dövlət qulluğu sahəsinə və əmək qanunvericiliyinə
dair hüquqi aktların tələblərinə əməl edilməsinə ümumi nəzarəti həyata keçirir;
- sahə üzrə normativ
hüquqi akt layihələrinin hazırlanmasında iştirak edir və hazırlanan normativ
hüquqi akt layihələrinə dair təkliflər verir;
- şöbəyə dövlət
qurumlarından baxılmaq üçün göndərilən sənədlərin layihələrinə rəy və təkliflərin
verilməsini, o cümlədən hüquqi cəhətdən əsaslandırılmalarını təşkil edir;
- kadr
siyasətinin həyata keçirilməsi, habelə insan resurslarının idarə edilməsi ilə
əlaqədar aparılan işdə iştirak edir, rəy və təkliflər verir;
- Dövlət
Agentliyində xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinə ümumi nəzarət
edir, bu sahə üzrə beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi üzrə təkiflər
verir, habelə tabeliyinde olan dövlət qulluqçularının xidməti fəaliyyətini
qiymətləndirir, müsahibələrdə iştirak edir;
- Dövlət
Agentliyində və tabeliyində olan qurumlarda aparılan qiymətləndirmələrin
nəticələri barədə hesabatların, arayışların hazırlanmasını təmin edir və aşkar
olunmuş çatışmazlıqların və nöqsan hallarının aradan qaldırılması üçün müvafiq
tədbirlər görür;
- Dövlət
Agentliyinin müəyyən olunmuş qulluq reqlamentinə və daxili intizam qaydalarına,
etik davranış qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində,
pozuntu halları və səmərəsiz əmək və onları əmələ gətirən səbəblərin və
konfliktli halların aradan qaldırılması, belə halların baş verməməsi üçün
profilaktik tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətdə iştirak edir;
- şöbənin
fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə,
müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə
uyğun olaraq baxılmasını təmin edir;
- əmək
mübahisələrinin həllində iştirak edir və əmək mübahisələri ilə bağlı
məhkəmələrdə və digər qurumlarda etibarnamə əsasında Dövlət Agentliyini təmsil
edir;
- “ASAN
xidmət” mərkəzlərinə təyin edilən digər qurum əməkdaşlarının nəzakətlilik,
məsuliyyət, ünsiyyət qurmaq və izah etmə bacarıqlarının təkmilləşdirilməsi üçün
təlim ehtiyacının müəyyən edilməsinə, adaptasiya və motivasiya tədbirlərini
həyata keçirilməsinə nəzarət edir;
- “ASAN
xidmət” mərkəzlərində çalışan əməkdaşlar arasında açıq və anonim sorğuların
keçirilməsinin təşkil edilməsinə, bununla bağlı hesabatların hazırlanmasına
nəzarət edir;
- şöbənin fəaliyyət
istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər
və tədqiqatların aparılmasında, analitik materialların hazırlanmasını təmin
edir;
- şöbə
tərəfindən həyata keçirilən və ya həyata keçirilməsinə nəzarət edilən
layihələrin aparılmasında iştirak edir, həmin layihələrlə bağlı tərəfdaş
təşkilatlarla görüşür;
- könüllü
fəaliyyətin aparılmasına nəzarət edir;
- Dövlət
Agentliyinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
təkliflər verir;
- şöbə
üzrə Dövlət Agentliyinin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən
edir və bu barədə təkliflərini Dövlət Agentliyinin rəhbərliyinə təqdim edir,
kollegiya iclaslarında iştirak edir;
- şöbənin
əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi
üçün Dövlət Agentliyinin rəhbərliyinə təqdimatlar verir;
- şöbənin
vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Dövlət Agentliyinin
digər strukturlarından zəruri məlumat və sənədləri alır;
- şöbəyə
daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
- səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu
həyata keçirir;
- Dövlət
Agentliyinin rəhbərliyinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar
hazırlayır;
- şöbənin
fəaliyyəti barədə Dövlət Agentliyinin sədrinə illik hesabat təqdim edir;
- şöbənin
maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin
sosial-məişət təminatı haqqında müəyyən edilmiş qaydada təqdimatlar verir;
- Dövlət Agentliyində yaradılan komissiyalarda, işçi qruplarında iştirak
edir və ya şöbəni təmsil edən digər nümayəndəni müəyyən edir;
- Dövlət Agentliyinin əsasnaməsinə uyğun olaraq digər vəzifələri vaxtında
və keyfiyyətli həyata keçirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
03.07.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.07.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 iyul 2024-cü il 17 iyul 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.