Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi üzrə: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6
|
Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi |
Struktur bölmə |
Aparat, İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
940 |
Qulluq funksiyaları |
- Şöbənin
fəaliyyətini təşkil edir və ona rəhbərlik edir
- Tabeliyində
olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir,
əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir
- Muxtar
respublikada Dövlət İnvestisiya Proqramının layihələrinin hazırlanmasında,
ümumiləşdirilməsi və monitorinqinin təşkilini nəzarət edir;
- Sifarişçi təşkilatlar tərəfindən təqdim edilmiş dövlət investisiya layihələrinin
iqtisadi səmərəliliyini, sosial əhəmiyyətini araşdırmaq, növbəti büdcə ili və
sonrakı üç il üçün Dövlət İnvestisiya Proqramının ilkin layihəsini
hazırlanmasında iştirak edir və müvafiq qaydada təqdim edir;
- Daxil olmuş dövlət investisiya layihələrinə (təkliflərinə) baxır, onları təhlil
edilməsində iştirak edir və müsbət rəy verilmiş layihələri prioritet dövlət
investisiya layihələrinin siyahısına daxil etməsini təklif edir;
- Xarici ticarət əlaqələrinin həyata keçirilməsi ilə bağlı tədbirlərin işləyib hazırlamasına və həyata keçirilməsinə
nəzarət edir;
- Xarici ticarət fəaliyyəti və daxili ticarət
sahələrində tənzimləməni həyata keçirmək
məqsədilə bu sahədə vəziyyəti
araşdırmasında, müvafiq tədbirlərin görülməsinə dair
təkliflər verilməsində və onları həyata keçirməsində iştirak edir;
- Ölkənin daxili bazarının qorunmasına dair təhlillər
aparılmasında, müvafiq
təkliflərin hazırlamasında
iştirak edir;
- Dövlətlərarası iqtisadi əlaqələrin yaradılması, möhkəmləndirilməsi, inkişafı
və genişləndirilməsi ilə bağlı tədbirlərin görüməsində iştirak edir;
- Zərurət yarandıqda dövlət orqanlarına, müəssisə və təşkilatlarına beynəlxalq
donorlar tərəfindən ayrılan qrantları, maliyyə və texniki yardımları muxtar
respublika üzrə əlaqələndirməsini təşkil edir;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin vasitəsi ilə muxtar
respublikanın regional və beynəlxalq iqtisadi, maliyyə (kredit) təşkilatları,
beynəlxalq donor və digər təşkilatlarla münasibətlərinin qurulması və genişləndirilməsində
iştirak edir;
- Şöbəyə
həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş
planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə
tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir
- Şöbə
üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu
barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, sektor tərəfindən
müvafiq qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin
vaxtında və lazımi səviyyədə icrasını təmin edir
- Şöbənin
əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi
üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir
- Şöbənin
vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər
strukturlarından zəruri məlumat və sənədləri alır
- Şöbəyə
daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada baxılmasını təşkil edir
- Şöbədə
kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir
- Fəaliyyət
istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, beynəlxalq münasibətlər, politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
Müsahibə elanının tarixi |
03.07.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.07.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.