Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi üzrə: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6
|
Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi |
Struktur bölmə |
Aparat, Regionun inkişafı və dövlət proqramları şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
940 |
Qulluq funksiyaları |
- Şöbənin
fəaliyyətini təşkil edir və ona rəhbərlik edir
- Tabeliyində
olan əməkdaşlar arasında iş bölgüsünün aparır, onların fəaliyyətinin əlaqələndirir,
əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir
- Nazirliyin əlaqələndiricisi olduğu dövlət proqramlarının icrasına nəzarəti həyata
keçirir, proqramlarda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə təkliflər
hazırlayır, bununla bağlı aidiyyəti üzrə tədbirlər görür;
- Nazirliyin əlaqələndiricisi olduğu dövlət proqramlarının icra vəziyyəti ilə bağlı
qurumlar tərəfindən təqdim olunmuş hesabatlar əsasında monitorinqlər aparır
(müvafiq göstərişlər əsasında), onun nəticələrini təhlil edir, qiymətləndirir və
yekun hesabat hazırlayır;
- Regionun sosial-iqtisadi vəziyyəti haqqında hesabatların layihələrinin
hazırlanmasında iştirak edir;
- Regionun sosial-iqtisadi inkişafı ilə bağlı Nazirlik tərəfindən keçirilən tədbirləri
təşkil edir, digər tədbirlərin təşkilində səlahiyyətələri daxilində iştirak edir;
- Regionun inkişaf dinamikasını təhlil edir, perspektiv istiqamətləri müəyyənləşdirir,
regionun qısamüddətli, ortamüddətli və uzunmüddətli kompleks inkişaf
konsepsiyasının layihələrini hazırlayır və həyata keçirilməsində iştirak edir;
- Aidiyyəti şöbələrlə birlikdə muxtar respublika iqtisadiyyatına investisiya
qoyuluşu imkanları, investorlar, sahibkarlar, təsərrüfat subyektləri haqqında məlumat
bankının yaradılmasını təmin edir;
- Dövlət proqramların və konsepsiyaların icra vəziyyətini təhlil edir, səlahiyyətləri
daxilində onların icrasını əlaqələndirir, icrası ilə bağlı fəaliyyət istiqamətləri
üzrə təkliflər hazırlayır;
- Regionun inkişafına təsir göstərəcək sahəvi investisiya layihələrinin
hazırlanmasında, qiymətləndirilməsində və ekspertizasının aparılmasında iştirak
edir;
- Aidiyyəti şöbələrlə birlikdə regionun ixrac potensialının inkişaf etdirilməsi,
malların və xidmətlərin xarici bazara çıxarılması üçün əlverişli şəraitin
yaradılması üzrə təkliflərin hazırlanmasında iştirak edir;
- Dövlət proqramların həyata keçirilməsi ilə əlaqədar məlumat bazasının
formalaşdırılmasını və mütamadi olaraq yenilənməsini təmin edir;
- Nazirliyin əlaqələndiricisi olduğu dövlət proqramlarının icra vəziyyəti ilə bağlı
hesabatlar hazırlayır, icrasının nəticələrini təhlil edir, vaxtında və müəyyən
olunmuş tələblərə uyğun icra olunmamış tədbirlərlə bağlı təkliflər hazırlayır;
- Şöbəyə
həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş
planlarının və digər bu kimi sənədlərin imzalanması, habelə iş planında nəzərdə
tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir
- Şöbə
üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələlərin müəyyən olunması və
bu barədə təkliflərin Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən
müvafiq qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin
vaxtında və lazımi səviyyədə icrasını təmin edir
- Şöbənin
əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi
üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir
- Şöbənin
vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər
strukturlarından zəruri məlumat və sənədlərin alınmasını təmin edir
- Şöbəyə
daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada baxılmasını təşkil edir
- Şöbədə
kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejiminibtəmin edir
- Fəaliyyət
istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
Müsahibə elanının tarixi |
03.07.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.07.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.