Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üzrə: Heydər Əliyev prospekti 42
|
Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
Struktur bölmə |
Aparat, Qanunvericilik və proqramların icrasına nəzarət şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
3 |
Aylıq vəzifə maaşı |
1585 |
Qulluq funksiyaları |
- Qanunvericiliklə ona həvalə olunmuş vəzifələri yerinə
yetirir, əmək və icra intizamına riayət edir;
- Qanunvericilik
aktlarında, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini
təmin etmək məqsədi ilə müzakirələrin, görüşlərin və s. keçirilməsinin təşkili
ilə bağlı zəruri tədbirlər görür;
- Qanunvericiliyin icrasına nəzarəti
həyata keçirir;
- Qanunvericiliyin təhlil edilməsində
iştirak edir;
- Keçirilmiş təhlillər nəticəsində
müəyyən olunmuş nöqsanların araşdırılması və onların aradan qaldırılması sahəsində
müvafiq tədbirlərin görülməsi üçün təkliflər hazırlayır;
- Qanunvericilikdə nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müzakirələrin, görüşlərin
və s. keçirilməsinin təşkili ilə bağlı zəruri tədbirlər görür;
- Qanunvericiliyin təhlili ilə əlaqədar
müvafiq məlumat bazası formalaşdırır və mütəmadi olaraq yeniləyir;
- Dövlət proqramlarının, o cümlədən investisiya layihələrinin
icrasına nəzarəti həyata keçirir;
- Dövlət proqramlarının, o cümlədən investisiya layihələrinin
monitorinqinin həyata keçirilməsində iştirak edir;
- Şöbənin
fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata
keçirir;
- Tabeliyində
olan əməkdaşlar arasında vəzifə və iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir;
- Şöbənin əməkdaşlarının
üzərinə düşən vəzifələri yerinə yetirməsinə, əmək və icra intizamına, etik
davranış qaydalarına riayət etməsinə nəzarət edir;
- Şöbə
adından sənədləri imzalayır, şöbəyə razılaşma üçün daxil olan sənədlərə və
hüquqi aktların layihələrinə viza verir;
- Şöbəyə
daxil olan məktub, müraciət, sorğu və digər sənədlərə qanunvericiliklə nəzərdə
tutulmuş qaydada və müddətdə baxılmasına nəzarət edir;
- Şöbədə məxfilik
rejimini təmin edir və dövlət sirrinin mühafizəsi üzrə tədbirlərin görülməsinə görə
cavabdehlik daşıyır;
- Şöbə
daxilində kargüzarlığın qanunvericiliyə uyğun aparılmasını təşkil edir;
- Şöbənin müvafiq
hesabatlarının, iş planının əməkdaşlarının vəzifə təlimatlarının hazırlanmasını
təşkil edir və aparat rəhbərinə təqdim edir;
- Tabeliyində
olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
- Şöbənin
fəaliyyətini Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının digər
struktur bölmələri, habelə dövlət orqanları (qurumları) ilə əlaqələndirir;
- Naxçıvan
Muxtar Respublikası Baş nazirinin və onun müavinlərinin yanında keçirilən
müşavirələrdə və yığıncaqlarda, komissiyaların və işçi qrupların işində iştirak
edir və şöbəni təmsil edir;
- Şöbənin əməkdaşlarının
müvafiq sahə üzrə əlavə təhsil və təlimə ehtiyaclarını müəyyənləşdirərək aparat
rəhbərinə təkliflər verir;
- Şöbənin
işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə
dair aparat rəhbərinə təqdimat verir;
- Şöbənin
fəaliyyət istiqamətləri üzrə arayış, xidməti məruzə, digər sənəd və məlumatların
hazırlanmasını, araşdırma və yoxlamaların, təhlil və ümumiləşdirmələrin aparılmasını
təşkil edir;
- Dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə
aidiyyəti icraçı qurumlarla birlikdə müzakirələrin, görüşlərin və s. keçirilməsinin
təşkili ilə bağlı zəruri tədbirləri görür;
- Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin əlaqələndiricisi olduğu dövlət
proqramlarının icra vəziyyəti ilə bağlı mütəmadi olaraq məlumatların
hazırlanması, zərurət yarandıqda onların icrasının sürətləndirilməsini təmin
etmək məqsədilə müvafiq təkliflər verir;
- Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin icra etdiyi və ya icrasına cəlb
olunduğu dövlət proqramlarının, dövlət səviyyəli strateji sənədlərin icrasına nəzarət
və hesabatlılığının təşkil olunmasını təmin edir;
- Qanunvericiliyin
icrasına nəzarətin düzgün aparılması barədə mütəmadi olaraq şöbənin işçiləri təəfindən
arayışların hazırlanmasını tələb edir;
- Şöbə
dövlət proqramlarının və investisiya layihələrinin montitorinqin aparılmasını təmin;
- Aparat rəhbərinin
tapşırıqlarını və şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS office, İnernetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
07.08.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
21.08.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 avqust 2024-cü il 21 avqust 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.