Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Aparat, İnfrastruktur təminatı şöbəsi, Tikinti, şəhərsalma və kommunal təsərrüfat sektoru, sektor müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üzrə: Heydər Əliyev prospekti 42
Dövlət orqanı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Struktur bölmə Aparat, İnfrastruktur təminatı şöbəsi, Tikinti, şəhərsalma və kommunal təsərrüfat sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 1080
Qulluq funksiyaları
  • Bina və qurğuların memarlıq-planlaşdırma həllərinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun razılaşdırılmasını təşkil edir;
  • Tikinti sahələrindəki fəaliyyətin təşkili məsələlərinə aid komissiyaların iclaslarını təşkil edir, görülən işlər barədə rəhbərliyə müntəzəm olaraq məlumatlar təqdim edir;
  • Əsaslı tikinti, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar müqavilələrin bağlanmasında və yerinə yetirilmiş iş həcmlərinin qəbulunda iştirak edir;
  • Aparatın sifarişi əsasında aparılan tikinti və yenidənqurma işlərinə nəzarətin həyata keçirilməsində iştirak edir;
  • İnfrastruktur layihələrini və müvafiq sənədləri, təhlil edir və materiallar hazırlayır;
  • Dövlət proqramlarının icrası, o cümlədən infrastruktur və təminata dair həyata keçirilən işləri təhlil edir;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
  • Müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasını, normativ sənədlərə rəy verilməsini, yerli səviyyədə normativ tənzimləmənin həyata keçirilməsini səlahiyyətləri çərçivəsində təmin edir;
  • Müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak edir, həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir;
  • Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində qanunla müəyyən edilmiş hallarda iştirak edir;
  • Müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunması üçün tədbirlərin görülməsində iştirak edir;
  • Müvafiq sahənin inkişafının təmin edilməsində iştirak edir;
  • Sektorun fəaliyyətini təşkil edir, onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;
  • Sektorun əməkdaşları arasında vəzifə iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir;
  • Sektorun əməkdaşlarının üzərinə düşən vəzifələri yerinə yetirməsinə, əmək və icra intizamına, etik davranış qaydalarına riayət etməsinə nəzarət edir;
  • Sektorun adından sənədləri imzalayır, sektora razılaşma  üçün daxil olan sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır;
  • Mövcud qanunvericiliyin və sektorun fəaliyyətinin təkmilləşdirilməsinə dair şöbə müdirinə təkliflər verir;
  • Sektora daxil olan məktub, müraciət, sorğu və digər sənədlərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasına nəzarət edir;
  • Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının layihələrini, həmçinin barəsində müvafiq aktların qəbul edilməsi tələb olunmayan məsələlərlə bağlı təklifləri hazırlayır və şöbə müdirinə təqdim edir;
  • Qanunvericiliyin, sektorun fəaliyyət sahələri üzrə qəbul edilən hüquqi aktların, sessiya və müşavirələrdə verilən tapşırıqların, qəbul edilən dövlət proqramlarının icrasını təmin edir və icrasına nəzarət edir;
  • Sektorun fəaliyyət sahələri üzrə hüquqi aktların və dövlət proqramlarının layihələrini hazırlayır və hazırlanmasında iştirak edir;
  • Sektorun fəaliyyəti barədə hesabatları hazırlayır və aidiyyəti üzrə təqdim edir; 
  • Sektorun müvafiq hesabatlarını, iş planını və əməkdaşlarının vəzifə təlimatlarının hazırlanmasını təşkil edir və şöbə müdirinə təqdim edir;
  • Sektorun əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin edir;
  • Sektorun əməkdaşlarının müvafiq sahə üzrə əlavə təhsil və təlimə ehtiyaclarını müəyyənləşdirərək şöbə müdirinə təkliflər verir;
  • Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair şöbə müdirinə təkliflər verir;
  • Sektorun funksiya və vəzifələrinə aid məsələlər üzrə arayışlar, məlumatlar, hesabatlar və digər aidiyyəti sənədlər hazırlayır və ya hazırlanmasında iştirak edir;
  • Şöbənin adından vətəndaşların qəbulunu, onların müraciətlərinin araşdırılmasını, cavablandırlmasını və müvafiq tədbirlərin görülməsini həyata keçirir;
  • Şöbə müdirinin tapşırıqlarını və sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS office, İnernetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibə elanının tarixi 07.08.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 21.08.2024 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 avqust 2024-cü il tarixindən 21 avqust 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.