Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi üzrə: Naxçıvan şəhəri, Kazım Talıblı 6
|
Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatı, Baytarlıq və fitosanitar nəzarəti şöbəsi, Baytarlıq nəzarəti sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
6 |
Aylıq vəzifə maaşı |
640 |
Qulluq funksiyaları |
- fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların,
təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlayır və ya
hazırlanmasında iştirak edir, digər dövlət orqanları tərəfindən hazırlanmış
qanunvericilik aktlarının layihələrinə rəy və təkliflərini sektor müdirinə
təqdim edir;
- heyvan sağlamlığı sahəsində mövcud vəziyyəti təhlil edir, heyvan
sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət
proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində
iştirak edir;
- fermerlərin, ailə təsərrüfatlarının, sahibkarların heyvan sağlamlığı ilə
bağlı rəylərini öyrənir;
- fermerlərin, ailə təsərrüftalarının, sahibkarların baytarlıq sahəsində qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə bağlı maarifləndirilməsində iştirak edir;
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) və digər beynəlxalq
təşkilatlarda fəaliyyət istiqamələri ilə bağlı keçirilən tədbirlərdə iştirak
edir;
- Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və
Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş
tədbirlərlə bağlı tapşırıqları yerinə yetirir;
- beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) və
digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl
edilməsi üçün tədbirlərin görülməsi ilə əlaqədar sektor müdirinə təkliflər
verir;
- heyvan sağlamlığı sahəsində aparılmış təhlillər və elmi risk
qiymətləndirilməsi nəticələri əsasında ayrı-ayrı heyvan xəstəlikləri üzrə
risklərin idarəedilməsi planları və epizootiya əleyhinə tədbirlər planını
hazırlayır və təsdiq edilməsi üçün sektor müdirinə təqdim edir;
- ayrı-ayrı heyvan xəstəlikləri üzrə risklərin idarəedilməsi planları və
epizootiya əleyhinə tədbirlər planının icrasına nəzarətlə bağlı tapşırıqları
yerinə yetirir və nəticələrin monitorinqini aparır;
- risk təhlili çərçivəsində mövcud və yarana biləcək təhlükələr və risklər
barədə dövlət baytarlıq nəzarətində olan yüklər sahəsində fəaliyyət göstərən
subyektlər, istehlakçılar, elmi cəmiyyətlər, dövlət orqanları, beynəlxalq və
qeyri hökümət təşkilatları, habelə digər maraqlı tərəflər arasında məlumat
mübadiləsini həyata keçirir;
- xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin,
xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi
qaydalarını müəyyənləşdirir, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan
zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və
xəbərdarlıq təyinatlı tədbirlərin görülməsində iştirak edir və ya belə
tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə təkliflər verir;
- ayrı-ayrı ölkələrdə mövcud olan epizootik vəziyyəti izləyir, xüsusi
təhlükəli heyvan xəstəliklərinin yayıldığı ölkələrdən və ərazilərdən heyvan və
heyvan mənşəli məhsulların idxalının məhdudlaşdırılması və ya qadağan edilməsi
ilə bağlı icrası məcburi olan qərarların qəbul edilməsi ilə bağlı sektor
müdirinə təkliflər verir;
- dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı zamanı
aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərdə (notifikasiya
sənədlərində) göstərilmiş məlumatları təhlil edir, qanuna uyğun tədbirlər
görülməsi ilə bağlı arayışlar hazırlayaraq sektor müdirinə təqdim edir;
- Naxçıvan Muxtar Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək
yoluxucu xəstəliklərdən qorumaq üçün görüləcək tədbirlərdə iştirak edir;
- heyvan və heyvan mənşəli məhsullarının ilkin istehsalı və istehsalı obyektlərində baytarlıq nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə illik yoxlama planlarının hazırlanmasında iştirak edir;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: zootexniklik, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, əczaçılıq, biologiya, biologiya müəllimliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
Müsahibə elanının tarixi |
07.08.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
21.08.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 avqust 2024-cü il tarixindən 21 avqust 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.