| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Əqli Mülkiyyət Agentliyi üzrə: Ü.Hacıbəyli 84, Hökumət Evi İnzibati Binası
|
| Dövlət orqanı |
Əqli Mülkiyyət Agentliyi |
| Struktur bölmə |
Beynəlxalq əlaqələr şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
- şöbənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
- şöbənin fəaliyyət istiqamətlərini əhatə edən məsələlər üzrə Agentliyin İdarə Heyətinin sədrinin əmr, sərəncam və tapşırıqlarının, İdarə Heyətinin qərarlarının şöbənin səlahiyyətləri daxilində yerinə yetirilməsini təmin edir;
- əqli mülkiyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə şöbənin səlahiyyətlərinə aid olan işlərin icrasını təşkil edir;
- şöbədə əməkdaşlar arasında iş bölgüsünü müəyyən edir və onların vəzifə funksiyalarını yerinə yetirmələrinə nəzarət edir, əməkdaşlardan xidməti fəaliyyətləri barədə hesabatların verilməsini tələb edir və bu hesabatlar əsasında dövrlər üzrə şöbənin fəaliyyəti barədə hesabat, arayış və məlumatlar hazırlayır;
- şöbədə əmək və icra intizamına
nəzarət edir, onların qanunvericiliyə uyğun olaraq vəzifədə irəli çəkilməsi,
ixtisas dərəcələrinin artırılması, mükafatlandırılması və intizam məsuliyyətinə
cəlb olunması barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər və
təqdimatlar verir;
- şöbənin işçilərinin əmək və icra intizamının yüksəldilməsi, şöbənin fəaliyyətinin optimallaşdırılması ilə bağlı Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;
- rəy və təkliflərin bildirilməsi
üçün şöbəyə daxil olan normativ-hüquqi aktların layihələrinə və digər sənədlərə
dair rəylər hazırlayır və müvafiq təkliflər verir;
- əqli mülkiyyət sahəsi üzrə milli
qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq normativ sənədlərin
layihələrinin hazırlanmasında iştirak edir, sahə üzrə qanunvericiliyə əməl
edilməsinə nəzarətin təşkilinə dair səlahiyyətləri daxilində təkliflər
hazırlayır;
- əqli mülkiyyət sahəsi üzrə
beynəlxalq sazişlərin və digər müqavilələrin layihələrinin hazırlanmasında
iştirak edir, beynəlxalq təşkilatlarla əməkdaşlığa dair təkliflər verir;
- şöbənin fəaliyyət istiqamətlərini
əhatə edən məsələlər üzrə müqavilələrin, sazişlərin, memorandumların,
protokolların və digər sənədlərin layihələrini hazırlayır, onların mətnlərini
(məktublar və digər müraciətlər daxil olmaqla) xarici dillərə tərcümə edir və
ya bu işlərin həyata keçirilməsini təşkil edir;
- Azərbaycan Respublikasının
qoşulduğu beynəlxalq müqavilə, saziş və konvensiyaları və beynəlxalq
təşkilatlardan, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatından daxil olan
sənədləri (məktublar və digər müraciətlər daxil olmaqla) Azərbaycan dilinə
tərcümə edir və ya bu işlərin həyata keçirilməsini təşkil edir;
- beynəlxalq əlaqələr üzrə müvafiq
sənədlərin layihələrini hazırlayır və ya onların hazırlanmasında iştirak edir;
- əqli mülkiyyət sahəsində
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq və regional konvensiyalar,
müqavilələr və sazişlər nəzərə alınmaqla milli qanunvericilik aktlarının
təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və ya onların hazırlanmasında
iştirak edir;
- yerli və beynəlxalq təşkilatlar
və xarici dövlətlər tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak edir;
- sahə üzrə beynəlxalq aləmdə baş verən hadisələri və yenilikləri izləyir, bununla bağlı müvafiq arayışlar hazırlayır və təkliflər verir;
- şöbənin fəaliyyət
istiqamətlərinin əhatə etdiyi məsələlər barədə dövrlər üzrə hesabatların,
arayışların və məlumatların hazırlanmasında iştirak edir və təhlillər aparır;
- şöbəyə daxil olan müraciətlərin
araşdırılmasını təşkil edir, Agentliyin rəhbərliyi ilə razılaşdırmaqla
şöbənin səlahiyyətlərinə aid olan
məsələlər üzrə müəssisə, idarə və təşkilatların, eləcə də vətəndaşların yazılı
və şifahi sorğularına cavab məktublarını imzalayır;
- Agentlik
tərəfindən keçirilən tədbirlərin (konfrans, seminar və s.) hazırlanmasında və
keçirilməsində iştirak edir;
- Agentliyin rəhbərliyinin digər xidməti tapşırıqlarını yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office və Internetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1; Rus dili-C1;
|
| Müsahibə elanının tarixi |
02.09.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
16.09.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 2 sentyabr 2024-cü il 16 sentyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.