| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üzrə: Heydər Əliyev prospekti 42
|
| Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
| Struktur bölmə |
Aparat, İnfrastruktur təminatı şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
3 |
| Aylıq vəzifə maaşı |
1585 |
| Qulluq funksiyaları |
- Bina və qurğuların memarlıq-planlaşdırma həllərinin şəhərsalma və
tikinti qanunvericiliyinin tələblərinə uyğun razılaşdırılmasını təşkil edir
- Tikinti sahələrindəki fəaliyyətin təşkili məsələlərinə aid
komissiyaların iclaslarını təşkil edir, görülən işlər barədə rəhbərliyə
müntəzəm olaraq məlumatlar təqdim edir
- Əsaslı tikinti, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar
müqavilələrin bağlanmasında və yerinə yetirilmiş iş həcmlərinin qəbulunda
iştirak edir
- Aparatın sifarişi əsasında aparılan tikinti və yenidənqurma işlərinə
nəzarətin həyata keçirilməsində iştirak edir
- İnfrastruktur layihələrini və müvafiq sənədləri, təhlil edir və
materiallar hazırlayır
- Dövlət proqramlarının icrası, o cümlədən infrastruktur və təminata dair
həyata keçirilən işləri təhlil edir
- Nəqliyyat və kommunikasiya sahəsi üzrə normativ hüquqi və texniki
normativ hüquqi aktların layihəsinin, o cümlədən, müvafiq dövlət proqramların
hazırlanmasında iştirak edir
- Energetika, nəqliyyat və kommunikasiya sahəsi üzrə dövlət orqanları və
digər təşkilatlardan daxil olmuş sənədlərə cavab hazırlanmasını təmin
edir
- Şöbənin fəaliyyətini təşkil
edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir
- Tabeliyində olan əməkdaşlar
arasında vəzifə və iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir
- Şöbə əməkdaşlarının üzərinə
düşən vəzifələri yerinə yetirməsinə, əmək və icra intizamına, etik davranış
qaydalarına riayət olunmasına nəzarət edir
- Şöbə adından sənədləri
imzalayır, şöbəyə razılaşma üçün daxil
olan sənədlərə və hüquqi aktların layihələrinə viza verir
- Şöbənin fəaliyyət istiqamətinə uyğun Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatına daxil olmuş
normativ hüquqi aktların, digər normativ sənədlərin layihələrinə dair rəy və təkliflər
verir
- Vətəndaşlardan, habelə vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən və
hüquqi şəxslərdən daxil olmuş müraciətləri (sorğuları) təhlil edir və onlara
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmanı təmin edir,
fiziki şəxslərin qəbulunu həyata keçirir
- Şöbədə məxfilik
rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin
təmin edilməsinə görə cavabdehlik daşıyır
- Şöbə daxilində
kargüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasını təşkil edir
- Şöbənin müvafiq
hesabatlarının, iş planının, məkdaşlarının vəzifə təlimatlarının hazırlanmasını
təşkil edir və Aparat rəhbərinə təqdim edir
- Şöbənin fəaliyyət istiqamətinə uyğun daxil olan hesabatları və illik iş
planlarını təhlil edir, ümumiləşdirir və aidiyyəti üzrə təqdim edir
- Tabeliyində olan işçilərin
xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir
- Şöbənin əməkdaşlarının
müvafiq sahə üzrə əlavə təhsil və təlimə ehtiyaclarını müəyyənləşdirərək Aparat
rəhbərinə təkliflər verir
- Şöbənin strukturu və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər
hazırlayır
- Şöbənin işçiləri barədə
həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair Aparat rəhbərinə
təqdimatlar verir
- Öz istiqaməti üzrə Şöbənin fəaliyyətini Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabineti Aparatının digər struktur bölmələri,
habelə dövlət orqanları (qurumları) ilə əlaqələndirir
- Aparatın struktur bölmələrinə infrastruktur məsələlər üzrə yardım göstərir
və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində məsləhətlər verir
- Fəaliyyət istiqamətləri üzrə Aparatda və digər dövlət orqanlarında
yaradılmış komissiyaların və işçi qrupların işində iştirak edir
- Nazirlər
Kabineti iclaslarının öz fəaliyyət istiqaməti üzrə stenoqrafik, audio və videoyazılışını
təmin edir
- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclaslarında, Naxçıvan
Muxtar Respublikası Baş nazirinin, onun müavinlərinin, Aparat rəhbərinin
yanında keçirilən müşavirələrdə və yığıncaqlarda, komissiyaların və işçi qrupların
işində iştirak edir
- Aparat rəhbərinin
tapşırıqlarını və Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə
nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS office, İnernetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
| Müsahibə elanının tarixi |
04.11.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
19.11.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 4 noyabr 2024-cü il 19 noyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.