| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Energetika Nazirliyi |
| Struktur bölmə |
Məxfi və səfərbərlik şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
- şöbənin
fəaliyyətini təşkil edir və ona rəhbərlik edir
- şöbənin
əməkdaşları arasında iş bölgüsünün aparılması, onların fəaliyyətinin
əlaqələndirilməsi, əmək və icra intizamına riayət etmələrinə nəzarət edilməsi
və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil
edir
- “Dövlət
sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Energetika
Nazirliyində dövlət sirri təşkil edən məlumatların mühafizəsini və məxfi-rejim
qaydalarına əməl olunmasını təmin edir
- Azərbaycan
Respublikasının vəzifəli şəxslərinin və vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı
olmayan şəxslərin əsassız olaraq dövlət sirri ilə işləməyə və dövlət sirri
təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının yolverilməzliyini təmin
edir
- Nazirliyin
struktur bölmələrinin fəaliyyəti prosesində dövlət sirri təşkil edən məlumatların
mümkün axın kanallarının müəyyən edilməsi və məlumat axınının qarşısının
alınması işlərinin təşkil edir
- Nazirliyin
fəaliyyəti prosesində məxfilik rejiminin təşkil edilməsi məqsədilə zəruri
tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin edir
- məxfi
kargüzarlığın təşkilinin “Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə
iş üzrə kargüzarlığın aparılması
Qaydası”na müvafiq surətdə aparılmasının təmin edir
- müvafiq
qanunvericiliyə uyğun olaraq informasiya təhlükəsizliyi məqsədilə şöbənin
dövlət sirrinin muhafizəsi ilə əlaqədar
daxili normativ hüquqi aktların və digər sənədlərin hazırlanmasını təmin edir
- hərbi
vəzifəlilərin və çağırışçıların qeydiyyatı və təxsislənməsinin təşkilini, müvafiq hesabatların hazırlanmasını və tərtib olunmasını təmin edir
- Nazirliyin
strukturuna daxil olan qurumlar və yanacaq-enerji sahəsində fəaliyyət göstərən
dövlət müəssisələri, obyektlərin təhlükəsizliyinin və daxili mühafizə rejiminin
təşkilinə nəzarəti təmin edir
- Nazirliyin
strukturuna daxil olan qurumlar və müvafiq sahədə fəaliyyət göstərən dövlət
müəssisələrinin məxfilik rejiminin təmin olunması, məxfi kargüzarlıq işlərinin
aparılması, hərbi vəzifəlilərin qeydiyyatı
və bron edilməsi, səfərbərlik ehtiyatları, mülki müdafiə, mühüm əhəmiyyətli
obyektlər üzrə təhlükəsizlik və mühafizə tədbirləri üzrə fəaliyyətlərə
nəzarətin təmin olunmasını həyata keçirir
- Nazirliyin
strukturuna daxil olan qurumlar və müvafiq sahədə fəaliyyət göstərən dövlət
müəssisələrinin müvafiq hesabatlarının qəbul edilməsi və yuxarı təşkilata
təqdim edilməsi, həmin hesabatlar əsasında onların fəaliyyətlərinin
araşdırılması və təkmilləşdirilməsini təmin edir
- müvafiq
struktur bölmələrinin rəhbərlərini və mütəxəssislərini cəlb etməklə Nazirliyin
aparatında xüsusi əhəmiyyətli, tam məxfi və məxfi işlərə buraxılmalı olan
vəzifələrin nomenklaturasının hazırlanması və təhlükəsizlik orqanı ilə
razılaşdırılaraq Nazirin təsdiqinə verilməsini təmin edir
- təsdiq
olunmuş vəzifələr nomenklaturasına uyğun olaraq, işçilərin məxfi məlumatlarla
işləməyə buraxılmasını təşkil edir
- məxfi
sənədlərin daimi və yaxud müvəqqəti saxlandığı seyflərin, dəmir şkafların və
xüsusi otaqların qeydiyyatını təşkil edir
- Nazirliyin
idarə və təşkilatlarının, onların rejimli binalarının, otaqlarının, məxfi
sənədlərin saxlandığı yerlərin mühafizəsinin təşkilində, buraxılış sisteminin
və rejim qaydalarının təmin olunmasında, həmçinin mühafizəçilərin xidməti
vəzifələrinin yerinə yetirilməsində iştirak edir
- məxfi
sənədlərin saxlandığı şöbə, kitabxana və arxivlərdə sənədlərin texniki çoxaltma
vasitələrinin istifadə olunmasına, eləcə də məxfi sənədlərin nüsxələrinin
çoxaldılmasına, qeydə alınmasına və istifadəsinə dair müəyyən edilmiş qaydalara
nəzarəti təşkil edir
- məxfi
sənədlərin qəbuluna və göndərilməsinə dair qaydalara əməl olunmasına nəzarəti təşkil edir
- Nazirliyin
strukturuna daxil olan qurumlar və müvafiq sahədə fəaliyyət göstərən dövlət
müəssisələrinin dövlət sirrinin
mühafizəsi üzrə struktur bölmələri
işçilərinin, səfərbərlik ehtiyatları, hərbi mükəlləfiyyətlilərinin
qeydiyyatı və təxsislənməsi, mülki müdafiə və mühafizə üzrə mütəxəsisslərinin
fəaliyyət istiqamətləri çərçivəsində təlim almasının və biliklərinin
qiymətləndirilməsini təmin edir
- şöbənin
fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə,
müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə
uyğun olaraq baxılmasını təşkil edir
- şöbənin
inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsini həyata keçirir
- şöbənin
əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi
barədə nazirə təqdimat verir
- Nazirliyin
hüquqi aktları ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibə elanının tarixi |
06.12.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.12.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 dekabr 2024-cü il 20 dekabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.