Dövlət Statistika Komitəsi
Xidmət statistikası şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Dövlət Statistika Komitəsi
Struktur bölmə Xidmət statistikası şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
  • şöbəyə həvalə olunmuş tapşırıq və vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, əmək və icra intizamına görə məsuliyyət daşıyır;
  • səlahiyyətləri çərçivəsində məsələlərin həllinə dair şöbənin əməkdaşlarına ayrı-ayrı funksiyaların yerinə yetirilməsi üçün tapşırıqlar verir, onların icrasına nəzarət edir, işçilər arasında iş bölgüsünü həyata keçirir;
  • statistik vahidlərdən xidmət statistikası ilə bağlı rəsmi statistika hesabatlarının, müayinə (sorğu anketi) formalarının nəzərdə tutulmuş müddətdə yığılmasına və məlumatların keyfiyyətinə nəzarət edir;
  • şöbənin səlahiyyətləri çərçivəsində, zəruri hallarda isə ümumi statistik məsələlərlə bağlı rəhbərliyin tapşırıq və icazəsi əsasında kütləvi informasiya vasitələrində çıxış edir, materiallar hazırlayır;
  • şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə beynəlxalq təşkilatlar və digər ölkələrin statistika orqanları tərəfindən təşkil olunmuş seminar və kurslarda şöbənin mütəxəssislərinin iştirakına dair rəhbərliyə təkliflər verir;
  • şöbənin səlahiyyətlərinə aid məsələləri kollegiyanın, Statistika şurasının və Elmi-metodoloji şuranın müzakirəsinə çıxarır;
  • qanunla müəyyən olunmuş qaydada işçilərin mükafatlandırılması, lazım gəldikdə intizam tənbeh tədbirlərinin görülməsi barədə təkliflər verir;
  • şöbənin işçiləri arasında əmək intizamının möhkəmləndirilməsi üçün tədbirlər görür, işçilərə verilmiş tapşırıqların icrasına nəzarət edir, yol verilmiş nöqsan və çatışmazlıqlar haqqında işçilərdən şifahi və yazılı izahat alır;
  • Kollegiya iclaslarında və rəhbərlik tərəfindən çağırılmış müşavirələrdə iştirak edir;
  • Tabeliyində olan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • Turizm, nəqliyyat, informasiya, rabitə və digər bazar xidmətləri statistikası sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
  • regionların sosial-iqtisadi inkişafını xarakterizə edən aidiyyatı göstəricilərin hazırlanmasına nəzarət edir;
  • toplanmış məlumatlar əsasında ölkə və regionlar üzrə nəticələrin tərtib edilməsinə, statistik məcmuələr, bülletenlər, icmallar, təhlili məruzələr, ekspres məlumatlar, mətbu-buraxılışlar və digər statistik məlumatlar nəşrinə nəzarət edir;
  • şöbənin əsasnaməsinə əsasən həvalə edilmiş statistika sahələri üzrə beynəlxalq konsepsiyalara, təsnifatlara və metodlara uyğun, elmi və peşəkarlıq prinsiplərini rəhbər tutaraq keyfiyyətli, aktual və obyektiv statistik məlumatları işləyib hazırlayır;
  • şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə hüquqi və fiziki şəxslərin məktub və sorğularını cavablandırır;
  • turizm, nəqliyyat, informasiya, rabitə və digər bazar xidmətləri statistikası sahələrinin məlumatlarını təhlil etməklə vaxtında rəhbər orqanlara çatdırılmasını təmin edir;
  • yerli statistika orqanlarının və müvafiq müşahidə məlumatları əsasında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını xarakterizə edən aidiyyəti statistik göstəricilərin hazırlanmasını təmin edir;
  • ilkin statistik məlumatların qorunmasını, dövlət və kommersiya sirlərinin mühafizəsini təmin edir;
  • şöbənin səlahiyyətlərinə aid olan məsələlər müzakirə edilərkən digər nazirlik, komitə, idarə, təşkilat və müəssisələrdə Komitəni təmsil edir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, sosiologiya, riyaziyyat, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , sosial iş, informasiya texnologiyaları, sistem mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 06.12.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 20.12.2024 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 dekabr 2024-cü il   20 dekabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.