Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üzrə: Heydər Əliyev prospekti 50
|
Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
Struktur bölmə |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı, Humanitar siyasət məsələləri şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
2 |
Aylıq vəzifə maaşı |
2365 |
Qulluq funksiyaları |
- Naxçıvan Muxtar Respublikası Ai Məclisinin fəaliyyətini
tənzimləyən normativ hüquqi aktların Aparatın struktur bölmələri ilə
hazırlanmasında iştirak edir;
- Aparatın struktur bölmələrinin fəaliyyəti
prosesində qarşıya çıxan məsələlərə dair rəylər hazırlayır;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisində
yaradılmış komitə, komissiya və işçi qruplarında şöbəni təmsil edir və onların
işində iştirak edir;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinə icra
üçün daxil olmuş sənədlərə, Ali Məclisin fəaliyyəti ilə bağlı vətəndaşlardan
daxil olan (təklif, ərizə və şikayətlər) müraciətlərə qanunvericiliklə nəzərdə
tutulmuş qaydada və müddətdə baxılmasına nəzarət edir;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən
təsdiq edilən humanitar və sosial səhə üzrə proqramların hazırlanmasında
iştirak edir;
- Humanitar və sosial sahədə fəaliyyət göstərən
qurumlarla iş aparılması sahəsində, eləcə də muxtar respublikanın
ictimai-siyasi həyatı üçün xüsusi əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı
siyasətin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak edir;
- Humanitar və sosial sahədə inkişafı təmin etmək məqsədilə dövlət
tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatın
yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarət edir və bu sahədə
görülən işləri əlaqələndirir;
- Humanitar və sosial sahədə qebul edilmiş dövlət
proqramlarının və konsepsiyalarının icrasının əlaqələndirilməsi, monitorinqinin
həyata keçirilməsi, icrasına nəzarətin təmin edilməsi işlərini həyata keçirir;
- Aidiyyəti qurumlardan daxil olan aylıq
hesabatları təhlil edərək aidiyyəti üzrə təqdim edir;
- Təşkilati sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin
(tapşırıqların) həyata keçirilməsində iştirak edir;
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
təkliflər verir;
- Şöbənin fəaliyyətin üzrə arayışlar, hesabatlar,
məlumatlar hazırlayir, araşdırmalar və yoxlamalar aparır;
- Tabeliyində olan əməkdaşlar arasında vəzifə və
iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir;
- Şöbənin əməkdaşlarının üzərinə düşən vəzifələri
yerinə yetirməsinə, əmək və icra intizamına, etik davranış qaydalarına riayət
etməsinə nəzarət edir;
- Şöbə adından sənədləri imzalayır, şöbəyə
razılaşma üçün daxil olan sənədlərə və hüquqi aktların layihələrinə viza verir;
- Şöbənin
müvafiq hesabatlarının, iş planının əməkdaşlarının vəzifə təlimatlarının
hazırlanmasını təşkil edir və aparat rəhbərinə təqdim edir;
- Tabeliyində olan inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 10 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1 və ya Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
06.12.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.12.2024 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 dekabr 2024-cü il 20 dekabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.