Mədəniyyət Nazirliyi
Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Mədəniyyət Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi, III mərtəbə
Dövlət orqanı Mədəniyyət Nazirliyi
Struktur bölmə Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik edir, işçilər arasında iş bölgüsünü aparır, onların icra və əmək intizamına riayət etmələrinə nəzarət edir
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasının təmin edilməsi məqsədilə tərtib edilmiş iş planlarının və digər bu kimi sənədlərin icrasını təmin edir
  • Şöbənin fəaliyyət sahəsinə uyğun olaraq müxtəlif strateji inkişaf layihələrinin işlənib hazırlanmasını və həyata keçirilməsini əlaqələndirir
  • Şöbənin fəaliyyəti ilə bağlı Nazirliyin kollegiyasında müzakirə ediləcək məsələlərə dair materialların hazırlanması və kollegiya qərarlarının vaxtında icrasını təmin edir
  • Müsbət yerli və beynəlxalq təcrübənin mədəniyyət və yaradıcı sənayelər sahəsinə tətbiqinə dair analitik məlumat və təkliflər hazırlayır, müvafiq təhlillər aparır, arayış və hesabatların hazırlanmasını təmin edir
  • Dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, xarici ölkələr, eləcə də qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı təşkil edir
  • Milli və beynəlxalq proqram və layihələrin həyata keçirilməsi, yaradıcı sənayelər və innovasiyalar sahələrinin aparıcı istiqamətləri üzrə müvafiq fəaliyyətlərin aparılması, bu istiqamətlərdə  proqramların hazırlanması, əlaqələndirilməsi və icrasına nəzarət edilməsi ilə bağlı müvafiq işlər görür
  • Aidiyyəti şöbə ilə birgə beynəlxalq təşkilatlarla və xarici ölkələrlə müvafiq sahədə əməkdaşlığı həyata keçirir və inkişaf layihələrinin icrasına nəzarət edir
  • Mədəniyyət sahəsinin rəqəmsallaşdırılması sahəsində işləri təşkil edir və nəzarətn həyata keçirir
  • Nazirliyin digər şöbələri ilə inovasiyaların, yaradıcı sənayelərin, informasiya texnologiyaları və rəqəmsal inkişaf sahəsində birgə layihələrin həyata keçirilməsini təşkil edir
  • Nazirliyin aidiyyəti bölmələri və tabe müəssisələri ilə birlikdə mədəniyyət sahəsinin inkişafı və idarə edilməsində innovativ yanaşmaların və layihələrin tətbiqi üçün müxtəlif təkliflər hazırlayır, proseslərin icrasına nəzarət edir
  • Nazirliyin fəaliyyət istiqamətləri üzrə kompleks informasiya texnologiyaları idarəetmə sistemlərinin layihələndirilməsi və qurularaq istismara verilməsi, istifadə üzrə təlim məşqlərinin keçirilməsi və yüksək səviyyəli dəstək xidmətinin göstərilməsi işlərinə,  təhlükəsizlik məsələlərinin həllinə, məxfi informasiyalarla işin aparılmasına, texniki tapşırıqların hazırlanmasına nəzarət edir
  • Sahənin tələblərinə uyğun olaraq görülən işlərin avtomatlaşdırılması məqsədilə həllərin, layihələrin hazırlanması və tətbiqi işlərinə nəzarət edir
  • Əməliyyat sistemləri əsasında domen serverin qurulması və idarə olunması, domen nəzarəti, müasir proqram və texniki platformalar, internet/intranet texnologiyaları, lokal-kompüter şəbəkələrinin qurulması, inkişaf etdirilməsi və istismarı işlərinin təşkilinə və aparılmasına nəzarət edir
  • Nazirliyin fəaliyyəti ilə bağlı rəqəmsal həllərin, elektron xidmətlərin və rəqəmsal inkişaf üzrə işlərin təşkilində iştirak edir
  • Kompüterdən istifadə zamanı əməkdaşlara texniki köməkliyin göstərilməsi, çap qurğuları və kompüterlərdə yaranmış problemlərin aradan qaldırılması işini təşkil edir
  • Fəaliyyət sahələrinə uyğun olaraq yerli və beynəlxalq tədbirlərdə iştirak edir
  • Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasını təmin edir
  • Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir
  • Şöbədə dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini vaxtında, obyektiv və qərəzsiz aparılmasını təmin edir
  • Şöbənin fəaliyyətinə dair sənədlərin icrasını təmin edir və s.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, informasiya təhlükəsizliyi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, kompüter mühəndisliyi, sistem mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
Müsahibə elanının tarixi 13.08.2025 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 27.08.2025 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2025-ci il   27 avqust 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.