Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
İqtisadiyyat və strateji planlama şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: Bakı şəhəri, Fizuli küçəsi 65
Dövlət orqanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Struktur bölmə İqtisadiyyat və strateji planlama şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • İqtisadi və strateji planlaşdırma üzrə işlərin icrasının təşkil edilməsində iştirak edir
  • Ərazi planlaşdırma sənədlərinin keyfiyyətinin və iqtisadi həlli səviyyəsinin yüksəldilməsini, strateji layihələrin əsas iqtisadi göstəricilərinin təhlilini və qiymətləndirilməsini təmin edir
  • Şəhərsalma, strateji planlama, sosial-iqtisadi inkişaf sahələrinə aid olan məlumatların toplanması ilə bağlı monitorinqləri təşkil edir və qiymətləndirmə işlərinin həyata keçirilməsini təmin edir
  • Strateji təhlil və planlaşdırmanın müasir metodlarından istifadə edərək, yeni informasiya-kommunikasiya, iqtisadi texnologiyaların və digər innovasiyaların tətbiqi üzrə təhlillər aparmaqla idarəetmə mexanizminin təkmilləşdirilməsi sahəsində struktur bölmələr və tabe qurumların fəaliyyətinin istiqamətləndirilməsi ilə bağlı təkliflər hazırlayır
  • Ölkənin rayon və bölgələrində həyata keçirilən, şəhərsalma fəaliyyəti ilə əlaqəli olan dövlət proqramlarının və digər inkişaf layihələrinin hazırlanmasında iştirak edir, icrası nəzərdə tutulan layihələrin, daxil olan müraciətlərin icra mexanizmlərini və həyata keçirilməsi prosesini təhlil edir, bu istiqamətdə səmərəliliyin artırılmasına dair təkliflər hazırlayır
  • Ölkənin rayon və şəhərlərinin sosial-iqtisadi inkişaf göstəricilərinin monitorinqi, təhlili, inkişaf strategiyalarının hazırlanması, təsdiq edilməsi, bu işlərin icrası zamanı müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsi və aidiyyəti proseslərin proqnozlaşdırılması üzrə tədbirləri həyata keçirir
  • Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə, eləcə də dövlət, yerli özünüidarəetmə orqanlarının, müxtəlif təşkilatların, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə baxılmasını, araşdırılmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilməsini (cavablandırılmasını) təmin edir
  • Komitə rəhbərliyinin əmr və tapşırıqlarını, habelə şöbənin Əsasnaməsinə uyğun olaraq ehtimal olunan qiymətlərin (smeta) müəyyən edilməsi, həmçinin sahənin normativ tənzimlənməsinin iqtisadi inkişafının təmin edilməsi istiqamətində Komitə qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir
  •  İş bölgüsünü müəyyən edir və təlimatlara uyğun olaraq şöbədə çalışan dövlət qulluqçuları ilə analoji iş aparır və onların işinə nəzarət edir
  • Komitənin tabeliyində olan təşkilatların texniki-iqtisadi göstəricilərini araşdıraraq lazımi arayışlar hazırlayır
  • Rəhbərliyin müvafiq sərəncamları ilə yaradılmış komissiyalarda şəhərsalma fəaliyyətinə aid məsələlərin yoxlanılmasında iştirak edir
  • Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün təqdimatlar verir
  • Şöbənin əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirir
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları həyata keçirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
Müsahibə elanının tarixi 13.08.2025 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 27.08.2025 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2025-ci il   27 avqust 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.