| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Elm və Təhsil Nazirliyi üzrə: Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 61
|
| Dövlət orqanı |
Elm və Təhsil Nazirliyi |
| Struktur bölmə |
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Maliyyə və təsərrüfat şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
6 |
| Aylıq vəzifə maaşı |
675 |
| Qulluq funksiyaları |
- Agentliyin mühasibat uçotunun təşkili və
aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq
orqanlara təqdim edilməsində iştirak edir
- Agentliyin
satınalma planının formalaşdırılması və satınalmaların keçirilməsində iştirak
edir
- Agentlik əməkdaşlarının əmək haqqının qanunvericiliyə müvafiq
olaraq hesablanmasını təşkil edir
- Satın
alınacaq malların (işlərin və xidmətlərin) iş həcmlərinin və şərtlərinin
müəyyənləşdirilməsində iştirak edir
- Mühasibat məlumatlarının, ilkin uçot
sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin
məzmununun məxfiliyinin qorunmasında, əsas vəsaitlərin inventarlaşdırılmasının
aparılmasının təşkil edilməsində, Baş kitabın hazırlanmasında, aylıq memorial
orderlərin tərtib edilməsində iştirak edir
- Satın
alınacaq malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satın alınmasının
təşkili üçün sənədləşmələrin təmin edilməsi və ehtimal olunan qiymətlərin
hesablanmasında iştirak edir
- Ödəniş sənədlərinin hazırlanması və xəzinə
və bank əməliyyatları zamanı müvafiq sənədlərin tərtib edilməsində iştirak edir
- Peşə
təhsil müəssisələrinə aylıq, rüblük və
illik fəaliyyəti ilə bağlı sorğuların göndərilməsi və həmin sorğular əsasinda
hesabatları hazırlayır
- Işçilərin əmək haqları, mükafatları,
məzuniyyətləri, ezamiyyətləri və xəstəlik vərəqələrinin hesablanmasının həyata
keçirilməsində iştirak edir
- Agentliyə
peşə təhsili müəssisələrindən daxil olmuş məlumatların emal olunması, vahid
məlumat bazasının formalaşdırılmasını təşkil edir
- Əmək haqqından bütün növ tutulmaların
müvafiq orqanların hesablarına köçürülməsində iştirak edir
- 1C proqramında peşə təhsili müəssisələrinin məlumat bazasına nəzarət edir və həmin proqram üzrə Agentliyin maliyyə əməliyyatlarının yerinə yetirir
- Statistika, vergi, maliyyə və s.
hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim
edilməsində iştirak edir
- Agentliyin və peşə
təhsili müəssisələrinin büdcə və büdcədənkənar gəlir və xərclər smetalarının proqnozlarının hazırlanmasında iştirak edir
- Hesabat ilinin sonuna yaxın mal satanlarla
debitor və kreditor borclara dair üzləşdirmə aktlarının tərtib edilməsi,
əmlakın alınmasına dair bank sənədlərinin (ödəniş tapşırığı) tərtib edilməsində
iştirak edir
- Şöbənin
aylıq, rüblük və illik fəaliyyətini əks etdirən statistik hesabatlar hazırlayır
- Elektron
sənəd dövriyyəsinə aid olan hesabatların elektron formada göndərilməsinin
həyata keçirir
- Səlahiyyətləri
daxilində şöbəyə daxil olan vətəndaş müraciətlərini araşdırır və
cavablandırır
- Vəzifəsi
üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, riyaziyyat, mexanika, fizika, kompüter elmləri ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, 1C proqramı, Internetdən istifadə (yaxşı səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
| Müsahibə elanının tarixi |
03.09.2025 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.09.2025 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr 2025-ci il tarixindən 17 sentyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.