| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Gənclər və İdman Nazirliyi üzrə: Bakı ş., Nərimanov r-nu, Olimpiya küç., 4
|
| Dövlət orqanı |
Gənclər və İdman Nazirliyi |
| Struktur bölmə |
İctimaiyyətlə əlaqələr şöbəsi, Kommunikasiya sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
1020 |
| Qulluq funksiyaları |
-
Sektorun fəaliyyətini
təşkil edir və ona rəhbərlik edir;
-
Tabeliyində olan
əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir;
- Nazirliyin rəhbərliyinin və digər
vəzifəli şəxslərinin qəbul günləri ilə bağlı qrafiki hazırlayır və bu məlumatın
nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;
- Nazirliyin
rəsmi internet saytının, sosial şəbəkələrdəki səhifələrinin və youtube
kanalının idarə edilməsini, mütəmadi olaraq yenilənməsini və təkmilləşdirilməsini
təmin edir, səhifələrin interaktivliyini, məlumatların aktuallığını nəzarətdə
saxlayır;
- Nazirlik tərəfindən təqdim
edilən elektron xidmətlərin təbliği üzrə tədbirlər görür və onlardan istifadə
qaydaları ilə bağlı ictimaiyyəti məlumatlandırır;
- Nazirliyin rəsmi internet
səhifəsində yerləşdirilən məlumatların ingilis və rus dillərində tərcüməsini
təmin edir;
- Nazirliyin kommunikasiya işinin
qurulması istiqamətində tədbirlər həyata keçirir;
- Nazirlikdə böhran
kommunikasiyasının qurulmasını həyata keçirir;
- Şöbənin əsasnaməsi ilə müəyyən
edilmiş vəzifələrlə bağlı Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti
orqanları, publik hüquqi şəxslər, digər dövlət və qeyri-dövlət qurumlarının
aidiyyəti struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq edir;
- Açıq hökumət prinsiplərindən irəli
gələn tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların
keçirilməsini təmin edir;
- Şöbənin əsasnaməsi ilə sektorun
səlahiyyətinə aid edilmiş məsələlər üzrə daxil olmuş, sorğu, ərizə, şikayət
təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada
baxılmasını, araşdırılmasını, cavablandırılmasını və göndərilməsini (təqdim
edilməsini) təmin edir;
- Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamları və digər qanunvericilik aktlarından irəli
gələn tapşırıqlarla bağlı Nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş
tədbirlər planlarını, mövcud qanunvericiliyə əsasən Nazirliyə həvalə olunmuş
vəzifə, funksiya və səlahiyyətlərin aidiyyəti üzrə bilavasitə icrasını təmin
edir və hesabat verir;
- Qanunvericiliyə uyğun olaraq
dövlət sirrinin və xidməti məlumatların qorunmasını təmin edir;
- Görülmüş işlərin nəticələri barədə
hesabatlar hazırlayır və müəyyən olunmuş
vaxtda aidiyyəti üzrə şöbə müdirinə təqdim edir;
- Müvafiq sahədə səlahiyyətləri
daxilində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir
- Nazirliyin
struktur bölmələrinin rəsmi internet saytlarının fəaliyyətinin monitorinqini və
bu sahəyə nəzarəti həyata keçirir, onların fəaliyyətinə əməli və metodiki köməklik
göstərir;
- Nazirliyin fəaliyyətinə
dair çap, video və foto materialların arxivləşmə işini təşkil edir;
- Sektorun
fəaliyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər
verir;
- Fəaliyyət
istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və
Nazirliyinin normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir;
- Sektora həvalə edilmiş
vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə
tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
-
Sektora
həvalə edilmiş vəzifələrin icrası üzrə vətəndaşlardan, dövlət
orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə
qanunvericiliyə uyğun olaraq baxılmasını təşkil edir;
-
Sektora
həvalə edilmiş vəzifələrin icrası üzrə şöbə müdiri tərəfindən verilən
digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, menecment, marketinq, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
| Müsahibə elanının tarixi |
03.09.2025 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.09.2025 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr 2025-ci il tarixindən 17 sentyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.