| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Energetika Nazirliyi |
| Struktur bölmə |
Enerji səmərəliliyi şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
-
enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin
formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinində, eləcə də
müvafiq sahə üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının
hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- ölkənin
enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanması və həyata
keçirilməsində iştirak edir;
-
müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn
vəzifələrin həyata keçirilməsində iştirak edir;
-
“Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş hallarda və qaydada müvafiq sahədə nəzarətin həyata keçirilməsində
iştirak edir;
- enerji
auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatının
verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsini, o cümlədən Attestasiya
Proqramı və test tapşırıqlarının hazırlanmasını, habelə enerji idarəçisinin
(menecerinin) attestasiyadan keçirilməsində iştirakı təmin edir;
- enerji auditorları və enerji
auditi üzrə təşkilatların reyestrinin aparılması və mütəmadi yenilənməsini
təmin edir;
- enerji auditorları və enerji
auditi üzrə təşkilatların fəaliyyətinə nəzarət çərçivəsində enerji auditi
hesabatlarının yoxlanılmasını və müvafiq tədbirlərin görülməsini təmin edir;
-
enerji effektivliyi və enerjiyə qənaət üzrə tədbirlərin
enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verir;
- müvafiq
sahə üzrə maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində
iştirak edir;
- iqtisadiyyatın müxtəlif
sahələrində və ev təsərrüfatlarında enerji resursları üzrə istehlakın təhlili
və müsbət dinamikanın təmin edilməsi məqsədilə təklifləri hazırlayıb rəhbərliyə
təqdim edir;
- Nazirliyin müəyyən etdiyi
bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar
haqqında işlərə baxır və müvafiq qərarlar qəbul edir;
-
müvafiq sahənin inkişafı istiqamətində beynəlxalq
təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları)
ilə əməkdaşlıqda iştirak edir, beynəlxalq təcrübəni öyrənir və tətbiq
edir;
-
müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil
ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri
ilə qarşılıqlı əmakdaşlıq, ölkə ərazisində fəaliyyət göstərən
təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə
təkliflər verir;
-
nazirlikdə və digər dövlət qurumlarında yaradılmış
komissiyalarda və işçi qruplarının fəaliyyətində iştirak edir;
-
müvafiq sahədə respublikada həyata keçirilən
tədbirlərdə iştirak edir;
-
fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq
tədbirlərin təşkilini, beynəlxalq konfrans, seminar, sərgi və digər
tədbirlərdə iştirakı təmin edir;
-
müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq
müqavilələrin hazırlanmasını, eləcə də Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsini öz
səlahiyyətləri daxilində təmin edir;
-
müvafiq sahədə kadr hazırlığının təmini, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
-
daxil olan məktub, ərizə, şikayət və təkliflərə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin edir;
-
şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
-
şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
öz səlahiyyətləri daxilində tədbirlər görür;
-
şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılması,
onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına riayət
etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına
uyğunluğunu müntəzəm təhlil edir;
-
şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının
fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
-
şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam
tənbehi tədbirləri görülməsi barədə rəhbərliyə təqdimat verir;
-
şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin
vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
-
nazirliyin normativ hüquqi aktlarına, əmr və
sərəncamlarına uyğun olaraq digər vəzifələri yerinə yetirir;
-
rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə
yetirir;
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, mexanika mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
|
| Müsahibə elanının tarixi |
19.11.2025 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
03.12.2025 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 19 noyabr 2025-ci il 3 dekabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.