| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: Bakı şəhəri, Füzuli küçəsi 65
|
| Dövlət orqanı |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
| Struktur bölmə |
Beynəlxalq əməkdaşlıq və protokol şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
-
Əsasnaməsinə
uyğun olaraq şöbənin işini təşkil edir, fəaliyyətini təmin edir və ona
rəhbərlik edir, vəzifə təlimatları ilə şöbə işçilərinin səlahiyyət
dairələrini müəyyənləşdirir, şöbənin iş planını təsdiq edir, iş planının
icrası ilə əlaqədar şöbənin əməkdaşları arasında (lazım gəldikdə
bir-birini əvəz etmək şərti ilə) iş bölgüsünü aparır, işlərin yerinə
yetirilməsi üçün onlara konkret tapşırıqlar verir, onların fəaliyyətinə
rəhbərlik və nəzarət edir
- Komitə sədrinin tapşırığı ilə Komitənin vəzifə və səlahiyyətlərinin həyata keçirilməsi və şöbənin səlahiyyətlərinə aid olan məsələlərin şöbə tərəfindən həll edilməsini təmin edir
- Komitə sədrinin tapşırıq, əmr və sərəncamlarını, eləcə də kollegiyanın qərarlarının qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsini təmin edir
- Dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi ilə bağlı şöbəyə həvalə edilmiş tapşırıqların, həmçinin şöbə tərəfindən normativ hüquqi aktların vaxtında icrasını təmin edir
- Şöbənin qarşısında qoyulmuş vəzifələrə, işçilərin əmək fəaliyyətinin təşkilinə, şöbədə icra və əmək intizamına, riayət edilməsinə görə məsuliyyət daşıyır
- Şöbənin kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejiminin qorunmasını təmin edir, sənədlərin, o cümlədən şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir, işçilərin fəaliyyətinin əlaqələndirilməsini, əmək və icra intizamına riayət edilməsini və işçilərin davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir
- İnzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, ixtisaslarının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür, qanunvericiliyə uyğun olaraq şöbədə çalışan dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, ixtisas dərəcələrinin artırılması, işdən azad edilməsi və ya tənbeh tədbirlərinin görülməsi və eləcə də həvəsləndirilməsi, mükafatlandırılması, lazım gəldikdə müvafiq qaydada şöbəyə konkret işçinin qəbulu və dövlət qulluğuna aid digər məsələlər üzrə rəhbərliyə təqdimat verir
- Komitənin fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq sahə üzrə dövlət tənzimlənməsini, normativ tənzimlənməni və dövlət siyasətinin həyata keçirilməsi məqsədilə məsələlərin dəqiqləşdirilərək istiqamətləndirilməsi, qeyd olunan işlərin həyata keçirilməsi üçün müvafiq təkliflər hazırlayır
- Xarici dövlətlərin aidiyyəti qurumları, beynəlxalq və regional təşkilatlar, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəlikləri, müvafiq sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan şirkət, birlik, işgüzar klub, qeyri-hökumət təşkilatları, universitet, tədqiqat institut və mərkəzləri, mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və vətəndaşlardan daxil olan sorğu, tapşırıq, məktub, direktiv sənədlər, ərizə, şikayət və təkliflərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir, sözügedən sənədlər və həmçinin digər yazışma və işləri, eləcə də Komitənin tabeliyində olan və digər təşkilatlardan daxil olan sorğu xarakterli məktub və sənədləri araşdırir və icra üçün şöbənin işçiləri arasında bölüşdürür və icraçıları düzgün şəkildə istiqamətləndirir
- Müvafiq sahədə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Komitənin fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici dövlətlərin aidiyyəti qurumları ilə əlaqələr qurmaq və əməkdaşlıq etmək məqsədi ilə müvafiq təkliflər hazırlayır və mövcud əməkdaşlığın gücləndirilməsini təmin edir
- Xarici ölkələrin müvafiq qurumları ilə beynəlxalq, ikitərəfli və hökumətlərarası sənədlərin (saziş, anlaşma memorandumu, niyyət protokolu, müqavilə) layihəsini hazırlayır və bu sənədlərin hazırlanması üçün xaricə ezam olunan ekspertlərdən ibarət qrupun tərkibində Komitəni təmsil edir, o cümlədən xaricdən gələn ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə Komitəni təmsil edir
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı və ya bağladığı beynəlxalq müqavilələrdə Komitənin qarşısında duran vəzifələrin icrası ilə bağlı təkliflər hazırlayaraq Komitənin rəhbərliyinə təqdim edir və həmin vəzifələrin yerinə yetirilməsinə nəzarət edir
- Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq sahədə normativ-hüquqi aktların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə təkmilləşdirilməsi və yenilənməsi ilə bağlı hazırlanmış təklifləri Komitənin rəhbərliyinə təqdim edir
- Müvafiq sahə üzrə təşkil edilən beynəlxalq, regional və respublika miqyaslı tədbirlərdə Komitənin təmsil olunması məqsədilə hazırlanmış təklifləri Komitənin rəhbərliyinə təqdim edir və qeyd olunan fəaliyyətlə əlaqədar müvafiq tədbirlər görür
- Komitə, Komitənin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumların fəaliyyətininin təkmilləşdirilməsi məqsədilə həmin qurumların əməkdaşlarının xarici ölkə səfərlərini təşkil edir, eləcə də xarici ölkələrdən mütəxəssisləri dəvət edir, Komitənin və sözügedən qurumların əməkdaşlarının xarici ölkələrdəki təlim və tədris mərkəzlərinə göndərilməsi məqsədilə hazırlanmış təklifləri Komitənin rəhbərliyə təqdim edir və qeyd olunan fəaliyyətlə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsini təmin edir
- Kollegiya iclaslarında müzakirəyə çıxarılacaq məsələləri müəyyən edir və Komitənin rəhbərliyinə təqdim edir
- Şöbənin fəaliyyəti barədə Komitə sədrinə hesabat verir
- Vəzifə səlahiyyətlərinə uyğun olaraq və Komitə rəhbərliyinin tapşırığı əsasında Komitəni müvafiq dövlət orqanlarında təmsil edir
- Həvalə olunmuş vəzifə və tapşırıqları yerinə yetirmək məqsədilə Komitənin struktur bölmələrindən və tabeliyində olan qurumlardan şöbənin işi ilə əlaqədar zəruri məlumatları və sənədləri tələb edir
- Müvafiq sahədə müşavirə, konfrans və seminarlar keçirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq, beynəlxalq münasibətlər, politologiya, tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-C2; İngilis dili-C2;
|
| Müsahibə elanının tarixi |
19.11.2025 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
03.12.2025 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 19 noyabr 2025-ci il 3 dekabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.