Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, Beynəlxalq əlaqələr şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Müdafiə Sənayesi Nazirliyi
Struktur bölmə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, Beynəlxalq əlaqələr şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Azərbaycan Respublikasının xarici̇ dövlətlərlə bağlanmış beynəlxalq müqavi̇lələrinə əsasən xarici̇ ölkələrlə hərbi̇-texni̇ki̇ əməkdaşlıq sahəsi̇ndə müdafi̇ə təyi̇natlı məhsulların yaradılması və i̇stehsalı i̇lə bağlı əməkdaşlığı həyata keçirir
  • MDB ölkələri ilə müdafiə sənayesi sahələrində imzalanmış istehsal və elmi‑texniki kooperasiya haqqında hökumətlərarası sazişlərin müddəalarına uyğun olaraq müdafiə təyinatlı məhsulların istehsalı üçün lazım olan xammal, material, yarımfabrikatlar və digər hazır məhsulların siyahısının qarşılıqlı təsdiqinin həyata keçirir
  • müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı üzrə görülən işlər, göstərilən xidmətlər və həmin fəaliyyətin nəticələri ilə bağlı beynəlxalq əməkdaşlıq sahəsində müvafiq məlumatların toplanmasına nəzarət edir
  • Cənubi və Şərqi Asiya, Avropa və Mərkəzi Asiya, Orta Şərq və Afrika, o cümlədən NATO və Cənubi Amerika ölkələri üzrə geosiyasi təhlil və arayışların hazırlanması, regionlar üzrə müdafiə sənayesi qurumları ilə əlaqələrin və əməkdaşlığın qurulmasını təşkil edir
  • ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, həmin fəaliyyətin nəticələrinin) qadağa və məhdudiyyət qoyulmuş dövlətlərin istifadəsinə düşməməsi üçün müvafiq tədbirlərin görülməsini təşkil edir
  • müəyyən edilmiş beynəlxalq sərgilərdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin milli iştirakının təşkilinə nəzarət edir
  • xarici dövlətlərdən daxil olan tender elanlarının və təchizat tələblərinin müvafiq tabeli qurumlarla paylaşılması və əlaqələndirilməsinə nəzarət edir
  • beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycan Respublikasının müdafiə sənayesinin dünyanın müxtəlif regionlarında hərbi‑siyasi mövqelərinin möhkəmləndirilməsi sahəsində rəhbərliyə təkliflər verir
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyin (bundan sonra – MSN) Aparatının və tabeliyində olan qurumların beynəlxalq tədbirlərdə, konfranslarda və sərgilərdə iştirakına dair təkliflərin verilməsinə, onlara metodiki köməkliyin göstərilməsinə və ezamiyyətlərin səmərəliliyi, beynəlxalq görüşlərin yekunları barədə məlumat və hesabatların hazırlanmasına nəzarət edir
  • hərbi‑texniki əməkdaşlığı həyata keçirərkən Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə və təhlükəsizliyinə xələl yetirilməməsinə nəzarət edir
  • müdafiə sənayesinə dair məmulatların idxal-ixrac əməliyyatları zamanı Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, siyasi, hərbi və iqtisadi maraqlarının təmin edilməsinə öz səlahiyyətləri daxilində nəzarət edir
  • müdafiə sənayesi sahəsi üçün sərfəli şərtlər daxilində xarici ölkələrlə beynəlxalq əməkdaşlıq zamanı qarşılıqlı faydalı hərbi‑siyasi və iqtisadi maraqlara riayət edir
  • xarici ölkələrdən daxil olan beynəlxalq əməkdaşlıq sahəsində təkliflərin təhlilinin aparılmasına təşkil edir
  • xarici ölkələrin aidiyyəti dövlət qurumları haqqında lazımı məlumatların toplanmasını, araşdırılmasını və məlumat bazasının təşkil edilməsini həyata keçirir
  • beynəlxalq əməkdaşlıq məsələləri üzrə MSN-in tabeli qurumlarına metodik və əməli köməklik göstərilməsinə nəzarət edir
  • beynəlxalq əməkdaşlıq üzrə təhlil və ümumiləşdirmələrin aparılmasını, analitik materialların hazırlanmasını təşkil edir
  • şöbədə işgüzar mühitin yaxşılaşdırılması və işçilərin faydalı iş əmsalının artırılması üçün müvafiq tədbirlər görür
  • şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində MSN-in digər strukturlarından zəruri məlumat və sənədləri alır
  • şöbənin istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlayır və səmərəli istifadə edir
  • əmək və nizam-intizam qaydalarına riayət edir
  • rəhbərlik tərəfindən MSN-in Aparatında, habelə tabeliyində olan birlik və müəssisələrdə yaradılmış işçi qrupları, komissiyalar və şuralara üzv qəbul edildikdə həmin məşvərətçi qurumlar qarşısında qoyulan vəzifələrini icra edir
  • MSN-də qəbul edilmiş daxili qaydalara, təlimatlara və dövlət qulluqçularının etik davranış qaydalarına əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • vəzifə səlahiyyətlərinə və şöbənin əsasnaməsi ilə fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə yanaşı, rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək məsuliyyətlə yerinə yetirir
  • dövlət sirri və məxfiliyə aid sahələrdə qanunvericiliyin tələblərinə riayət edir
  • əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənir, mənimsəyir və onlara əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemini və xidməti elektron poçtu izləyir, tapşırıqların icrasını müəyyən edilmiş müddət ərzində təmin edir və icrası başa çatmış işlərin işə alınması üçün hesabat verir
  • şöbənin əməkdaşlarına rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir, əlaqələndirir və hazırladıqları sənədləri yoxlayır
  • şöbənin sektorları və işçiləri arasında iş bölgüsünü aparır
  • şöbənin əməkdaşlarının xidməti fəaliyyətini qiymətləndirir
  • şöbənin əməkdaşları barəsində mükafatlandırma və intizam tənbehi tədbirləri görülməsi üçün MSN-in rəhbərliyinə təqdimatlar verir
  • şöbənin əməkdaşlarının ümumi işə davamiyyətinə nəzarət etməklə iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparır
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1; İngilis dili-C1;
Müsahibə elanının tarixi 23.01.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 06.02.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2026-cı il   6 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.