Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, Maliyyə və hesabatlılıq şöbəsi , dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Müdafiə Sənayesi Nazirliyi
Struktur bölmə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, Maliyyə və hesabatlılıq şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • şöbənin sektorlarının fəaliyyət istiqamətlərini müəyyən edir və onları əlaqələndirir
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (bundan sonra – MSN) Aparatında mühasibat uçotunun təşkilinə və idarə olunmasına nəzarət edir
  • təsdiqlənmiş büdcə çərçivəsində xərclərin düzgün və təyinatı üzrə istifadəsinə nəzarət edir
  • əməkdaşların vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir
  • şöbənin əməkdaşları barəsində mükafatlandırma və intizam tənbehi tədbirləri görülməsi üçün MSN-in rəhbərliyinə təqdimatlar verir
  • büdcə sifarişləri və xərclər smetasının tərtib olunmasını və aidiyyəti üzrə dövlət qurumuna təqdim edilməsini həyata keçirir
  • dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və səmərəli istifadəsinə dair daxili nəzarət funksiyalarını həyata keçirir
  • aidiyyəti dövlət qurumlarına səlahiyyəti daxilində hesabatların vaxtında və düzgün təqdim olunmasına nəzarət edir
  • büdcə siyasətinin səmərəliliyinin artırılması məqsədilə maliyyə risklərini və ehtiyat imkanlarını təhlil edir
  • MSN Aparatının və strukturuna daxil olan yerli və digər qurumların, habelə strukturuna daxil olmayan tabeliyindəki qurumların balanslarında olan dövlət əmlakının uçotunu və idarə olunmasını təşkil edir
  • dövlət əmlakının uçotu və idarə edilməsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təşkil edir
  • MSN-in Aparatı üçün zəruri olan avadanlıq, inventar, təsərrüfat malları və digər materialların uçotunun aparılmasına və tələbat əsasında alınmasına nəzarət edir
  • təchiz edilən malların keyfiyyətinə, miqdarına və texniki şərtlərə uyğunluğuna nəzarət edir
  • dövlət satınalmaları haqqında qanunvericiliyin tələbinə uyğun olaraq qiymət araşdırmasını, təkliflərin toplanmasını, müqavilələrin bağlanması və satınalma prosedurlarının həyata keçirilməsini təşkil edir
  • artıq, yararsız və ya istifadə olunmayan malların balansdan silinməsi və ya təkrar istifadəsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim edir
  • MSN Aparatının struktur bölmələri və tabeliyində olan müəssisə və təşkilatların əmlakının təyinatı üzrə, qənaətlə və məqsədyönlü istifadəsinə nəzarət edir
  • əmlakın istismarı müddəti ərzində vəziyyətinə, texniki xidmətinə və istismar qaydalarına əməl olunmasına dair monitorinq prosesini təşkil edir
  • fəaliyyət istiqamətlərinə uyğun yaradılmış komissiyaların və işçi qruplarının tərkibində iştirak edir və şöbəni təmsil edir
  • şöbə daxili proseslərin avtomatlaşdırılmasına dair təkliflər verir
  • qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir
  • şöbədə işgüzar mühitin yaxşılaşdırılması və işçilərin faydalı iş əmsalının artırılması üçün müvafiq tədbirlər görür
  • şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində MSN-in digər strukturlarından zəruri məlumat və sənədləri alır
  • şöbənin istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlayır və səmərəli istifadə edir
  • əmək və nizam-intizam qaydalarına riayət edir
  • rəhbərlik tərəfindən MSN-in Aparatında, habelə tabeliyində olan birlik və müəssisələrdə yaradılmış işçi qrupları, komissiyalar və şuralara üzv qəbul edildikdə həmin məşvərətçi qurumlar qarşısında qoyulan vəzifələrini icra edir
  • MSN-də qəbul edilmiş daxili qaydalara, təlimatlara və dövlət qulluqçularının etik davranış qaydalarına əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • vəzifə səlahiyyətlərinə və şöbənin əsasnaməsi ilə fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə yanaşı, rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək məsuliyyətlə yerinə yetirir
  • dövlət sirri və məxfiliyə aid sahələrdə qanunvericiliyin tələblərinə riayət edir
  • əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənir, mənimsəyir və onlara əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemini və xidməti elektron poçtu izləyir, tapşırıqların icrasını müəyyən edilmiş müddət ərzində təmin edir və icrası başa çatmış işlərin işə alınması üçün hesabat verir
  • şöbənin əməkdaşlarına rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir, əlaqələndirir və hazırladıqları sənədləri yoxlayır
  • şöbənin sektorları və işçiləri arasında iş bölgüsünü aparır
  • şöbənin əməkdaşlarının xidməti fəaliyyətini qiymətləndirir
  • şöbənin əməkdaşları barəsində mükafatlandırma və intizam tənbehi tədbirləri görülməsi üçün MSN-in rəhbərliyinə təqdimatlar verir
  • şöbənin əməkdaşlarının ümumi işə davamiyyətinə nəzarət etməklə iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparır
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, 1C, internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibə elanının tarixi 23.01.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 06.02.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2026-cı il   6 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.