| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Müdafiə Sənayesi Nazirliyi |
| Struktur bölmə |
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, Ümumi şöbə |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
- qanunvericiliyə, şöbənin əsasnaməsinə və bu təlimata
əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (bundan sonra -
MSN) Aparatında müvafiq normativ hüquqi aktların tələblərinə uyğun kargüzarlıq işlərini
və sənəd dövriyyəsini dəqiq və fasiləsiz təşkil edir
- şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin
etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri
imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə
icra edilməsinə nəzarət edir
- MSN-in Aparatında icra intizamına,
kargüzarlığın aparılmasına dair təlimatların tələblərinə əməl edilməsinə
nəzarət edir, MSN-in tabeli qurumlarının kargüzarlıq xidmətlərinə metodiki və
əməli köməklik göstərir
- kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi, vətəndaşların qəbulu və
onların müraciətlərinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin
layihələrinin hazırlanmasında aidiyyəti bölmələrlə birlikdə iştirak edir
- MSN-in Aparatına daxil olan sənədlərin qəbul edilməsinə, qeydiyyata
alınmasına, sənədlərin surətlərinin çoxaldılmasına və aidiyyəti üzrə icraçılara
çatdırılmasına nəzarət edir
- sənədlərin vaxtında icra edilməsinə nəzarət edir
- MSN-in tabeli qurumlarında
kargüzarlıq işinin təşkili ilə bağlı yoxlamalar aparılması, mövcud nöqsan
və çatışmazlıqların aradan qaldırılması üçün təkliflər vеrir
- MSN-in aidiyyəti bölmələri ilə birlikdə elektron sənəd dövriyyəsi
sisteminin (ESD) mövcud qanunvericiliyə uyğun tətbiqi, daimi işlək vəziyyətdə
olmasının təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür
- təcili və nəzarətdə olan, xüsusi əhəmiyyətli sənədlərə, o cümlədən vətəndaşların
təklif, ərizə və şikayətlərinə və s. dair verilmiş tapşırıqların
vaxtında icra olunmasına nəzarət edir
- vətəndaşların qəbulunu təşkil edir, icrası aidiyyəti şöbəyə həvalə
edilmiş müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və
qaydada müvafiq tədbirlərin görülməsini təmin edir
- MSN Aparatının struktur bölmələrinin kargüzarlıq, sənəd dövriyyəsi, vətəndaşların
qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı fəaliyyətini əlaqələndirir,
fəaliyyət istiqamətinə uyğun olaraq təlim və məlumatlandırma işlərinin
aparılmasını təmin edir
- sənəd qovluqlarının düzgün formalaşdırılmasına, sənədlərin tez
tapılmasının təmin edilməsinə, işlərin sistemləşdirilməsinə, uçotuna, onların
saxlanma müddətlərinin müəyyən edilməsinə nəzarət edir
- sənədlərin arxivə təhvil verilməsi məqsədilə MSN-in fəaliyyəti nəticəsində
yaranan, eləcə də kənardan daxil olan bütün sənədlər də daxil edilməklə işlərin
ümumi nomenklatur-siyahısının tərtib edilməsini təmin edir
- kargüzarlığın təkmilləşdirilməsi və bu sahədə peşə hazırlığının
artırılması üçün tədbirlər görür
- sənədlərin icrası ilə bağlı təhlil və ümumiləşdirmələr aparılmasını,
hesabat, məlumat və arayışlar hazırlamasını və aidiyyəti üzrə təqdim edilməsini
təmin edir
- müəyyən olunmuş qaydada sənədlərin arxivə təhvil verilməsinə, arxiv işinin təşkilinə, sənədlərin saxlanılması və
onlardan istifadə edilməsinə rəhbərliyi həyata keçirir
- şöbədə işgüzar mühitin yaxşılaşdırılması və
işçilərin faydalı iş əmsalının artırılması üçün müvafiq tədbirlər görür
- şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri
daxilində MSN-in digər strukturlarından zəruri məlumat və sənədləri alır
- şöbənin istifadəsinə verilmiş inventar və
avadanlıqları qoruyub saxlayır və səmərəli istifadə edir
- əmək və nizam-intizam qaydalarına riayət edir
- rəhbərlik tərəfindən MSN-in Aparatında, habelə
tabeliyində olan birlik və müəssisələrdə yaradılmış işçi qrupları, komissiyalar
və şuralara üzv qəbul edildikdə həmin məşvərətçi qurumlar qarşısında qoyulan vəzifələrini
icra edir
- MSN-də qəbul edilmiş daxili qaydalara, təlimatlara
və dövlət qulluqçularının etik davranış qaydalarına əməl edir, habelə şöbənin əməkdaşları
tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
- vəzifə səlahiyyətlərinə və şöbənin əsasnaməsi ilə
fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə yanaşı, rəhbərlik tərəfindən verilən
tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək məsuliyyətlə yerinə yetirir
- dövlət sirri və məxfiliyə aid sahələrdə
qanunvericiliyin tələblərinə riayət edir
- əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə
tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini
öyrənir, mənimsəyir və onlara əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən
həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
- Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemini
və xidməti elektron poçtu izləyir, tapşırıqların icrasını müəyyən edilmiş
müddət ərzində təmin edir və icrası başa çatmış işlərin işə alınması üçün
hesabat verir
- şöbənin əməkdaşlarına rəhbərlik
edir, onların fəaliyyətini istiqamətləndirir, əlaqələndirir və hazırladıqları sənədləri
yoxlayır
- şöbənin sektorları və işçiləri arasında iş bölgüsünü
aparır
- şöbənin əməkdaşlarının xidməti fəaliyyətini qiymətləndirir
- şöbənin əməkdaşları barəsində mükafatlandırma və
intizam tənbehi tədbirləri görülməsi üçün MSN-in rəhbərliyinə təqdimatlar verir
- şöbənin əməkdaşlarının ümumi işə davamiyyətinə nəzarət
etməklə iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst
uçotunu aparır
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
| Müsahibə elanının tarixi |
23.01.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
06.02.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2026-cı il 6 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.