| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Müdafiə Sənayesi Nazirliyi |
| Struktur bölmə |
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, Dövlət sirrinin mühafizəsi və səfərbərlik şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
- dövlət
sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlər görülərkən məxfilik
rejiminin təmin olunması üzrə fəaliyyəti tənzimləyən əsasnamə, təlimat və digər
təşkilati-metodik sənədlərin işlənib hazırlanmasını, təsdiq olunmasını və tətbiq
edilməsini təşkil edir
- Azərbaycan
Respublikasının vəzifəli şəxslərinin və vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı
olmayan şəxslərin əsassız olaraq dövlət sirri ilə işləməyə buraxılışının və
dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının yolverilməzliyini
təmin edir
- Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyi (bundan sonra - MSN) Aparatının fəaliyyəti
proseslərində dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma)
kanallarını müəyyən edir və məlumatların axını ilə nəticələnə bilən səbəb və şəraitlərin
aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasını təmin edir
- MSN-in
beynəlxalq əlaqələr üzrə fəaliyyəti prosesində məxfilik rejimini təmin edir
- MSN-in
Aparatında məxfi kargüzarlığı təşkil edir, MSN-in tabeliyində olan müəssisə və
təşkilatlarda məxfi kargüzarlığın aparılmasına nəzarəti təmin edir
- dövlət
sirri təşkil edən məlumat daşıyıcısı olan məmulatların (mətn üzrə - xüsusi məmulatlar)
işlənib hazırlanması, layihələndirilməsi, istehsalı, sınağı, istismarı, kino - foto
çəkilişi, qeydiyyatı, saxlanılması, daşınması və məhv edilməsi proseslərində məxfilik
rejiminin təmin olunması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir və nəzarəti
təmin edir
- məxfiləşdirilməli
məlumat siyahılarının işlənib hazırlanmasında iştirak edir, dövlət sirri təşkil
edən məlumat daşıyıcılarının məxfilik dərəcələrinin vaxtında və düzgün təyin
olunmasına nəzarəti təmin edir
- MSN-in
beynəlxalq əlaqələr üzrə fəaliyyəti prosesində məxfilik rejimini təmin edir
- dövlət
sirri təşkil edən məlumatların texniki vasitələrdə emalı (yaranması, yığılması,
işlənməsi, saxlanması, axtarışı, verilməsi) prosesində mühafizəsini təmin edən
tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil edir
- dövlət
sirri təşkil edən məlumat və məlumat daşıyıcılarının məxfilik dərəcəsinin və məxfilik
müddətinin dəyişdirilməsi təkliflərinin və ekspert rəylərinin hazırlanmasında
iştirak edir
- məxfilik
rejiminin tələblərinə əməl olunması və dövlət sirrinin mühafizəsinə görə məsuliyyətin
artırılması naminə MSN Aparatının əməkdaşları ilə izahat işinin aparılmasını və
qabaqlayıcı tədbirlərin görülməsini təşkil edir və həyata keçirilməsində iştirak
edir
- məxfilik
rejiminin tələblərinə əməl olunması və dövlət sirrinin mühafizəsinə görə məsuliyyətin
artırılması naminə MSN Aparatının əməkdaşları ilə izahat işinin aparılmasını və
qabaqlayıcı tədbirlərin görülməsini təşkil edir və həyata keçirilməsində iştirak
edir
- digər
təşkilatlarla dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı birgə
iş görülməsi, dövlət sirri təşkil edən məlumatın və məlumat daşıyıcılarının digər
dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi, mətbuatda dərc olunması,
televiziya və radioda verilməsi, açıq
müşavirə və konfranslarda istifadə edilməsi, açıq sərgilərdə nümayiş etdirilməsi
üçün nəzərdə tutulmuş materialların rəsmiləşdirilməsi və açıq yazışmaların
aparılması proseslərində dövlət sirrinin yayılmasının və axınının qarşısının
alınması üzrə tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil
edir
- xüsusi
rejimli obyektlərə, xarici ölkələrə ezam olunmaq üçün mütəxəssislərin seçilməsində
və təlimatlandırılmasında iştirak edir
- xarici
ölkəyə ezam olunan, xarici ölkədə daimi yaşamaq üçün təşəbbüs göstərən şəxslərin
dövlət sirri ilə məlumatlılığı barədə təşkilatların müvafiq struktur bölmələri
ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş materialları hazırlayır
- MSN
Aparatının və MSN-in tabeliyində olan müəssisə və təşkilatların struktur bölmələrində
məxfilik rejiminin təşkili vəziyyətinin yoxlanılmasını təmin edir
- MSN-in Aparatında
və MSN-in tabeliyində olan müəssisə və təşkilatlarda səfərbərlik hazırlığı üzrə mərkəzləşdirilmiş rəhbərliyi
həyata keçirir, səfərbərlik hazırlığını təşkil edir və bununla bağlı işlərin
planlaşdırılmasına nəzarət edir
- səfərbərlik hazırlığı üzrə kompleks yanaşmanı və bununla bağlı
qarşılıqlı razılaşmanı təmin edir
- səfərbərlik hazırlığı zamanı material ehtiyatlarının nomenklaturasını,
onların səfərbərlik ehtiyatında yığım həcmini və saxlama müddətini müvafiq
qanunvericiliyə uyğun səfərbərlik tapşırıqları əsasında aidiyyəti orqanlarla
birlikdə hazırlanmasını təmin edir
- səfərbərlik hazırlığına və səfərbərliyə dair normativ hüquqi aktların metodiki
sənədlərin hazırlanmasını, rəy və təkliflərin verilməsini təmin edir
- səfərbərlik hazırlığının təmin edilməsi üçün tədbirlər görür və səfərbərlik
planlarının hazırlanmasını təmin edir
- Sənədlərin Ehtiyat fondunun yaradılması istiqamətində qanunvericilikdən
irəli gələn işlərin (saxlanılmasını, yaradılmasını, məxfiliyin təmin edilməsini
və s.) həyata keçirilməsini təmin edir
- MSN-in Aparatında
və birlik və müəssisələrdə (təşkilatlarda) mülki müdafiə və əməyin mühafizəsi sahələrinə dair qanunvericilikdən
irəli gələn məsələlərin həll edilməsini, sahə üzrə tədbirlərin
planlaşdırılmasını və vaxtında həyata keçirilməsini təmin edir
- fəaliyyət
istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifə və
funksiyaları yerinə yetirir
- rəhbərlik
tərəfindən verilən əmr, qərar, sərəncam və göstərişlərin vaxtında icrasını təmin
edir
- rəhbərliyin
tapşırığı ilə hüquqi məsələlərə dair hesabatlar, arayışlar və müvafiq məlumatları
əks etdirən digər sənədləri hazırlayır
- şöbənin
iş planının, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını və vaxtında
icrasını təmin edir
- şöbənin
əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti
məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir
- MSN
Aparatının struktur bölmələri və tabeliyində
olan müəssisə və təşkilatlarla birgə qarşılıqlı fəaliyyətin həyata
keçirilməsini təmin edir
- MSN
Aparatının və tabeliyində olan müəssisə
və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri
çərçivəsində təkliflər verir
- şöbədə
işgüzar mühitin yaxşılaşdırılması və işçilərin faydalı iş əmsalının artırılması
üçün müvafiq tədbirlər görür
- şöbənin
vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində MSN-in digər
strukturlarından zəruri məlumat və sənədləri alır
- şöbənin
istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlayır və səmərəli
istifadə edir
- əmək
və nizam-intizam qaydalarına riayət edir
- rəhbərlik
tərəfindən MSN-in Aparatında, habelə tabeliyində olan birlik və müəssisələrdə
yaradılmış işçi qrupları, komissiyalar və şuralara üzv qəbul edildikdə həmin məşvərətçi
qurumlar qarşısında qoyulan vəzifələrini icra edir
- MSN-də
qəbul edilmiş daxili qaydalara, təlimatlara və dövlət qulluqçularının etik
davranış qaydalarına əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin
normativ tələblərə riayət edilməsinə nəzarət edir
- vəzifə
səlahiyyətlərinə və şöbənin əsasnaməsi ilə fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə
yanaşı, rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və
yüksək məsuliyyətlə yerinə yetirir
- dövlət
sirri və məxfiliyə aid sahələrdə qanunvericiliyin tələblərinə riayət edir
- əməyin
mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin
gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənir, mənimsəyir və onlara əməl
edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət
edilməsinə nəzarət edir
- Mərkəzləşdirilmiş
Elektron Sənəd Dövriyyəsi Sistemini və xidməti elektron poçtu izləyir,
tapşırıqların icrasını müəyyən edilmiş müddət ərzində təmin edir və icrası başa
çatmış işlərin işə alınması üçün hesabat verir
- şöbənin əməkdaşlarına rəhbərlik edir, onların fəaliyyətini
istiqamətləndirir, əlaqələndirir və hazırladıqları sənədləri yoxlayır
- şöbənin sektorları və
işçiləri arasında iş bölgüsünü aparır
- şöbənin
əməkdaşlarının xidməti fəaliyyətini qiymətləndirir
- şöbənin
əməkdaşları barəsində mükafatlandırma və intizam tənbehi tədbirləri görülməsi
üçün MSN-in rəhbərliyinə təqdimatlar verir
- şöbənin
əməkdaşlarının ümumi işə davamiyyətinə nəzarət etməklə iş vaxtının və iş
vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparır
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: xüsusi təyinatlı ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
| Müsahibə elanının tarixi |
23.01.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
06.02.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2026-cı il 6 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.