Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, İnsan resurslarının idarə edilməsi şöbəsi , dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Müdafiə Sənayesi Nazirliyi
Struktur bölmə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, İnsan resurslarının idarə edilməsi şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (bundan sonra - MSN) Aparatının, habelə MSN-in nomenklaturunda olan əməkdaşların dövlət qulluğuna (işə) qəbulunu, işdən çıxarılmasını, bir iş yerindən başqasına keçirilməsini, vəzifəsinin böyüdülməsini, mükafatlandırılmasını, kadrların ixtisasının artırılmasının təhlil edilməsini və rəy (arayış) hazırlanmasını, habelə məzuniyyətlərin verilməsini və s. kadr əməliyyətlarının sənədləşdirilməsi işlərinin yerinə yetirlməsini təmin edir
  • MSN Aparatının və MSN-in nomenklaturunda olan əməkdaşlarının şəxsi işlərini kağız daşıyıcısında, o cümlədən elektron qaydada aparılmasını və formalaşdırılmasını təşkil edir
  • kadrlar üzrə işçi qüvvəsini və perspektiv planları rəhbərliyə təqdim edir
  • ixtisas və attestasiya komissiyalarına lazım olan materialların hazırlanmasını təşkil edir
  • MSN rəhbərliyi tərəfindən əmək məzuniyyətinin verilməsinə dair təsdiq edilmiş növbəlilik cədvəlinin icrasına nəzarət edir
  • kadr axınının səbəblərini araşdırır və onun aradan qaldırılması üçün rəhbərliyə təkliflər verir
  • əməkdaşların şəxsi işlərinin aparılmasını, vaxtı keçmiş işlərin MSN-in arxivinə verilməsini təmin edir
  • əməkdaşlara məzuniyyətlərin verilməsinin uçotunun aparılmasını təmin edir
  • səlahiyyətləri daxilində normativ sənədləri hazırlayır və ya  hazırlanmasında iştirak edir
  • MSN Aparatının əməkdaşlarının tabel uçotunun aparılmasını və onların işə davamiyyətinə nəzarətin həyata keçirilməsini təşkil edir
  • kadrlar üzrə hesabatların tərtib edilərək tələb olunan yerə vaxtında təqdim edilməsi üçün tədbirlər görür
  • dövlət qulluqçularının reyestrinin aparılmasını təmin edir
  • dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin edir
  • dövlət qulluqçusunun müraciəti ilə onu şəxsi işindəki sənədlərlə tanış edir
  • fərdi məlumatların üçüncü şəxslərə, qanunvericiliyin tələbləri gözlənilməklə, yalnız dövlət qulluqçusunun razılığı əsasında verilməsini təmin edir
  • əməyin təşkili və iş proseslərinin idarə edilməsi, əmək haqqının forma və sistemlərinin təkmilləşdirilməsi, əməkdaşların maddi və mənəvi həvəsləndirilməsi üzrə rəhbərliyə təkliflər verir
  • iş proseslərini, əməyin təşkili və əmək şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının artım ehtiyatlarının aşkar edilməsi işlərinin görülməsini təşkil edir
  • struktur bölmələrin təkmilləşdirilməsi, əməkdaşların əməyinin təşkili, ştat cədvəli, struktur bölmələri üzrə əsasnamələrin və təlimatların işlənib hazırlanmasında iştirak edir; şöbənin istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlayır və səmərəli istifadə edir; şöbənin istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlayır və səmərəli istifadə edir
  • şöbənin istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlayır və səmərəli istifadə edir
  • əmək və nizam-intizam qaydalarına riayət edir
  • şöbədə işgüzar mühitin yaxşılaşdırılması və işçilərin faydalı iş əmsalının artırılması üçün müvafiq tədbirlər görür
  • rəhbərlik tərəfindən MSN-in Aparatında, habelə tabeliyində olan birlik və müəssisələrdə yaradılmış işçi qrupları, komissiyalar və şuralara üzv qəbul edildikdə həmin məşvərətçi qurumlar qarşısında qoyulan vəzifələrini icra edir
  • MSN-də qəbul edilmiş daxili qaydalara, təlimatlara və dövlət qulluqçularının etik davranış qaydalarına əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • vəzifə səlahiyyətlərinə və şöbənin əsasnaməsi ilə fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə yanaşı, rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək məsuliyyətlə yerinə yetirir
  • dövlət sirri və məxfiliyə aid sahələrdə qanunvericiliyin tələblərinə riayət edir
  • əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənir, mənimsəyir və onlara əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemini və xidməti elektron poçtu izləyir, tapşırıqların icrasını müəyyən edilmiş müddət ərzində təmin edir və icrası başa çatmış işlərin işə alınması üçün hesabat verir
  • şöbənin əməkdaşlarına rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir, əlaqələndirir və hazırladıqları sənədləri yoxlayır
  • şöbənin sektorları və ya işçiləri arasında iş bölgüsünü aparır
  • şöbənin əməkdaşlarının xidməti fəaliyyətini qiymətləndirir
  • şöbənin əməkdaşlarının ümumi işə davamiyyətinə nəzarəti etməklə iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparır
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibə elanının tarixi 23.01.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 06.02.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2026-cı il   6 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.