İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nazirliyinin Aparatı, Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı İqtisadiyyat Nazirliyi
Struktur bölmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nazirliyinin Aparatı, Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin iş planını və işçilər arasında iş bölgüsünü müəyyənləşdirir;
  • Şöbənin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir;
  • Nazir və kurasiya üzrə nazir müavini tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin edir;
  • Şöbənin işçiləri barəsində həvəsləndirmə və ya intizam tədbirləri görülməsi üçün nazirə təqdimat verir;
  • Dövlət orqanlarına, müəssisə və təşkilatlarına beynəlxalq maliyyə təşkilatları və beynəlxalq donorlar tərəfindən ayrılan qrantların, maliyyə və texniki yardımların, dövlət adından və ya dövlət zəmanəti ilə, habelə dövlət zəmanəti olmadan daxili və xarici borcalma hesabına kreditlərin cəlb edilməsi üçün öncül sahələrin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, bununla əlaqədar dövlət orqanlarının, müəssisə və təşkilatlarının təkliflərinin iqtisadi ekspertizasını həyata keçirilməsində iştirakı təmin edir;
  • Beynəlxalq maliyyə institutları və digər beynəlxalq donorlar tərəfindən dövlət orqanlarına, müəssisə və təşkilatlarına verilən qrant, maliyyə və texniki yardım, habelə dövlət adından və ya dövlət zəmanəti ilə, eləcə də dövlət zəmanəti olmadan daxili və xarici borcalma hesabına alınmış kredit layihələri ilə bağlı müqavilələrin (sazişlərin), Nazirliyə həvalə edilmiş beynəlxalq layihələrə dair müqavilələr (sazişlər) üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
  • Dövlət orqanlarına, müəssisə və təşkilatlarına beynəlxalq donorlar tərəfindən ayrılan qrantları, maliyyə və texniki yardımları əlaqələndirir, xarici yardımların məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirir, texniki əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələrin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayır;
  • Ölkənin beynəlxalq maliyyə institutları və beynəlxalq donorlar ilə münasibətlərinin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görür;
  • Beynəlxalq investisiya fondlarına təqdim olunacaq investisiya layihələrinin seçimini və ilkin qiymətləndirilməsini həyata keçirir, beynəlxalq investisiya fondları çərçivəsində investisiyaların cəlb edilməsi və yatırılması ilə bağlı müqavilələrin, memorandumların və digər sənədlərin hazırlanmasında, beynəlxalq investisiya fondları ilə danışıqlarda, görüşlərdə və işgüzar tədbirlərdə iştirak edir;
  • Beynəlxalq maliyyə (kredit) təşkilatları və beynəlxalq donorlar tərəfindən qəbul edilmiş aidiyyəti regional və ölkə strategiyalarının, proqramlarının və regional layihələrin Nazirliyin fəaliyyət istiqamətləri üzrə ekspertizasını həyata keçirir və bu sənədlərin milli prioritetlərlə uzlaşdırılması üçün təkliflər hazırlayır;
  • Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq maliyyə institutları və donorlar tərəfindən keçirilən forumların, konfransların, sərgilərin, digər tədbirlərin işində iştirak edir və bu kimi tədbirlərin ölkədə keçirilməsini təşkil edir, bu sahədə digər dövlət orqanlarının işinin əlaqələndirilməsi üçün zəruri tədbirlər görür;
  • Şöbənin Əsasnamə ilə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının, müqavilələrin (sazişlərin, konvensiyaların və s.), təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlayır, belə layihələrin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və beynəlxalq maliyyə institutları, donor və investisiya fondları tərəfindən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;
  • Səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin edir;
  • Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1; İngilis dili-C1;
Müsahibə elanının tarixi 17.03.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 31.03.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 mart 2026-cı il   31 mart 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.