| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Dövlət Turizm Agentliyi |
| Struktur bölmə |
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Turizm Siyasəti və Strategiyası şöbəsi, Turizmin tənzimlənməsi və sənaye ilə iş sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
aparıcı məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
840 |
| Qulluq funksiyaları |
- Sektorun
fəaliyyətini Agentliyin əsasnamə və sahələr üzrə strategiyasına, o cümlədən şöbə
müdiri və şöbə müdirinin müavini tərəfindən həvalə edilmiş tapşırıq və vəzifələrə
uyğun olaraq təşkil edir
- Turizm sahəsi üzərində dövlət nəzarətinin
təşkili istiqamətində iş aparır
- Turizm sektorunun, sənaye subyektlərinin
fəaliyyətinin, habelə turizm ehtiyatlarından istifadənin hüquqi və iqtisadi tənzimlənməsi
məqsədilə nomativ hüquqi akt layihəsi təşəbbüsü ilə çıxış edir, müvafiq layihələri hazırlayır, rəy və təkliflər
toplayır və qəbulu istiqamətində tədbirlər görür
- Daxil olan qanunvericilik sənədi
layihələrinin və artıq qəbul olunmuş normativ hüquqi aktların turizm sahəsinin
tənzimlənməsi baxımından ekspertizasını aparır
- Turizm sahəsində standartlaşdırma
və sertifikasiya işinin təşkili ilə bağlı priroritetləri müəyyən edir, aidiyyəti
institusional vahidin işinin təşkilində, müvafiq planlaşdırma işlərinin
aparılmasında və hesabatlılığın təmin
olunmasında iştirak edir
- Turizm siyasəti və
strategiyasına uyğun olaraq iqtisadi rəqabətliliyin və dayanıqlılığın
artırılması məqsədilə turizm sənayesininin davranışlarının iqtisadi alətlər
vasitəsilə stimullaşdırılması üçün birbaşa maliyyə yardımı, fiskal güzəşt və
azadolma, digər icbari ödənişlərin dərəcələri, aşağı faizli kredit əlçtanlığının
artırılması, qrantların ayrılması ilə bağlı təkliflərin şöbənin rəhbərliyinə təqdim
edir
- Mehmanxanaların (hotellərin) ulduz
kateqoriyaları üzrə qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər
verir
- Turoperator və turagentlərin mülki
məsuliyyətinin sığortası üzrə minimum tələblər, sığorta alətinin tətbiqinə dair
təkliflər verir, mövcud və ya təklif
olunan sığorta məhsullarını təhlil edir, qanunvericiliyin tələblərinə
uyğunluğuna dair rəy verir, sığorta məhsulunun tətbiqinə nəzarət edir
- Turizm sahəsində verilmiş
tapşırıqların, əmr, sərəncam, qərar, fərmanlarla müəyyən edilmiş tədbirlərin, vəzifələrin
icrasına dair hesabatlılığı təmin edir
- Turizm qanunvericiliyinə dair
maarifləndirmə işinin təşkilində iştirak edir
- Turizm sahəsində dövlət
inzibatçılığının təkmilləşdirilməsi ilə bağı təhlillər aparmaq, bununla əlaqədar,
sadələşdirmə, təkmilləşdirmə, rəqəmsallaşma və innovasiya layihələrinin
icrasını, göstərilən xidmətlərin elektronlaşdırılmasını həyata keçirir
- Turizmin dayanıqlı inkişafının təmin
edilməsi məqsədi ilə milli keyfiyyət
sisteminin yaradılması istiqamətində tədbirlər görür, habelə hava, dəniz,
avtomobil və dəmir yolları şəbəkəsində xidmət səviyyəsinin yüksəldilməsi və
daha əlçatan olması məqsədi ilə şöbənin rəhbərliyinə təkliflər verir
- Turizm sahəsində nümunəvi etik
davranış kodekslərinin təsdiq edilməsi istiqamətində tədbirlər görür
- Turizm sahəsində dövlət-özəl əməkdaşlıq
layihələrinin həyata keçirilməsi istiqamətində tədbirlər görür
- Turizm Reyestrinin aparılması və təkmilləşdirilməsi
istiqamətində tədbirlər görür
- Turizm sənayesi subyektlərinin fəaliyyətinə
nəzarət edir, habelə onların hüquqlarını və qanuni maraqlarını qoruyur
- Maraqlı tərəflərlə məsləhətləşmələr
aparır, görüşlərdən, müsahibələrdən, sorğulardan çıxan nəticələri və təklifləri
təhlil edir və nəticəsi barədə onlara kommunikasiya edir
- Turizm sahəsində maraqlı tərəflərin,
onların vəzifə və hüquqlarının xəritəsini hazırlayır, bütün maraqlı tərəflərlərlə
dayanıqlı, ardıcıl və sistemi əməkdaşlıq platforması qurmaq üçün tədbirlər görür
- Turizm və Rekreasiya Zonalarının
dayanıqlı idarəetmə modelinin formalaşdırılması üzrə şöbənin rəhbərliyinə təkliflər verir
- Turizm və Rekreasiya Zonalarının
hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin
tikintisi üzrə investisiya təşviqi sənədinin verilməsi ilə bağlı rəy verir
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan,
dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə
və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir
- Aidiyyəti üzrə daxil olmuş müraciətləri
cavablandırır
- Şöbə müdiri və şöbə müdirinin
müavini tərəfindən həvalə edilmiş tapşırıq və vəzifələri yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, turizm və otelçilik ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
|
| Müsahibə elanının tarixi |
17.03.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
31.03.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 mart 2026-cı il tarixindən 31 mart 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.