| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Bakı Şəhər İcra Hakimiyyəti üzrə: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 110
|
| Dövlət orqanı |
Bakı Şəhər İcra Hakimiyyəti |
| Struktur bölmə |
Bakı Şəhər İcra Hakimiyyəti, Ticarət və Xidmət Departamenti, Səyyari (mövsümi) ticarət,ictimai iaşə, məişət və digər xidmət fəaliyyəti üzrə sektor |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
7 |
| Aylıq vəzifə maaşı |
570 |
| Qulluq funksiyaları |
-
Sektorun
fəaliyyətini Departamentin Əsasnaməsinə əsasən təşkil edir və rəhbərliyi həyata keçirir;
-
Sekrorun
fəaliyyətini Azərbaycan Resbuklikasının mövcud qanunvericilik aktları və
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq əmr və sərəncamları
əsasında təkmilləşdirir;
-
Sektorun
iş planının hazırlanmasını təmin edir, nəzərdə tutulan tədbirlərin
vaxtında və keyfiyyətlə icrasına nəzarət edir;
-
Sektorun
işçiləri arasında iş bölgüsünü aparır,
ərazilər üzrə işçi qrupları yaradır və onların fəaliyyətini
əlaqələndirir;
-
Sektorun
fəaliyyət istiqaməti üzrə səyyari(mövsümi) ticarət və xidmət sahəsində
kiçik və orta biznesin inkişafı üçün səmərələşdirici təkliflər hazırlayıb
rəhbərliyə təqdim edir;
-
Səyyari(mövsümi)
ticarət və xidmət üzrə əhalinin təlabat və xidmətə münasibətinin
öyrənilməsini, bu sahədə rəqabət qanunvericiliyinin pozulmamasını təmin
edir;
-
Səyyari(mövsümi)
ticarət və xidmət yerlərinin təyin edilməsində müvafiq qurumların
razılığının alınmasını təmin edir;
-
Səyyari(mövsümi)
ticarət və xidmətin fəaliyyət göstərməsi nəzərdə tutulan və müvafiq
qurumlarla razılaşdırılan yerlərə baxışın keçirilməsini təmin edir;
-
Yerləri
müəyyənləşdirilən səyyari(mövsümi) ticarət və xidmət fəaliyyətinə icazənin
verilməsinə tələb olunan sənədlərlə tanış olur, göstəriləcək xidmət
məqsədəuyğun olduqda, rəhbərliyə təqdim edir;
-
Səyyari(mövsümi)
ticarət və xidmətin təşkili zamanı dövlət maraqlarının, vətəndaşların
sağlamlıq və istirahət hüquqlarının qorunmasına ciddi nəzarəti təmin edir;
-
İcazəsiz
səyyari ticarət və xidmətin göstərilməsinin qarşısının alınması istiqamətində
qabaqlayıcı tədbirlərin görülməsini təmin edir;
-
Səyyari(mövsümi)
ticarət və xidmət zamanı qadağan olunmuş malların satışı və xidmət
aşkarlandıqda səlahiyyətləri çərçivəsində tədbir görür və aidiyyəti üzrə
məlumat verir;
-
İcazə
ilə səyyari(mövsümi) ticarət və xidmət göstərən hüquqi və fiziki şəxslər
tərəfindən icazə tələblərinə ciddi riayət olunmasına nəzarəti təmin edir;
-
İzacə
növünü özbaşına dəyişən sahibkarlar haqqında qanunamüvafiq qaydada
tədbirlərin görülməsini təmin edir;
-
İşin
və ya xidmətin qüsurları nəticəsində dövlətə və ətraf mühitə dəyən ziyan
barədə toplanmış materialları aidiyyəti üzrə təqdim ediiməsini təmin edir;
-
Səyyari(mövsümi)
ticarət və xidmət sahələrində uşaq əməyindən istifadənin yolverilməzliyi
barədə sahibkarlarla maarifləndirmə işlərinin təşkil edilməsini təmin
edir;
-
Xidmət
sahələrində nöqsanların aradan qaldırılması, vətəndaşların hüquqlarının
pozulmasının qarşısını almaq məqsədilə müvafiq qurumlarla birlikdə
keçirilən monitorinq və reydlərdə iştirak edir;
-
Korrupsiya
hallarına və sahibkarların hüquqlarının pozulmasına yol vermir, bu hallara
yol verən sektorun işçisi barədə xidməti araşdırma aparır və tədbir
görülməsi üçün rəhbərliyə təqdimat hazırlayır;
-
Bakı
Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi
və departamentə həvalə edilmiş bütün dövlət tədbirlərində iştirak
edir;
-
Sektorun
fəaliyyət istiqaməti üzrə müxtəlif qurumların işçi qruplarında, tədbirlərdə
rəhbərliyin göstərişilə departamenti təmsil edir;
-
Sektorda
dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata
keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin
görülməsi barədə rəhbərliyə təqdimat verir;
-
Sektorun
işçilərinin fəaliyyət istiqaməti üzrə təlim və treninqlərdə iştirakını
təmin edir;
-
Sektorun
fəaliyyət istiqaməti üzrə əmr və digər normativ sənədlərin hazırlanmasında
iştirak edir;
-
Sektora
daxil olan ərizə, şikayət, məktub və digər sənədlərlə tanış olur, onların
icrasına qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət
edir;
-
Sektorun
fəaliyyəti ilə əlaqədar tələb olunan hesabat, arayış və məlumatların
hazırlanmasını təmin edir;
-
Vətəndaşları
və sahibkarları qəbul edir, onları narahat edən məqamlara aydınlıq
gətirir;
-
Sektorda
kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edilməsini təmin
edir;
- Sektorun
fəaliyyət istiqaməti üzrə qanunvericiliklə nəzərdə tutulmuş və rəhbərliyin
göstərişi ilə digər vəzifələrin yerinə yetirilməsini təmin edir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: struktur bölmənin fəaliyyət istiqamətləri üzrə 2 il iş stajı
-
Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2; İngilis dili-A2;
|
| Müsahibə elanının tarixi |
17.03.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
31.03.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 mart 2026-cı il tarixindən 31 mart 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.