| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
| Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
| Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Nazirliyin aparatı, Rəqəmsal inkişaf və innovasiya şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
2 |
| Aylıq vəzifə maaşı |
8245 |
| Qulluq funksiyaları |
- Nazirliyin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin inkişafı
üçün tədbirlər görür;
- informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, internet idarəçiliyi və
fərdi məlumatların mühafizəsi üzrə siyasətin hazırlanmasında iştirak edir və həyata
keçirilməsini təmin edir;
- “Hökumət buludu”nun (G-cloud) və Milli Data Mərkəzinin yaradılması və fəaliyyətinin
təşkili ilə bağlı işlərin əlaqələndirilməsini həyata keçirir;
- qurumların rəqəmsal inkişaf və innovasiya üzrə müvafiq fəaliyyətlərini təhlil
edir və onların fəaliyyətinin effektivliyinin və səmərəliliyinin artırılması
barədə təkliflər verir;
- Dövlət Xidmətlərinin Reyestrində Nazirliyin xidmətlərinə dair məlumatların
aktuallığını təmin edir;
- nüvə texnologiyalarının dinc məqsədlərlə inkişafı və ondan istifadənin təmin
olunması üzrə Nazirliyin səlahiyyətlərinə aid işlərin əlaqələndirilməsini təmin
edir;
- rəqəmsal inkişaf və innovasiya, həmçinin kibertəhlükəsizlik sahəsində
göstəriciləri təhlil edir və ölkənin müvafiq sahə üzrə beynəlxalq reytinqlərdə
mövqeyinin yaxşılaşdırılması istiqamətində fəaliyyəti təşkil edir;
- Nazirliyin qurumlarının rəqəmsal inkişaf və innovasiya üzrə fəaliyyət
planlarının hazırlanmasını və müəyyən edilmiş fəaliyyət hədəflərinə müvafiq
olaraq həyata keçirilməsinin monitorinqini Nazirliyin aidiyyəti struktur bölmələri
ilə birlikdə təmin edir;
- qurumlarda rəqəmsal inkişaf və innovasiya ilə bağlı fəaliyyətin
koordinasiyalı şəkildə həyata keçirilməsini təşkil edir, həmçinin müvafiq sahə
üzrə işin icrasına nəzarət edilməsi məqsədilə təhlillər aparır, fəaliyyətin
effektivliyinin və səmərəliliyinin artırılması barədə təkliflər verir və
metodiki köməklik göstərir;
- müvafiq struktur bölmə ilə birlikdə rəqəmsal inkişaf və innovasiya üzrə
göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparır və ölkənin
beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması ilə əlaqədar təkliflər
verir;
- rəqəmsal inkişaf və innovasiya üzrə islahatların aparılmasında və
müvafiq təkliflərin hazırlanmasında Nazirliyin aidiyyəti struktur bölmələri ilə
birlikdə iştirak edir;
- rəqəmsal inkişaf və innovasiya sahəsində beynəlxalq və regional təşkilatlarla
əməkdaşlıq aparılmasını, həmin sahələr üzrə fəaliyyətin dəstəklənməsi məqsədilə
xarici dövlətlər və beynəlxalq təşkilatlarla birgə reallaşdırılan proqramların
(layihələrin) əlaqələndirilməsini təmin edir;
- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş tələblərə riayət olunması, habelə tələblərin pozulması hallarının
aradan qaldırılması üçün Nazirliyin aidiyyəti struktur bölmələri ilə birgə tədbirlər
görür;
- internet informasiya ehtiyatlarında yayılması qanunla qadağan edilən məlumatların
yerləşdirilməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsini təmin edir;
- ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və onlardan
istifadə ilə bağlı fəaliyyətin, həmçinin internet telekommunikasiya xidməti
göstərən operatorların və provayderlərin uçotunun aparılmasının, habelə müvafiq
sahədə internet provayderlərinin və operatorların fəaliyyətinin əlaqələndirilməsini
təmin edir;
- şöbənin cari və perspektiv planlarının, habelə Nazirliyin illik fəaliyyətini
əks etdirən hesabatların hazırlanmasını təmin edir;
- müvafiq sahədə perspektiv inkişaf istiqamətlərini müəyyən edir, bu
istiqamətlər üzrə strategiyaların, inkişaf konsepsiyalarının, dövlət
proqramlarının, normativ-hüquqi aktların layihələrinin hazırlanması işini təşkil
edir;
- şöbənin Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər
tapşırıqlarını yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması, statistika, menecment, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, riyaziyyat, kompüter elmləri, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 10 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows və MS Office proqramları (yüksək səviyyədə), Data analitikası proqramları (STATA, R proqramlaşdırma dili) (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1; Rus dili-B2;
|
| Müsahibə elanının tarixi |
08.05.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
22.05.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 8 may 2026-cı il 22 may 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.