Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Nazirliyin aparatı, Hüquq şöbəsi, Normativ aktlarla iş sektoru , şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Müdafiə Sənayesi Nazirliyi
Struktur bölmə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Nazirliyin aparatı, Hüquq şöbəsi, Normativ aktlarla iş sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 3
Aylıq vəzifə maaşı 6635
Qulluq funksiyaları
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (bundan sonra – MSN) fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, sazişlərin, konvensiyaların, habelə hüquqi aktların (normativ hüquqi aktların, normativ xarakterli aktların və ya qeyri-normativ hüquqi aktların), daxili normativ və təşkilati-sərəncamverici sənədlərin, o cümlədən digər hüquqi sənədlərin layihələrinin hazırlanması və ekspertizası ilə bağlı işləri təşkil edir, onların təkmilləşdirilməsinə dair rəy və təkliflər verir
  • MSN-in Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən səlahiyyətləri çərçivəsində bütün hüquqi sənədlərin hazırlanması və ekspertizası ilə bağlı işlərə nəzarət edir, onların təkmilləşdirilməsinə dair rəy və təkliflər verir
  • MSN-in Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda müdafiə sənayesi sahəsi üzrə qəbul edilmiş Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, sazişlərin, konvensiyaların, habelə hüquqi aktların, daxili normativ sənədlərin düzgün tətbiq edilməsinə nəzarət edir, normayaratma və hüquqi təminat işlərinin aparılmasına metodiki və əməli köməklik göstərilməsi ilə bağlı işləri təşkil edir
  • MSN-in fəaliyyətinin tənzimlənməsi ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinin aidiyyəti dövlət orqanları və struktur bölmələr ilə razılaşdırılması prosesinə nəzarət edir, zərurət yarandıqda onların təsdiq edilməsi ilə bağlı tədbirlər görür
  • MSN-ə daxil olmuş normativ hüquqi aktların layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsinə nəzarət edir, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və bununla bağlı aidiyyəti dövlət orqanları ilə danışıqların aparılmasını təmin edir
  • qanunvericilik aktlarına edilən dəyişikliklərin gündəlik izlənməsini təşkil edir və müdafiə sənayesi sahəsi üzrə, habelə aidiyyəti qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə rəhbərliyin və aidiyyəti şəxslərin məlumatlandırılması işini təşkil edir
  • normativ hüquqi aktların hazırlanması və ekspertizası ilə bağlı yaradılmış komissiyaların və işçi qruplarının tərkibində iştirak edir və şöbəni təmsil edir
  • müdafiə sənayesi sahəsində normativ hüquqi tənzimləmənin vəziyyətinin təhlili işini təşkil edir, ümumiləşdirmələr apararaq bununla bağlı təkliflər hazırlayır
  • müdafiə sənayesi sahəsi üzrə müvafiq dövlət qurumları ilə qarşılıqlı normativ hüquqi tənzimlənməni həyata keçirir, icra hakimiyyəti orqanlarının müdafiə sənayesi sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirmək üçün təkliflər verir
  • MSN-in strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil edilməsi və ləğv edilməsi prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsi işini təşkil edir və ona nəzarət edir
  • MSN-in iştirak etdiyi məhkəmə baxışlarında (yerli və xarici ölkələrin məhkəmələrində) iddiaçı, cavabdeh, maraqlı və üçüncü şəxs qismində iştirakçılıqla bağlı işləri təşkil edir, MSN-in hüquqi və qanuni mənafelərinin müdafiəsi, bununla əlaqədar sənədlərin hazırlanmasını və aidiyyəti üzrə təqdim olunmasını təmin edir
  • MSN-in strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan müvafiq istiqamətlər üzrə hesabatlar alır, bununla bağlı ümumiləşdirmələr və təhlillər aparır
  • dövlət satınalmalarının həyata keçirilməsi ilə bağlı aidiyyəti üzrə tövsiyələr verilməsini təmin edir və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir
  • müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında MSN-ə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsini öz səlahiyyətləri çərçivəsində təmin edir, bununla bağlı əlaqələndirmə işlərini təşkil edir
  • öz səlahiyyətləri çərçivəsində MSN Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından, habelə MSN Aparatının struktur bölmələrindən daxil olmuş təqdimatlar və müraciətlərə vaxtında baxılması və bununla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin edir
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin iş planına, görülmüş işlərə dair hesabatların layihələrinə, MSN-in Kollegiyasında müzakirə edilməli olan məsələlərə dair rəy və təkliflər verir
  • dövlət sirri və məxfiliyə aid sahələrdə qanunvericiliyin tələblərinə riayət edir
  • MSN-də qəbul edilmiş daxili qaydalara, təlimatlara və dövlət qulluqçularının etik davranış qaydalarına əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • vəzifə səlahiyyətlərinə və şöbənin əsasnaməsi ilə fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə yanaşı, şöbə müdiri və rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək məsuliyyətlə yerinə yetirir
  • əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənir, mənimsəyir və onlara əməl edir, habelə şöbənin əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir
  • Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemini və xidməti elektron poçtu izləyir, tapşırıqların icrasını müəyyən edilmiş müddət ərzində təmin edir və icrası başa çatmış işlərin işə alınması üçün hesabat verir
  • sektorun əməkdaşları tərəfindən görülməli işlərə metodiki rəhbərlik edir
  • sektorun əməkdaşları tərəfindən icra edilmiş işləri yoxlayır
  • sektorun əməkdaşlarına tapşırılmış vəzifələrin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edir
  • şöbə müdiri olmadıqda onu əvəz edir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 08.05.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 22.05.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 8 may 2026-cı il   22 may 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.