Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Aparat, İnsan resursları şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi üzrə: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84 (Hökumət Evi)
Dövlət orqanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Struktur bölmə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Aparat, İnsan resursları şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 3
Aylıq vəzifə maaşı 6635
Qulluq funksiyaları
  • şöbənin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir
  • şöbənin fəaliyyəti ilə bağlı iş planını tərtib edir və müvafiq qaydada təsdiq edilməsini təmin edir
  • şöbəyə həvalə olunmuş vəzifələrin tam, düzgün və keyfiyyətlə yerinə yetirilməsini təmin edir
  • şöbənin əməkdaşları arasında iş bölgüsünü aparır, struktur vahidlərin əlaqəli işini təşkil edir
  • şöbənin işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasına, vəzifələrin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirir
  • insan resurslarının inkişafına və idarəedilməsinə dair strategiyaların, proqramların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlayır və təsdiq edildikdən sonra həyata keçirilməsini təmin edir
  • Agentliyin kadr potensialının gücləndirilməsi, insan resurslarına olan tələbatının ödənilməsi və ehtiyat kadrların formalaşdırılması məqsədilə tədbirlər görür; 
  • kadrlarla bağlı sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə və təşkilatdaxili qaydalara uyğun şəkildə aparılmasına nəzarəti həyata keçirir
  • Agentlikdə dövlət qulluğu ilə bağlı məsələlərin tənzimlənməsinə nəzarəti həyata keçirir;
  • Agentliyin əməkdaşları üçün həvəsləndirmə (motivasiya) tədbirlərinin təşkilinə nəzarət edir
  • əməkdaşların peşə hazırlığının artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlim-tədris işlərinin həyata keçirilməsi ilə bağlı Agentliyin rəhbərliyinə təkliflər verir;
  • əməkdaşların xidməti fəaliyyəti haqqında toplanmış məlumatları təhlil edir və əldə olunmuş nəticələrə əsasən karyera inkişafı ilə bağlı təklifləri rəhbərliyə təqdim edir
  • yeni işə qəbul olunmuş əməkdaşlar üçün adaptasiya proqramlarının hazırlanmasını təşkil edir və həyata keçirilməsinə nəzarət edir
  • şöbənin fəaliyyət istiqamətləri üzrə statistik məlumatların (hesabatların) vaxtında, tam, düzgün və mütəmadi şəkildə aidiyyəti üzrə göndərilməsinə nəzarəti həyata keçirir
  • İnsan resurslarının idarəetmə mexanizminin elektronlaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər verir
  • Agentlikdə işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsinin təşkilini və qeydiyyatının aparılmasını, müvafiq hesabatların hazırlanmasını və təsdiq edilərək aidiyyəti üzrə təqdim olunmasını təmin edir
  • Agentliyin hərbi mükəlləfiyyətli əməkdaşları haqqında müvafiq məlumatların aidiyyəti üzrə göndərilməsini təmin edir
  • struktur bölmələr üzrə vəzifə təlimatlarının işlənib hazırlanmasını təşkil edir
  • şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasını təşkil edir
  • şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir
  • lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə işlər görür
  • mütəmadi olaraq görülmüş işlər barəsində Agentliyin rəhbərliyinə hesabatlar təqdim edir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, politologiya, sosiologiya, dövlət və ictimai münasibətlər, filologiya (dil və ədəbiyyat göstərilməklə), tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, xarici dil müəllimliyi (dillər üzrə) ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 05.06.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 19.06.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 5 iyun 2026-cı il   19 iyun 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.