| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, K.Kazımzadə 100A
|
| Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| Struktur bölmə |
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirliyin Aparatı, İnsan resursları şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
2 |
| Aylıq vəzifə maaşı |
8245 |
| Qulluq funksiyaları |
- Şöbəyə ümumi rəhbərliyi həyata keçirir;
- Nazirliyin
Aparatında dövlət qulluğu və əmək münasibətləri ilə bağlı metodiki və əməli rəhbərliyi
həyata keçirir;
- Nazirlikdə dövlət
qulluğu sahəsinə və əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl
edilməsinə ümumi nəzarəti həyata keçirir;
- Dövlət
qulluğuna qəbul və vakant inzibati vəzifələrin tutulması ilə bağlı zəruri tədbirləri
həyata keçirir, insan resurslarının formalaşdırılması, səmərəli idarə edilməsi
və müvafiq sahənin inkişafının təmin edilməsi ilə bağlı təkliflər verir;
- Dövlət Qulluqçularının Reyestrinə, elektron hökumət
portalına və digər elektron hesabat sistemlərinə aidiyyəti məlumatların
vaxtında daxil edilməsinə nəzarət edir;
- Şöbənin əməkdaşları
arasında iş bölgüsü aparır, əməkdaşlar tərəfindən vəzifələrin vaxtında və
düzgün icra edilməsinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarət
edir;
- Nazirlikdə xidməti
fəaliyyətin qiymətləndirilməsi işini təşkil edir və tabeliyində olan dövlət
qulluqçularının xidməti fəaliyyətini qiymətləndirir;
- Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib
olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması,
ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasını təşkil edir;
- Dövlət
qulluqçularının peşə-ixtisas hazırlığı, ixtisas artımı və yenidənhazırlanmaları
ilə bağlı əlavə peşə təhsili sahəsində proqramların yaradılması və onların həyata
keçirilməsini təşkil edir;
- Aidiyyəti
qurumlarla birlikdə əməkdaşların təlim ehtiyaclarını müəyyən edir, peşəkarlığının
artırılması, etik davranış və əmək intizamı məsələləri üzrə görüş, seminar, təlim və s. təşkil edir, yerli və beynəlxalq təlim proqramlarının yaradılması
və onların həyata keçirilməsinə nəzarət edir;
- Nazirliyin
insan resursları ilə təminatının proqnozlaşdırılmasını, işçi ehtiyatının
formalaşdırılmasını, dövlət qulluqçularının şəxsi işinin aparılmasını, insan
resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini
təmin edir;
- İnsan
resurslarının idarə edilməsi, işə qəbul və onun sənədləşdirilməsi, əmək müqavilələrinin
tərtibi, işçilərin işə davamiyyəti, hərbi qeydiyyat və hərbi uçot məsələlərini
təşkil edir;
- Nazirliyin
Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəhbərləri
ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə
proqramlarının hazırlamasını təşkil edir;
- Əməkdaşların
xidməti fəaliyyəti haqqında məlumatlar toplanması, yenilənməsi və təhlil edilməsi,
onların yerləşdirilməsi, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin
verilməsi, dövlət qulluğu və əmək münasibətləri ilə bağlı digər məsələləri təşkil
edir;
- Fəaliyyət
istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan
daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin
edir;
- Yeni işə qəbul
olunmuş işçilərin kollektivə təqdim edilməsi və işə uyğunlaşması istiqamətində tədbirlər
görür, adaptasiya proqramları hazırlanmasına və həyata keçirilməsinə nəzarət
edir;
- Vəzifə səlahiyyətlərinə
uyğun olaraq Nazirliyin rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə
yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 10 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibə elanının tarixi |
24.06.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
08.07.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 iyun 2026-cı il 8 iyul 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.