| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
| Struktur bölmə |
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatının rəhbəri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
2 |
| Aylıq vəzifə maaşı |
8865 |
| Qulluq funksiyaları |
- Komitə Aparatını təmsil edir, fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, struktur bölmə rəhbərlərinə şifahi və ya yazılı tapşırıq və göstərişlər verir;
- Komitənin Əsasnaməsinə uyğun olaraq struktur bölmələrin fəaliyyətinin əsas istiqamətlərini və iş bölgüsünü həyata keçirir, struktur bölmələr tərəfindən vəzifələrin vaxtında və düzgün icrasına, əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına ümumi nəzarəti təmin edir;
- Komitənin fəaliyyət istiqamətlərinə aid normativ hüquqi akt layihələrinin hazırlanmasını təşkil edir, bu sahədə struktur bölmələrinin fəaliyyətini əlaqələndirir, hazırlanmış layihələrin ekspertizasının aparılmasını təmin edir, həmçinin qəbul edilmiş sənədlərin icrasına ümumi nəzarəti həyata keçirir;
- Komitə Aparatının və onun struktur bölmələrinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi, işin səmərəliliyinin və effektivliyinin artırılması fəaliyyətini təhlil edir, əməkdaşların peşə hazırlığının və ixtisas səviyyəsinin yüksəldilməsi ilə bağlı müvafiq təkliflər hazırlayır;
- Komitə Aparatının struktur bölmələrinin cari fəaliyyəti barədə rəhbərliyə məlumat təqdim edir və müvafiq hesabatlar hazırlayır;
- Komitənin İş Planının və Kollegiya materiallarının hazırlanmasına nəzarəti həyata keçirir, Kollegiya iclaslarının təşkilini təmin edir, iclas gündəliyinin layihəsinin və digər zəruri materialları rəhbərliyə təqdim edir;
- Rəhbərliyin iştirakı ilə Komitə daxilində keçirilən tədbirlərin (iclas, görüş, müşavirə və digər) təşkilini təmin edir, həmçinin bu tədbirlərin protokol xidmətinin təşkilinə nəzarət edir;
- Komitənin iclaslarında media nümayəndələrinin iştirakı, video və foto çəkilişlərin, habelə səsyazma və müsahibələrin aparılması ilə bağlı qaydaların müəyyən edilməsini və bu sahədə nəzarətin həyata keçirilməsini təmin edir;
- Səlahiyyətləri daxilində dövlət orqanları, idarə, təşkilat, müəssisələrdən, o cümlədən, vətəndaşlardan daxil olan şifahi və yazılı müraciətlərinə baxılması, onların araşdırılması və düzgün cavablandırılması işinin təşkilinə nəzarət edir;
- Komitədə vətəndaşların qəbulu məsələlərinin təşkilinə ümumi nəzarəti həyata keçirir;
- Elektron Hökumət Portalına və digər elektron hesabat sistemlərinə aidiyyəti məlumatların vaxtında daxil edilməsinə nəzarət edir;
- Komitə Aparatının strukturu ilə bağlı qüvvədə olan qanunvericiliyə və Komitənin Əsasnaməsinə əsasən təkliflər hazırlayır;
- Kadrların seçilməsi, yerləşdirilməsi, hazırlığı, vəzifədə irəli çəkilməsi, əmək və icra intizamının yüksəldilməsi ilə bağlı təkliflər hazırlayır;
- Komitə Aparatının dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsinə, onlar tərəfindən etik davranış qaydalarına riayət olunmasına nəzarət edir;
- Komitə Aparatının dövlət qulluqçularının barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi ilə bağlı təkliflər hazırlayır;
- Dövlət sirrinin mühafizəsinin təmin olunmasına, məxfiləşdirilməli məlumatların siyahısının hazırlanmasına və təsdiq olunmasına nəzarəti həyata keçirir;
- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq, Komitədə informasiyanın əldə olunmasına məhdudiyyət qoyulmaqla onun xidməti istifadə üçün nəzərdə tutulması barədə təkliflər hazırlayıb rəhbərliyə təqdim edir;
- Komitə rəhbərliyinin çıxışların (hesabat, məruzə və digər materialların) məzmununun hazırlanmasını təmin edir;
- Diaspor quruculuğu sahəsində dövlət siyasətinin həyata keçirilməsinə funksional nəzarəti həyata keçirir, diasporla iş sahəsinin inkişafı istiqamətində zəruri tədbirlər görür;
- Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, onların fəaliyyəti barədə məlumatların toplanması və təhlili, həmçinin bu sahədə aidiyyəti struktur bölmələrinin işinə nəzarəti həyata keçirir;
- Diasporla iş sahəsi üzrə Komitə rəhbərliyinin xüsusi tapşırıqlarını yerinə yetirir;
- Komitənin Əsasnaməsinə uyğun olaraq qarşıya qoyulmuş vəzifə və öhdəliklərin icrası ilə bağlı Komitənin rəhbərliyi tərəfindən verilən digər tapşırıq və zəruri tədbirlərin həyata keçirilməsini, metodiki sənədlərin hazırlanmasını təmin edir;
- Komitənin İş Planına əsasən xarici ölkələrdə yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən tədbirlərin təşkili ilə bağlı işləri əlaqələndirir, iştirakçıların seçilməsi, proqramların hazırlanması, aidiyyəti dövlət qurumları və diaspor təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsi, habələ tədbirlərin icrasına nəzarəti təmin edir;
- Qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində digər funksiyaları həyata keçirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 10 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|
| Müsahibə elanının tarixi |
24.06.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
08.07.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 iyun 2026-cı il 8 iyul 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.