| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
| Struktur bölmə |
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, IV Ərazi şöbəsi (Asiya, Avstraliya və Okeaniya ölkələri) |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
3 |
| Aylıq vəzifə maaşı |
6635 |
| Qulluq funksiyaları |
- Şöbənin fəaliyyətinə rəhbərlik edir
- Şöbənin işinin tənzimlənməsinə və
fəaliyyətinə nəzarət edir, şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə rəhbərliyə təkliflərin hazırlanmasına nəzarət edir
- Şöbənin işçiləri arasında iş bölgüsünə
və müvafiq icra fəaliyyətinə nəzarət edir
- Şöbənin əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsinin təşkilinə nəzarət edir
- Qanunvericiliyə uyğun olaraq şöbəyə
ünvanlanmış məlumat, əmr, sərəncam, göstəriş və digər sənədlərin aidiyyəti üzrə
icra olunmasına nəzarət edir və şöbə üzrə sənəd layihələrinə viza verir
- Şöbədaxili dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak edir
- Komitədə yaradılmış komissiyalarda, işçi qruplarında şöbəni təmsil edir və onların işində iştirak edir
- Şöbədə mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə təşkil edilən müsahibələrdə iştirak edir
- Şöbə əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərə cəlb olunmasını təmin edir
- Rəhbərliyin xarici diaspor
nümayəndələri, beynəlxalq ekspertlər və digər şəxslərlə, müvafiq dövlət
qurumları və vətəndaş cəmiyyəti institutları ilə görüşlərin təşkil edilməsinə
nəzarət edir
- Səfirliklər, diplomatik nümayəndəliklərlə əlaqələr qurur və ya mövcud əlaqələrin inkişaf etdirilməsinə nəzarət edir
- Xarici ölkələrin media subyektləri ilə əlaqələrin inkişaf etdirilməsinə nəzarət edir
- Beynəlxalq tədbirlər və Komitədə keçirilən görüşlərin protokol qaydalarına uyğun təşkilinə nəzarət edir
- Nümayəndə heyətinin səfərlərinin protokol təşkilati məsələlərinin həll olunmasına nəzarət edir
- Dövlət Komitəsinə təşrif buyuran qonaqların, diaspor nümayəndələrinin aidiyyəti üzrə əməkdaşla müşayiət olunmasına nəzarət edir
- Xarici ölkələrdən daxil olmuş layihə təkliflərini araşdırır, qiymətləndirir, arayışlar hazırlayır, həmçinin Komitənin fəaliyyəti və maraq dairəsi ilə bağlı analitik yazıların, materialların hazırlanmasını təmin edir
- Xaricdə yaşayan azərbaycanlı gənclərin beynəlxalq əlaqələrin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsini təmin edir
- Xaricdən gələn diaspor nümayəndələri, qonaqlarla bağlı məlumatların sistemləşdirilməsini təmin edir
- Şöbəyə ünvanlanmış vətəndaş
məktublarına, dövlət orqanlarından, idarə və təşkilatlardan daxil olan müraciət
və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasına
və müvafiq tədbirlərin görülməsinə nəzarət edir
- Şöbənin fəaliyyətinə dair sənədləşmə
işinin təşkili və arxivləşdirilməsinə nəzarət edir
- Diasporla işin təşkili, təbliği və
monitorinqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və
tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanmasına nəzarət edir
- Fəaliyyət çərçivəsində daxil olmuş
təkliflərin, yerli və beynəlxalq təşkilatların hesabatlarının ümumiləşdirilməsi
və tətbiqi sahəsində işin təşkilinə nəzarət edir
- Kurasiya ölkələrində diaspor fəaliyyətinə
cavabdeh qurumlar və təşkilatlarla əlaqələrin yaradılmasında iştirak edir
- Azərbaycanlıların yaşadığı kurasiya
ölkələrində insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda
Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyətin həyata
keçirilməsinə nəzarət edir
- Beynəlxalq hüququn qəbul edilmiş
prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq,
eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə
yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsi və
onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi istiqamətində
fəaliyyətin həyata keçirilməsinə nəzarət edir
- Xaricdə yaşayan azərbaycanlıların öz
milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri
fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqqlarının müdafiəsi və
qorunması prinsipinə uyğun olaraq dəstək verilməsinə, bu məqsədlə
azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli
iş mexanizmi qurulmasına və problemlərin həllinə kömək göstərilməsi
istiqamətində fəaliyyətin təşkil edilməsinə nəzarət edir
- Fəaliyyət istiqaməti üzrə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini
öz səlahiyyətləri daxilində təmin edir
- Şöbənin kurasiyasında olan xarici
ölkələrdəki azərbaycan diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə aidiyyatı
üzrə iştirak edir
- Şöbənin işçiləri haqqında müvafiq
təqdimatın şöbə müdirinə verilməsinə nəzarət edir
- Komitənin fəaliyyət istiqamətinə dair
qabaqcıl təcrübənin öyrənilməsi, yeni innovativ təkliflərin, layihələrin
hazırlanması və tədbirlər görülməsinə nəzarət edir
- Komitənin fəaliyyət planları ilə
müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsi və görülən işlər barədə
hesabatların hazırlanmasına nəzarət edir
- Şöbənin fəaliyyət istiqamətləri üzrə
müvafiq normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin, təkliflərin
hazırlanmasında iştirak edir və sektor üzrə müvafiq məsələlərə rəhbərlik
edilməsinə nəzarət edir
- Şöbənin fəaliyyəti haqqında şöbə
müdirinə mütəmadi olaraq hesabat və məlumatların verilməsinə nəzarət edir
- Şöbənin işinin təşkili ilə bağlı öz
səlahiyyətləri daxilində Komitənin digər struktur bölmələri ilə müvafiq məlumat
və sənədlərin mübadiləsinin təşkil edilməsinə nəzarət edir
- Tabeliyində olan sektorlar və
əməkdaşların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət
etmələrinə nəzarət edir
- Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq və yerli təşkilatlar tərəfindən xaricdə və ölkədə keçirilən forum, seminar, konfrans və digər tədbirlərdə iştirakın təmin edilməsinə nəzarət edir
- Şöbənin işçiləri barəsində
həvəsləndirmə və intizam-tənbeh tədbirləri haqqında rəhbərliyə
təqdimatlar verir
- Rəhbərin tapşırığı ilə digər
işlərin həyata keçirilməsini təmin edir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Xüsusi tələblər |
Türk və ərəb dillərini bilənlərə üstünlük veriləcək |
| Müsahibə elanının tarixi |
24.06.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
08.07.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 iyun 2026-cı il 8 iyul 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.