| Qulluq funksiyaları |
- Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəlikləri,
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq
və regional təşkilatlar, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə
məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər,
işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat
institutları və beyin mərkəzləri ilə qarşılıqlı əlaqələrin qurulması ilə bağlı
tədbirlər görmək və fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzarəti həyata
keçirmək;
- Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil
olmayan tabeliyindəki qurumların nümayəndələrinin (rəhbərlərinin, əməkdaşlarının
və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq tədbirlərdə (sərgi,
konfrans, seminar, forum, kurs, iclas, təqdimat mərasimi, ziyafətlər və s.)
iştirakı ilə bağlı müvafiq zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Agentliyin strukturuna daxil olan
qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət
edilməsini, onların səfərlərinin və Azərbaycandakı fəaliyyətinin təşkilini
təmin etmək;
- ölkə daxilində və xaricdə beynəlxalq tədbirlərin (sərgi, forum,
konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafət və s.) təşkilinə rəhbərlik
etmək, xaricdə təşkil olunan tədbirlərdə iştirak etməsi nəzərdə tutulan
Agentliyin əməkdaşlarından ibarət nümayəndə heyətinin səfərini təşkil etmək;
- Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və
Fəaliyyət Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin
həyata keçirilməsini təmin etmək;
- Agentlik tərəfindən dəvət olunmuş
qonaqların təşkilati-protokol məsələlərini təşkil etmək;
- Sədr və sədr müavinlərinin Azərbaycan Respublikasında xarici ölkə səfirləri,
konsulları, ticarət nümayəndəlikləri, beynəlxalq təşkilatların və xarici şirkətlərin
rəhbərləri və nümayəndələri ilə görüşlərinin planlaşdırılması, təşkili və
görüşlərin protokollaşdırması məsələlərinə rəhbərlik etmək;
- Xarici ölkələrə ezamiyyətə göndərilən Agentliyin strukturuna daxil olan
qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları
üçün müxtəlif ölkələrin vizalarının alınması məqsədilə dəstək məktubunun
hazırlanmasını təmin etmək və onlara lazımı köməklik göstərmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktların, təşkilati-sərəncamverici
sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları
tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər
vermək;
- Əlamətdar günlər (dövlət bayramları, peşə bayramları, doğum günləri və
s.) münasibətilə xarici ölkələrin diplomatik nümayəndəliklərinin, Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin, Agentliyin əməkdaşlıq
etdiyi beynəlxalq və regional təşkilatların rəhbərlərinin, Azərbaycan
Respublikasında dövlət orqanlarının rəhbərlərinin və yüksək vəzifəli şəxslərin
yüksək səviyyədə təbriki üçün müvafiq zəruri tədbirləri həyata keçirmək;
- Qida təhlükəsizliyinə dair dövlət siyasətinin hazırlanmasında iştirak
etmək;
- Qida təhlükəsizliyinə dair prioritet sahələrin
inkişafı üzrə konsepsiyaların və dövlət proqramlarının hazırlanmasını əlaqələndirmək;
- Qida təhlükəsizliyi siyasətinə uyğun Agentliyin
vahid strateji planının hazırlanmasını təmin etmək;
- Agentliyin struktur bölmələrinin fəaliyyət
planlarının qida təhlükəsizliyi siyasətinə, habelə vahid strateji plana
uyğunluğunun təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- Dövlət proqramlarında, strateji yol xəritələrində,
strateji planlarda, fəaliyyət planlarında müəyyənləşdirilmiş tədbirlərin yerinə
yetirilməsini əlaqələndirmək, tədbirlərin icra vəziyyətinin monitorinqini
aparmaq və görülmüş işlərin qiymətləndirilməsinin həyata keçirilməsinə rəhbərlik
etmək;
- qida təhlükəsizliyi sahəsində qlobal meyilləri
araşdırmaq, təhlil etmək, qabaqcıl təcrübələr haqqında şöbə müdirinə təkliflər
hazırlamaq;
- qida təhlükəsizliyi sisteminin cari vəziyyətinin,
dinamikasının təhlilinin aparılmasını təmin etmək və təkliflər vermək;
- strateji təhlil və planlaşdırmanın müasir
metodlarından istifadə etməklə qida təhlükəsizliyi sahəsində idarəetmə
mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Agentlikdə və digər dövlət qurumlarında yaradılmış
komissiyalarda, işçi qruplarda fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak
etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyi
yerli və beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə təmsil etmək;
- təşkilati və institusional çatışmazlıqları təhlil
etmək və onların həlli istiqamətində təkliflər və tövsiyələr vermək;
- Agentliyin struktur bölmələrinin fəaliyyəti üzrə
əsas fəaliyyət indikatorlarını, onların baza və hədəf göstəricilərini müəyyənləşdirmək,
habelə həmin göstəricilərin icrası nəticələrinin monitorinq və qiymətləndirməsi
işinə rəhbərlik etmək;
- qida təhlükəsizliyi sisteminin mövcud
normativ-hüquqi bazasının təhlilini aparmaq və beynəlxalq tələblərə
uyğunlaşdırılmasının təmin edilməsi ilə bağlı təkliflər vermək, normativ hüquqi
bazanın yaradılmasında iştirak etmək, normativ-hüquqi aktların layihələrinin
hazırlanmasını təmin etmək;
- Dövlətin qida təhlükəsizliyi siyasətindən,
normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə
Agentliyin aidiyyəti struktur bölmələrinə və onun tabeçiliyində olan qurumlara
təşkilati-metodik köməklik göstərmək;
- aidiyyəti struktur bölmələrində qida təhlükəsizliyi sahəsində statistik
məlumatların toplanılması, onların ümumiləşdirilməsi və aylıq, rüblük,
yarımillik, illik əsasda statistik hesabatların hazırlanmasına nəzarət etmək;
- aidiyyəti struktur bölmələrin iştirakı ilə
Agentliyin fəaliyyət istiqamətlərinə dair statistik məlumat bazasını
formalaşdırmaq, məlumatları təhlil etmək və nəticələr əsasında hesabatlar
hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Agentliyə yuxarı təşkilatlardan daxil olmuş nəzarət
xarakterli sənədlərin icrasının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- Agentliyin Aparatında sənədlərlə işin təşkili,
sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi,
kargüzarlıq qaydalarına riayət edilməsinə və sənəd dövriyyəsinin aparılmasında
mövcud qaydaların tələblərinə riayət edilməsinə fəaliyyət istiqamətləri üzrə
cari nəzarəti həyata keçirmək, habelə arxiv işinin təşkilinə, sənədlərin arxivə
lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Agentliyin fəaliyyəti nəticəsində
yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi
nomenklatur-siyahısının tərtib edilməsinə, sənədlərin vaxtında icrasına fəaliyyət
istiqamətlərinə uyğun olaraq cari nəzarəti həyata keçirmək;
- elektron sənəd dövriyyəsinə nəzarət etmək;
- sənəd qovluqlarının düzgün formalaşdırılmasını,
sənədləşmə işlərinin sistemləşdirilməsini, uçotunu və qanunvericiliyin tələblərinə
uyğun şəkildə arxivə təhvil verilməsini təmin etmək;
- Agentliyin Aparatının struktur bölmələrindən və
strukturuna daxil olan qurumlardan sənədlərin arxivə qəbul edilməsinə, onların
saxlanılmasına, saxlanılma müddəti bitdikdən sonra qanunvericiliyə uyğun olaraq
dövlət arxivinə verilməsinə, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin
aktlaşdırılaraq məhv edilməsinə nəzarət etmək;
- fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan,
dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə
və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək, habelə vətəndaşların
qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı Agentliyin struktur bölmələrinin
fəaliyyətini əlaqələndirmək, həmin struktur bölmələrinin kargüzarlıq üçün məsul
olan əməkdaşları ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma
işlərinin aparılmasına nəzarət etmək;
- Agentlikdən göndərilən sənədlərin aidiyyəti üzrə
göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin
etmək;
- Agentlikdən göndərilən sənədlərin tələb olunan formada, qaydada tərtib
olunmasını, ünvanların düzgünlüyünü yoxlamaq, səhvlər aşkar edildikdə səbəbləri
göstərilməklə sənədi Agentliyin Aparatının aidiyyəti struktur bölmələrinə geri
qaytarmaqla bağlı işlərə rəhbərliyi həyata keçirmək;
- Şöbənin iş planını, fəaliyyəti ilə bağlı
hesabatları dövrlər üzrə hazırlanmasını təmin etmək;
- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlərin, habelə
Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlükəsizlik tədbirlərinin
görülməsi ilə bağlı təkliflər vermək;
- Şöbənin əməkdaşları tərəfindən fəaliyyət
prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və
kommersiya sirrinin qorunmasını təmin etmək;
- imzalanmış əmrlərin qeydiyyata alınması,
saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılması ilə bağlı işlərə nəzarət
etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə
baxılmanı təmin etmək və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin
istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
- rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar
və məlumatların hazırlanmasını təmin etmək;
- rəhbərlik tərəfindən şöbəyə tapşırılmış vəzifələri
yerinə yetirmək;
- Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə
olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə
təqdim etmək;
- Agentlik rəhbərliyinin göstərişinə və iş planına
uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin
hazırlanmasını təşkil etmək;
- Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti
qurumlara müraciətlərin hazırlanması sənədlərin toplanması və göndərilməsi ilə
bağlı işlərə rəhbərlik etmək;
- tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparmaq,
onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə
nəzarət etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət
etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və
intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar
vermək;
- Şöbədə dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin
vaxtında, obyektiv və qərəzsiz aparılmasını təmin etmək, təsdiq edilmiş qiymətləndirilmə
formasının vaxtında kadr xidmətinə təqdim edilməsini təmin etmək, şöbə üzrə
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə
hesabatı hazırlamaq, imzalamaq və sektor müdirlərinin qarşısında qoyulan
tapşırıqların qiymətləndirilmə dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini,
meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında,
obyektiv və qərəzsiz qiymətləndirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik
rejimini təmin etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, tibbi profilaktika, informasiya-təhlil fəaliyyəti, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, kimya, biologiya, ekologiya, kimya mühəndisliyi, zootexniklik, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, şərabçılıq, əczaçılıq, tibbi biologiya, müalicə işi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|