| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
| Struktur bölmə |
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsi, Hüquqi təminat və sənədlərlə iş sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
4970 |
| Qulluq funksiyaları |
- Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir
- Sektorun işçiləri arasında iş bölgüsünə və müvafiq icra fəaliyyətinə nəzarət edir
- Sektorun əməkdaşlarının xidməti fəaliyyətlərini qiymətləndirir
- Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün şöbə rəhbərliyinə müvafiq təqdimatlar verir
- Sektorun əməkdaşlarının əmək və icra intizamına, həmçinin etik davranış qaydalarına əməl etmələrini təmin edir
- Sektorun adından sənədləri imzalayır, sektora razılaşma üçün daxil olan sənədlərə və digər sənəd layihələrinə viza verir
- Sektorda kargüzarlığın aparılması işinə, o cümlədən sənədlərin hazırlanmasına, qeydiyyatına, sənədlərin icra müddətinə və arxivləşdirilməsinə ümumi nəzarəti həyata keçirir
- Sektorun işinin təşkili ilə bağlı öz səlahiyyətləri daxilində Komitənin digər struktur bölmələri ilə müvafiq məlumat və sənədlərin mübadiləsinin təşkil edilməsini təmin edir
- Sektorun fəaliyyətinə dair müvafiq hesabatların, iş planının, arayış və məlumatların hazırlanmasını təmin edir
- Sektorda dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak edir
- Sektorda mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edir
- Sektorda dövlət qulluğuna qəbul edilmiş yeni əməkdaşların iş mühitinə uyğunlaşmasını təmin edir
- Sektorun əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə əlavə təhsil, təlim ehtiyaclarının müəyyən edilməsini, təlimlərin (o cümlədən seminar, treninq və s.) təşkil edilməsini təmin edir
- Sektorun fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan daxil olmuş təklif, ərizə və şikayətlərin cavablandırılmasını təmin edilməsi
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin edir
- Vətəndaşların müraciətlərinə baxılması ilə bağlı normativ sənədlərin qanunvericiliyə uyğun olaraq hazırlanmasında iştirak edir
- Sənədlərin və vətəndaş müraciətlərinin təhlili və ümumiləşdirilməsi əsasında dövri arayışlar və hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir
- Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq və yerli təşkilatlar tərəfindən ölkədə və xaricdə keçirilən forum, konfrans, seminar və digər tədbirlərdə sektorun iştirakının təmin edilməsini həyata keçirir
- Diaspor fəaliyyəti ilə bağlı yaradılan işçi qruplarında təmsil olunur və sektor əməkdaşlarının diasporla iş sahəsində mütəmadi məlumatlandırılması istiqamətində işlər görür
- Xaricdəki diaspor təşkilatları tərəfindən keçirilən tədbirlərdə zəruri hallarda iştirak edir
- Komitənin diaspor fəaliyyəti ilə bağlı keçirilən “Zoom” konfransları və digər onlayn tədbirlərdə iştirak edir
- Komitə üzrə mövcud Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (ESD) proqramının işini təşkil edir və. Dövlət Komitəsinin bütün struktur bölmələrinə elektron kargüzarlıq məsələlərində metodiki köməklik göstərir
- Komitənin strukturuna daxil olan bölmələrində və tabeli qurumunda kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərin keçirilməsinə nəzarət edir, həmin monitorinqlərin nəticələrinə dair rəhbərliyə hesabatlar təqdim edir
- Komitədə sənəd dövriyyəsi barədə şöbə rəhbərliyinə illik və yarımillik hesabatlar təqdim edir
- Komitədə sənədlərin icra vəziyyəti barədə şöbə rəhbərliyinə mütəmadi məlumatlar təqdim edir
- Komitəyə ünvanlanmış vətəndaş məktublarına, dövlət orqanlarından, idarə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasına və icrasına nəzarəti həyata keçirir
- Komitənin və şöbənin fəaliyyət planları ilə müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsi və görülən işlər barədə hesabatların hazırlanmasını təmin edir
- Komitədə yaradılmış komissiyalarda, işçi qruplarında sektoru təmsil edir və onların işində iştirak edir
- Rəhbərlik tərəfindən verilən digər
tapşırıqları icra edir
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə-yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
|
| Müsahibə elanının tarixi |
06.07.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.07.2026 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 iyul 2026-cı il tarixindən 20 iyul 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.