Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti, Şəhər İcra Hakimiyyəti başçısı Aparatı, Nəzarət və tikinti məsələləri şöbəsi, Nəzarət sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Bakı Şəhər İcra Hakimiyyəti
Struktur bölmə Bakı Şəhər İcra Hakimiyyəti, Şəhər İcra Hakimiyyəti başçısı Aparatı, Nəzarət və tikinti məsələləri şöbəsi, Nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 3460
Qulluq funksiyaları
  • Təhkim edilmiş təşkilatların fəaliyyətini öyrənir, işləri yaxşılaşdırmağa, sahənin perspektiv inkişafına dair təkliflər hazırlayır;
  • Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və çıxışlarından və göstərişlərindən irəli gələn vəzifələrin icrasına nəzarəti həyata keçirir;
  • Bakı Şəhər İcra Hakimiyyətinin başçısının əmr və sərəncamlarının yerinə yetirilməsi vəziyyətini müntəzəm olaraq yoxlayır və verilmiş tapşırıqların sərəncama uyğun olmasını təmin edir;
  • Şəhər təsərrüfatına ziyan vuran, vətəndaşların hüquqlarını və ictimai mənafelərini pozan bütün neqativ halların qarşısını alınmasını həyata keçirir;
  • Bakı Şəhər İcra Hakimiyyətinin başçısının mənzil – kommunal təsərrüfatı, mühəndis kommunikasiyaları sahəsindəki sərəncamlarının, əmr və tapşırıqlarının yerinə yetirilməsi vəziyyətini yoxlayır;
  • Bakı şəhəri və rayon icra hakimiyyətinin aparatlarının işinin təkmilləşdirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamlarının icrasına nəzarət edir;
  • Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarında çalışan əməkdaşların xidməti vəzifələrinin icrası zamanı yol verdikləri  nöqsanları və onlar barəsində daxil olan şikayətləri araşdırır və rəhbərliyə məruzə edir;
  • Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının fəaliyyətinə dair keçirilmiş daxili audit yoxlamaları və monitorinq tədbirləri və xidməti araşdırmalar zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə onların rəhbərlərindən, əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatlar alır;
  • Şəhər ərazisində mövcud olan meydanların və parkların tərtibatı işlərinin və yenidən qurulmasının  verilmiş sərəncamlara əsasən yerinə yetirilməsinə nəzarət edir;
  • Bakı Şəhər İcra Hakimiyyətinin müəssisə, idarə və təşkilatlarında eləcə də,  digər aidiyyəti qurumlarda vətəndaş  müraciətlərinə baxılması işinin vəziyyətinə nəzarət edir və bu barədə rəhbərliyə məruzə edir;
  • Dövlət tədbiri olaraq görülmüş işlərə, habelə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin qurulması istiqamətində tədbirlərin icrasını həyata keçirir;
  • Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış komissiyalarda, işçi qruplarında səlahiyyətləri çərçivəsində sektoru təmsil edir və onların işində iştirak edir;
  • Sektorun iş planı hazırlayır,  iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin  vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;
  • Sektorun fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatlar hazırlanmasında iştirak edir;
  • Sektorun əməkdaşlarının əmək intizamına, etik davranış qaydalarına riayət etməlrinə nəzarət edir;
  • Sektorun əməkdaşları arasında iş bölgüsü aparır;
  • Sektora daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edilməsinə nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşları qəbul edir;
  • Sektorda kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət olunmasına nəzarət edir;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: yoxdur
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A1; Rus dili-A1;
Müsahibə elanının tarixi 06.07.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 20.07.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 iyul 2026-cı il tarixindən 20 iyul 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.