Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti, Şəhər İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri şöbəsi, Hüquq sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Bakı Şəhər İcra Hakimiyyəti
Struktur bölmə Bakı Şəhər İcra Hakimiyyəti, Şəhər İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri şöbəsi, Hüquq sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 3460
Qulluq funksiyaları
  • Şöbə müdirinin müəyyən etdiyi iş bölgüsü əsasında fəaliyyətini həyata keçirir və onun tərəfindən verilən digər vəzifələri yerinə yetirir;
  • Daxil olmuş korrupsiya hüquqpozmalarına dair ərizə, şikayət və məlumatlar əsasında müvafiq araşdırmaların aparılmasını həyata keçirir və nəticələri barədə təkliflər verir;
  • Akt, inzibati xəta haqqında protokol və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarəti həyata keçirir;
  • Məhkəmələrdə, hüquq mühafizə orqanlarında, eləcə də digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında hüquqi məsələlərlə əlaqədar təmsil edir;
  • Məhkəmə instansiyalarında mübahisələndirilən məhkəmə aktlarına yenidən baxılması üçün prosesual müddətlərə riayət edilməklə məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə əsaslandırılmış şikayətlər  təqdim edir;
  • Tabeli strukturlar tərəfindən sektorun funksiyalarına aid görülmüş işlərə dair hesabatları qəbul edir, ümumiləşdirir və bunun əsasında məlumat bankını yaradır;
  • Normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
  • İcra hakimiyyətinin fəaliyyətinə aid olan normativ hüquqi aktlar ilə əlaqədar əməkdaşlara müvafiq məsləhətlər, habelə təşkilati-hüquqi rəylər verir;
  • Fəaliyyəti ilə bağlı sektora daxil olan müraciətlərə qanunauyğun olaraq baxır və müvafiq tədbirlər görür;
  • Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə təkliflər hazırlayır və aidiyyəti üzrə rəhbərliyə təqdim edir;
  • İcra hakimiyyətinin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələri yerinə yetirir;
  • Normativ hüquqi, normativ xarakterli və qeyri-normativ hüquqi aktların layihələrinin hazırlanmasında bilavasitə iştirak edir; 
  • Sənədlərin (layihələrin) hüquqi ekspertizasını aparır, onlara dair irad və təkliflərini aidiyyəti üzrə təqdim edir;
  • İcra hakimiyyətinin normativ hüquqi aktlarının uçotunu aparır və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının vahid məlumat bazasının formalaşdırılmasında iştirak edir;
  • Qanuvericiliyə uyğunlaşdırmaq məqsədi ilə İcra hakimiyyətinə aid normativ aktlara dəyişikliklərin edilməsi barədə təkliflər verir;
  • İcra hakimiyyətinin Aparatı, strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki qurumları tərəfindən həyata keçirilən hüquqi işlər, o cümlədən hüquqi ekspertiza və normativ hüquqi təminat işləri üzrə metodiki izahat işini aparır;
  • İcra hakimiyyətini müəyyən olunmuş qaydada məhkəmələrdə etibarnamə əsasında təmsil edir, hüquq və mənafelərini müdafiə edir;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların hazırlanmasında iştirak edir;
  • Sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər verir;
  • Sektorun Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirir.
  • İcra hakimiyyətinin Aparatının struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış hüquqi akt layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər verilməsində iştirak edir;
  • İcra hakimiyyətinə daxil olan və icra hakimiyyətinin Aparatının struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə icra hakimiyyətinin hüquqi aktlarının layihələrinin hüquqi ekspertizasını həyata keçirir;
  • İcra hakimiyyətinin fəaliyyəti ilə bağlı müqavilələrin hüquqi ekspertizasını həyata keçirir;
  • İcra hakimiyyətinin Aparatının struktur bölmələrinə və tabeliyində olan qurumlara icra hakimiyyətinin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərilməsi, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlərin verilməsində iştirak edir;
  • Sektorunfəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmanı təşkil edir;
  • İcra hakimiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinin aidiyyəti dövlət orqanları və struktur bölmələr ilə razılaşdırılması prosesinə nəzarət edir, zərurət yarandıqda onların təsdiq edilməsi ilə bağlı tədbirlər görür;
  • MSN-ə daxil olmuş normativ hüquqi aktların layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsini, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və bununla bağlı aidiyyəti dövlət orqanları ilə danışıqların aparılmasını təmin edir;
  • Qanunvericilik aktlarına edilən dəyişikliklərin gündəlik izlənməsini təşkil edir və aidiyyəti qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə rəhbərliyin və aidiyyəti şəxslərin məlumatlandırılması işini təşkil edir;
  • Normativ hüquqi aktların hazırlanması və ekspertizası ilə bağlı yaradılmış komissiyaların və işçi qruplarının tərkibində iştirak edir və sektoru  təmsil edir;
  • İcra hakimiyyəti sahəsində normativ hüquqi tənzimləmənin vəziyyətinin təhlili işini təşkil edir, ümumiləşdirmələr apararaq bununla bağlı təkliflər hazırlayır;
  • İcra hakimiyyətinin tabeliyindəki qurumlardan müvafiq istiqamətlər üzrə hesabatlar alır, bununla bağlı ümumiləşdirmələr və təhlillər aparır;
  • Dövlət satınalmalarının həyata keçirilməsi ilə bağlı aidiyyəti üzrə tövsiyələr verilməsini təmin edir və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir;;
  • Müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında icra hakimiyyətinə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsini öz səlahiyyətləri çərçivəsində təmin edir, bununla bağlı əlaqələndirmə işlərini təşkil edir;
  • Dövlət sirri və məxfiliyə aid sahələrdə qanunvericiliyin tələblərinə riayət edir;
  • Təlimatlara və dövlət qulluqçularının etik davranış qaydalarına əməl edir;
  • Vəzifə səlahiyyətlərinə və sektorun əsasnaməsi ilə fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə yanaşı, şöbə müdiri və rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək məsuliyyətlə yerinə yetirir;
  • Əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənir, mənimsəyir və onlara əməl edir, habelə sektorun əməkdaşları tərəfindən həmin normativ tələblərə riayət edilməsinə nəzarət edir;
  • Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemini və xidməti elektron poçtu izləyir, tapşırıqların icrasını müəyyən edilmiş müddət ərzində təmin edir və icrası başa çatmış işlərin işə alınması üçün hesabat verir;
  • Sektorun əməkdaşları tərəfindən görülməli işlərə metodiki rəhbərlik edir;
  • Sektorun əməkdaşları tərəfindən icra edilmiş işləri yoxlayır;
  • Sektorun əməkdaşlarına tapşırılmış vəzifələrin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: yoxdur
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 06.07.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 20.07.2026 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 iyul 2026-cı il tarixindən 20 iyul 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.