Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Aparat, Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistika şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi üzrə: Naxçıvan şəhəri, Atatürk küçəsi 19
Dövlət orqanı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Struktur bölmə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Aparat, Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistika şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 3
Aylıq vəzifə maaşı 6635
Qulluq funksiyaları
  • Şöbənin işini təşkil edir, şöbənin işçiləri arasında iş və başqa vəzifələrin bölgüsünü aparır, onlara tapşırıqlar verir
  • Şöbənin işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasını təmin edir
  • İşçilərin intizam məsuliyyətinə cəlb edilməsi barədə Aparat rəhbərinə təklif verir
  • Ali Məhkəmənin İş planında nəzərdə tutulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir, şöbənin səlahiyyətinə aid məsələlərin iş  planına daxil edilməsi barədə Aparat rəhbərinə təklif verir
  • Ümumiləşdirmənin aparılması üçün məhkəmələrdən işlərin tələb olunmasına dair məktubları hazırlayır, onların təsdiq edilməklə göndərilməsini təmin edir
  • Məhkəmələrdə baxılmış mülki, kommersiya, cinayət, inzibati və s. işlər üzrə qanunvericiliyin düzgün tətbiq edilməsi, maddi və prosessual hüquq normalarına əməl olunması vəziyyətini öyrənib ümumiləşdirir
  • Məhkəmə statistikasının aparılması məqsədi ilə Aparatın struktur bölmələrindən lazım olan məlumatları əldə edir, həmin məlumatlar əsasında yurisdiksiyanına aid olan məhkəmələrdə baxılmış işlər barəsində hər yarım ildə bir dəfədən az olmayaraq müəyyən edilən forma üzrə məhkəmə statistik hesabatları tərtib edir və məhkəmə statistikasını təhlil edir
  • Məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirmə nəticəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər olarsa, onları diqqətlə öyrənir, ümumiləşdirir və baxılması üçün Ali Məhkəmənin sədrinə təqdim edir
  • Ali Məhkəmənin iş planına uyğun olaraq ümumi və ixtisaslaşdırılmış məhkəmələr tərəfindən baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsini aparır
  • Ümumiləşdirmənin nəticələrinə uyğun olaraq yekun arayışlar və ya statistik məlumatlar hazırlayır
  • Hesabatlar yekunlaşdırıldıqda ümumiləşdirilməsinə zərurət yaranan işlərin məhkəmənin iş planına salınması üçün təkliflər verir
  • Ümumiləşdirmənin məqsədinə uyğun olaraq, iş və materiallar üzrə ərazi yurisdiksiyasında yerləşən birinci instansiya məhkəmələri tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməsi, maddi və prosessual hüquq normalarına əməl olunması vəziyyətini öyrənir, onları ümumiləşdirir, ilkin arayışlar tərtib edərək müvafiq kollegiyanın hakiminə təqdim edir
  • Məhkəmə təcrübəsinin ümumiləşdirməsinin nəticələrinin Ali Məhkəmənin Rəyasət Heyətinin müzakirəsinə çıxarılmasını təşkil edir
  • Muxtar Respublikanın ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrindən daxil olan statistik hesabatları işləyib hazırlayır, onlar əsasında statistik təhlillər aparır
  • Aparat rəhbərini məlumatlandırmaqla şöbənin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar digər məhkəmələrdən lazım olan sənədləri və məlumatları əldə edir
  • Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarını öyrənir
  • Vahid məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərar və qərardadlarını öyrənir
  • Məhkəmə təcrübəsinin ümumiləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu öyrənir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
Müsahibə elanının tarixi 01.01.0001 00:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 01.01.0001 00:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 1 yanvar 1-ci il   1 yanvar 1-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.