Baş səhifə > Müsahibə elanları və vakant vəzifələr üzrə axtarış > dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanları üzrə
dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə
müsahibə elan edir

(Elan tarixi - 22.05.2018, sənəd qəbulu 22 iyun 2018-ci il tarixində başa çatmışdır)

  1. Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsi, Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin auditi sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. İqtisadi sahələrin auditi şöbəsi, Nəqliyyat, rabitə və iqtisadi fəaliyyətlə bağlı sahələrin auditi sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsi, İnformasiya texnologiyaları sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Daxili nəzarət şöbəsi, Xidməti yoxlamalar sektoru, böyük məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. İnsan resursları və dövlət qulluğu şöbəsi, Kadr siyasəti sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Hüquq şöbəsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  4. Hüquq şöbəsi, Hüquqi təhlil və ekspertiza sektoru, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  5. Çağrı mərkəzi sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  6. Ümumi şöbə, Sənədlərin icrasına nəzarət sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Milli Televiziya və Radio Şurasının aparatı, Hüquq və beynəlxalq əlaqələr şöbəsi, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

Qeydlər:

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 22 may 2018-ci il tarixindən  22 iyun 2018-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.