Baş səhifə > Müsahibə elanları və vakant vəzifələr üzrə axtarış > dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanları üzrə
dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə
müsahibə elan edir

(Elan tarixi - 29.06.2018, sənəd qəbulu 29 iyul 2018-ci il tarixində başa çatmışdır)

  1. Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsi, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Sosial -iqtisadi və Texnika elmləri şöbəsi, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Sosial -iqtisadi və Texnika elmləri şöbəsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  4. Təbiət elmləri şöbəsi, məsləhətçi (2 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  5. Pedaqogika elmləri, şuralar və attestasiya sənədləri şöbəsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  6. Maliyyə şöbəsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq layihələrin monitorinqi sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Hüquq, insan resursları və informasiya, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Ətraf Mühitin Mühafizəsi Departamenti, Yerüstü su ehtiyatlarının və atmosfer havasının mühafizəsi sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Meşələrin İnkişafı Departamenti, Meşə bərpası və meşəsalma sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Meşələrin İnkişafı Departamenti, Meşə qanunvericiliyin icrasına nəzarət sektoru, məsləhətçi - müfəttiş (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  4. Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, Maliyyə, mühasibat uçotu və iqtisadi planlaşdırma şöbəsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  5. 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsi, Rəhbərlik, məsləhətçi - hüquq üzrə (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  6. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Ətraf mühitin mühafizəsinin təşkili, təhlili və ətraf mühitdən istifadənin tənzimlənməsi sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  7. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Ətraf mühitin mühafizəsi sektoru, məsləhətçi - müfəttiş (6 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  8. 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi, Ətraf mühitin mühafizəsi sektoru, məsləhətçi - müfəttiş (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  9. 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi, Ətraf mühitin mühafizəsi sektoru, məsləhətçi - müfəttiş (3 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

Qeydlər:

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 29 iyun 2018-ci il tarixindən  29 iyul 2018-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.