Baş səhifə > Müsahibə elanları və vakant vəzifələr üzrə axtarış > dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanları üzrə
dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə
müsahibə elan edir

(Elan tarixi - 01.04.2019, sənəd qəbulu 1 may 2019-cu il tarixində başa çatmışdır)

  1. Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Gəncə-Nizami Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsi, Hüquq və kadr sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu, Respublika üzrə rayon şöbələri, Quba rayon şöbəsi, Mühasibat uçotu sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Bərdə "Asan xidmət" mərkəzi, Uçot sektoru, sektor müdiri - baş mühasib (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Qəbələ "Asan xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbərinin müavini - sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

Qeydlər:

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 1 aprel 2019-cu il tarixindən  1 may 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.